Azərbaycan Tərcümə Ensiklopediyası nəşr olunub
04.07.2018 [09:41]
Bu günlərdə Azərbaycan Dillər Universiteti (ADU) tərəfindən hazırlanan Azərbaycan Tərcümə Ensiklopediyası (ATE) çapdan çıxıb. Akademik Kamal Abdullanın (baş redaktor) rəhbərlik etdiyi alim və mütəxəssislərdən ibarət redaksiya heyətinin (Anar, L.Əliyeva (məsul katib), R.Əliyev, R.Hacıyev, İ.Həbibbəyli, M.İmanov, T.Kərimli, A.Məsud, A.Mustafazadə, M.Nağısoylu, T.Nağıyev) gərgin zəhməti və fəaliyyəti ilə ərsəyə gəlmiş Ensiklopediyaya professorlardan C.Nağıyev, A.Ələkbərov, L.Qranovskaya və fəl.ü.f.d. E.Əliyev rəy veriblər.
Ensiklopediya AMEA-nın həqiqi üzvü, ADU-nun rektoru Kamal Abdullanın “Əsl bilik xəzinəsi” adlanan ön sözü ilə başlayır. Giriş mətnində əvvəlcə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin dünya ədəbiyyatının görkəmli əsərlərinin dilimizə, habelə Azərbaycanın klassik və müasir ədəbiyyat nümunələrinin xarici dillərə tərcümə edilməsinin əhəmiyyəti barədə fikirlərindən sitat gətirilir və Azərbaycanda belə bir Ensiklopediyanın ilk dəfə hazırlanması qeyd olunur, həmçinin burada tərcümə sahəsində zəhməti olan hər bir insanın unudulmaması cəhdi xüsusi vurğulanır. Ensiklopediyada tərcümə sahəsində mühüm işlərin görülməsi üçün Prezident İlham Əliyev tərəfindən imzalanan Fərman, Sərəncam və digər sənədlər öz əksini tapıb.
Bununla yanaşı, ATE-də ardıcıl olaraq tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri və ölkəmizdə yeni formalaşan tərcüməşünaslıq elminin problemlərinin dünya üzrə araşdırılma səviyyəsi, bu elmin mütəxəssislər tərəfindən qiymətləndirilməsi, digər elm sahələrinin tərcüməşünaslığa təsiri və bu sahələrlə inteqrasiyasına diqqət yetirilir.
ATE-nin əsas tərkib hissəsi olan “Azərbaycanda tərcümə ədəbiyyatı tarixi” bölməsində tərcümə ədəbiyyatımızın tarixinin geniş araşdırılmasına yer verilir. Bölmədə qeyd olunur ki, XIV əsrdən əvvəl də Azərbaycan dilinə tərcümələr olsa da, onların bir çoxu günümüzə gəlib çatmayıb. Azərbaycanda bədii tərcümənin qədim tarixi və zəngin ənənələri olduğu, “Kitabi-Dədə Qorqud” dastanlarında “Qurani-Kərim”in 112-ci (“İxlas”) surəsinin sərbəst bədii tərcüməsinin tərcüməşünaslığımızın ilk nümunəsi hesab edildiyi bu bölmədə xüsusi vurğulanır. Azərbaycanda tərcüməşünaslığın tarixinin başlanğıcı isə Azərbaycan türklərinin qolu olan qaşqayların nümayəndəsi Məhəmməd ibn əl-Həcc Dövlətşah Şirazinin “Qurani-Kərim”in tam mətni ilə sətiraltı tərcüməsinin (İstanbuldakı “Türk və islam əsərləri muzeyi”ndə saxlanılır) yazıldığı XIV əsrdən hesablanır.
Bu bölmədə həmçinin XIV-XX əsrlərdə Azərbaycan tərcüməşünaslığına qiymətli töhfələr verən tərcüməçi ziyalılar və onların əsərləri haqqında məlumat verilir. Təbii olaraq həmin dövrlərdə ziyalılar, əsasən, ərəb, fars dillərində yazılan əsərlərin dilimizə tərcümələri ilə məşğul olmuşlar. Məsələn, bölmədə XV əsrin ən mükəmməl tərcümə nümunəsi kimi Şeyx Mahmud Şəbustərinin fars dilində yazdığı “Gülşəni-raz” məsnəvisinin Şeyx Vəli Şirazi, XVI əsrin ən mükəmməl tərcümə nümunələri kimi “Hədisi-ərəbəin” (“Qırx hədis”) və “Hədiqətüs-süəda”nın (“Xoşbəxtlər bağı”) Məhəmməd Füzuli, XVII əsrə aid Azərbaycan bədii tərcümə ədəbiyyatının ən dəyərli nümunəsi sayılan Şirazinin “Gülüstan” əsərinin Məhəmməd ibn Hüseyn Rəvani tərəfindən tərcümə edilməsi barədə məlumat verilir. XIX əsrdə fars dilindən tərcümələr içərisində görkəmli maarifçi, şair və yazıçı Abbasqulu Ağa Bakıxanovun “Riyazül-qüds” (“Qüdsiyyət bağçası”) əsəri xüsusi yer tutur. Bölmədə qeyd olunur ki, XIX əsrdə isə təkcə ərəb və fars dillərindən deyil, rus və digər dillərdən də tərcümələr edilib. Buna görə də XIX əsr və XX əsrin tərcümə ədəbiyyatı iki qrupa bölünür: 1) Şərq ədəbiyyatından, əsasən də fars dilindən edilən tərcümələr; 2) Rus və Avropa ədəbiyyatından edilən tərcümələr.
ATE-nin əsas hissəsini təşkil edən “Personalilər” adlanan bölməsində XIV əsrdən bu günə qədər Azərbaycan tərcüməşünaslığına dəyərli əsərlər bəxş etmiş tərcüməçilərlə yanaşı, tərcümə ilə məşğul olan şair, yazıçı, filosof, habelə bu sahəyə azca da olsa töhfə vermiş bütün şəxslər və onların tərcümə etdikləri əsərlər haqqında qısa ensiklopedik məlumatlar verilib. ATE həm Azərbaycan dilinə, həm də dilimizdən əcnəbi dillərə tərcümələri özündə ehtiva edir. Ən nəhayət, ATE-nin sonunda isə qısa şəkildə “Azərbaycan tərcüməşünaslıq terminlər lüğəti” verilib.
Azərbaycan Tərcümə Ensiklopediyasını quruluş, tərtibat, elmi, nəzəri dəyərləndirmələr, gətirilən nümunələrin seçimi baxımından mükəmməl ensiklopediya hesab etmək olar. Azərbaycanda ilk dəfə bu sahə üzrə ensiklopediya nəşr olunduğundan Azərbaycan Tərcümə Ensiklopediyasının tərcüməşünaslıqda nəzəri və praktik bünövrə rolunu oynayacağına şübhə yoxdur.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07

