“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin edib
20.07.2018 [09:07]
“Nar” mobil rabitənin mövcud olmadığı Yardımlı rayonunun Arvana kəndində mobil şəbəkə qurdu. Dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşən ucqar kənddə mobil rabitənin olmaması yerli sakinlər üçün ciddi əngəllər yaradırdı. Arvana sakinlərinin rabitə problemini həll etmək üçün “Nar” operatoru kənddə tam gücüylə fəaliyyət göstərən mobil şəbəkə qurdu.
Hazırda kənd ərazisində “Nar”-ın 4 baza stansiyası fəaliyyət göstərir və bütün kəndi əhatə edir. Xüsusi enerji təminatına malik “Nar” şəbəkəsi kəsintisiz fəaliyyət göstərərək əhaliyə keyfiyyətli zəng və internet xidmətlərindən istifadə etmək imkanı yaradıb.
Sakinlərin böyük sevincinə səbəb olan bu hadisə münasibətilə “Nar” Arvana kəndində maraqlı tədbir keçirdi. Sakinlərin görüşünə gələn “Nar” yerlilərə pulsuz nömrələr, internet və danışıq balansı və digər dəyərli hədiyyələr təqdim etdi. Yeni nömrələrini istifadə edən kənd sakinləri zəng və internet xidmətlərindən yararlanaraq, mobil rabitənin keyfiyyətindən razı qaldılar.
Arvana sakinləri kəndin ciddi probleminə çevrilmiş rabitə problemini aradan qaldırdığına görə mobil operatora minnətdarlığını bildirdi.
Qeyd edək ki, mobil operator, paytaxtla yanaşı, bölgələrin də yüksəkkeyfiyyətli mobil zəng və internet xidməti ilə təmin olunmasına diqqət ayırır. Təkcə 2018-ci il ərzində ölkənin 30-a yaxın şəhər və rayonlarında yeni baza stansiyaları quraraq abunəçilərin istifadəsinə təqdim edib. Bölgələr üçün xüsusi yaradılmış “Yerlim” tarifindən istifadə edən “Nar” abunəçiləri zəng xidmətlərindən çox sərfəli qiymətə - dəqiqəsi 1 qəpiyə, yararlanırlar.
“Nar” şəbəkəsi və tarifləri haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
Xəbər lenti
Hamısına baxTurizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49

