Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı uğurla inkişaf edir

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı uğurla inkişaf edir

02.08.2018 [08:39]

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi uzunmüddətli inkişaf strategiyası müasir müstəqillik illərində də ölkənin möhkəm və qətiyyətli sosial-iqtisadi inkişafını təmin etməkdədir. Bu fonda Azərbaycan Respublikası milli iqtisadi quruculuq proseslərini ardıcıl və dinamik olaraq davam etdirməkdədir. Müasir dövrün tələblərinə, inkişaf səviyyəsinə, sosial təminat sahəsində tənzimləmələrinə uyğun istiqamət alan bu tendensiya ölkə iqtisadiyyatının həm də regional siyasətinin yüksək perspektivliyə malik olmasında hərəkətverici qüvvəyə çevrildi ki, bu da onun:
- sosial əhəmiyyətinin yüksəldilməsini daha da sürətləndirdi;
- uzaq gələcək üzrə prioritetlərin müəyyən olunmasında qətiyyətliliyini artırdı;
- istehsal mahiyyətinin yüksəldilməsinə əlverişli zəmin yaratdı;
- sənayeləşmə siyasətinin səmərəliliyinin artırılmasına və makroiqtisadi potensialın gücləndirilməsinə öz töhfələrini verdi.
Göstərilən amillərin hər birinin güclü dayaqlarının formalaşması ölkə iqtisadiyyatının həm də müqavimət gücünə malik olmasında mühüm rol oynamaqdadır.
Ölkəmizin qeyri-neft sahəsinin inkişafı ilə bağlı hədəflədiyi mərhələlər onun iqtisadiyyatının sahə strukturunda çoxşaxəliliyə əsaslanan proseslərin səmərəliliyini artırmışdır. Bu isə aparıcı sahə kimi təşəkkül tapan sənayenin iqtisadi və hüquqi tənzimləmələr əsasında inkişafı üçün mühüm təsirə malik olmuşdur. Elə bunun nəticəsidir ki, 2014-cü il Azərbaycan Respublikasında “Sənaye ili” elan olunmuş və bu, müəyyən edilən hədəflərin gerçəkləşməsi sahəsindəki nailiyyətlərin ifadəsinə çevrilmişdir. Digər tərəfdən, bu həm də makroiqtisadi zəmində milli iqtisadiyyat quruculuğu fonunda sənayeləşmənin və regional siyasətin üstünlüklərini təqdim etməkdədir. Son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının səmərəli icrası bütün regionların istehsal gücünün artırılmasında çox böyük təsirə malik olmuşdur.
Qeyd edilənlər bütün regionların, o cümlədən müasir iqtisadi şəraitdə milli iqtisadi inkişafda əhəmiyyətli rolu ilə seçilən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi əhəmiyyətini daha da artırmaqdadır. Əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun strukturunda ilk yerdə təşəkkül tapan sənaye sahəsi müvafiq istiqamət üzrə dövlət siyasətinin çox mühüm nəticələrini özündə birləşdirməkdədir. Bunlar sənayenin:
- yerli istehsalın stimullaşdırılması sahəsindəki rolunun artırılmasına;
- yüksək təminat qabiliyyətli iqtisadiyyatın formalaşmasına;
- idxalın məhdudlaşdırılması sahəsindəki potensialın təmin edilməsinə;
- hədəflərin reallaşması istiqamətindəki islahatların davamlılığına;
- əmək ehtiyatlarından istifadənin üstünlük təşkil etdiyi sahələrin inkişafına töhfəsini daha da stimullaşdırmaqdadır və s.
Naxçıvan Muxtar Respublikası ölkənin regional iqtisadi perspektivliliyin artmasındakı rolu ilə önəmini daha da artırmaqdadır. Bu, muxtar respublikanın ölkənin yüksək perspektivə malik iqtisadi rayonlarından biri olmaqla yanaşı, həm də özünün rayon, şəhər, qəsəbə və kəndlərinin səmərəli regional mahiyyəti ilə xarakterizə edilə bilər. Yəni bunların hamısı artıq muxtar respublika üçün uğurlu regional əhəmiyyət daşıyan göstəricilərlə daha da aktuallıq kəsb etməkdədir. Fikrimizi muxtar respublikanın rayonlarının 2004-2017-ci illərdə sənaye məhsulunun istehsalı sahəsindəki inkişaf göstəriciləri də təsdiq etməkdədir. Hansı ki, bu göstəricilər regional Dövlət proqramlarının səmərəli icrası istiqamətində əldə edilən uğurların gerçək mənzərəsini ortaya qoymaqdadır. Şübhəsiz ki, bunlar muxtar respublikada sağlam sosial və iqtisadi şəraitin də ifadəsi olaraq qeyd edilməlidir.
Göründüyü kimi, muxtar respublikanın rayonları üzrə sənaye məhsulunun həcmi müqayisə predmeti kimi götürülən 2004-2017-ci illər üzrə dəfələrələ artmışdır. Qeyd edək ki, bu göstəricinin muxtar respublikanın rayonları üzrə artım dinamikası isə aşağıdakı kimi olmuşdur:
Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın və sosial dayanıqlığın əsası kimi infrastruktur quruculuğu proseslərinin önəmini qeyd etmək yerinə düşər. Bunlar müvafiq sahələr üzrə təşkilatlanmaqla, mikro və makroiqtisadi səviyyələrdə, eləcə də mezoiqtisadi əhəmiyyətin yüksəldilməsində özünü göstərməkdədir. Rayonların istehsal (iqtisadi) münasibətlərinin inkişafına verdiyi hərəkətverici təsirlər muxtar respublikanın milli iqtisadi quruculuq proseslərindəki rolunu da sürətləndirmişdir. Eyni zamanda, bu, 2003-cü ildən etibarən dövlətin iqtisadi siyasətin keyfiyyətcə yeni mərhələsi fonunda başlatdığı regional inkişaf hədəflərinin səmərəliliyə söykənən nəticəsi olaraq çox böyük əhəmiyyətə malikdir. Hazırda muxtar respublikanın kənd və qəsəbələrində istehsal infrastrukturunun gücləndirilməsi ailə təsərrüfatlarının inkişafına imkanlar açmışdır ki, bu da kiçik və orta sahibkarlıq mühitinin səmərəliliyi üçün mühüm amilə çevrilmişdir. Təbii ki, nəticədə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı xammal-emal-istehsal həlqəsinin davamlılığı fonunda güclü təminat qabiliyyətinə malik olmaqla inkişaf etməkdədir. Ötən illərin sosial-iqtisadi inkişafı muxtar respublikada istehsalın fasiləsizliyi üçün zəruri olan quruculuq işlərinin genişmiqyaslılığını göstərməkdədir. Bunu aşağıdakı şəklin məlumatları da ifadə etməkdədir.
Təhlillər göstərir ki, regional inkişaf proqramlarının səmərəli icrası sahəsində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər onun bütün rayonlarında zəruri infrastruktur quruculuğu proseslərinə təkanverici təsir etmiş və bu, özünü əsas kapitala yönəldilən vəsaitlərin həcmində də göstərmişdir. 2004-2017-ci illər ərzində muxtar respublikanın rayonları üzrə müvafiq göstəricinin artım dinamikası aşağıdakı kimi olmuşdur:
Artıq bu bir həqiqətdir ki, muxtar respublikanın ən ucqar dağ kəndlərində belə ən müasir təminatlar özünə kök salmışdır. Məktəb binalarının, mədəniyyət evlərinin, kənd və xidmət mərkəzlərinin tikilməsi, körpülərin salınması, nəqliyyat və su kəmərlərinin çəkilməsi, bir sözlə, güclü və dayanıqlı iqtisadiyyat üçün bütün təminatların yaradılması muxtar respublikada insan amilindən ibarət sosiallaşan iqtisadiyyatın çox mühüm göstəriciləri kimi qeyd edilə bilər. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasının bütün rayonları artan tələbatlar qarşısında yüksək təminat qabiliyyətinə malik iqtisadi-istehsal potensialına malik olmuşdur. Nəticə etibarı ilə bu, bütün rayonlar üzrə əhalinin səmərəli məşğulluq və məskunlaşma imkanlarının genişlənməsinə öz stimullaşdırıcı təsirini göstərmişdir. İşləmək, istehsal prosesinin fasiləsizliyini təmin etmək, iqtisadiyyatın bütün sahələrində məhsuldar fəaliyyəti təşkil etmək, bir sözlə, milli iqtisadi hədəflər üzrə perspektivli iqtisadiyyat qurmaq muxtar respublikanın rayonlarında özünün dinamik həllini tapmışdır. Bunu muxtar respublikada əsas kapitala yönəldilmiş vəsaitlərdən tikinti-quraşdırma işlərinin həcmi də göstərir.
Naxçıvan Muxtar Respublikası bu gün uzunəsrlik arxitektura ənənələrinə sadiq qalmaqla, eyni zamanda tarixiliklə müasirliyin vəhdətindən ibarət tikinti meydançasına çevrilmişdir. Məqsədyönlülük, milli iqtisadi hədəflərə doğru inamla addımlamaq, bütün rayonların istehsal potensialına malik olması sahəsindəki proseslərin düzgün istiqamətləndirilməsi muxtar respublikanın çox mühüm nailiyyətləri kimi qeyd edilməlidir. Hesablamalar aparanda aydın olur ki, 2004-2017-ci illər ərzində muxtar respublikanın rayonları üzrə əsas kapitala yönəldilmiş vəsaitlərdən tikinti-quraşdırma işlərinə aid artım göstəriciləri aşağıdakı kimi olmuşdur:
Beləliklə, Naxçıvan Muxtar Respublikası mövcud sosial-iqtisadi potensialı ilə Azərbaycan Respublikasının milli iqtisadiyyatın uzaq gələcək üzrə inkişaf hədəflərinə birbaşa xidmət etməkdədir. İstər ənənəvi sahələr, istərsə də prioritet istiqamətlər üzrə nəzərdə tutulan məqsədlər muxtar respublikanın güclü infrastruktur quruculuğu fonunda daha da perspektivli görünməkdədir. Bu isə yaxın gələcəkdə yeni inkişaf mərhələlərinin əsaslarını özündə əks etdirməkdədir.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə
doktoru, dosent

Paylaş:
Baxılıb: 639 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31