Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan ilə Avstriya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycan ilə Avstriya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

02.08.2018 [08:45]

Avqustun 1-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin əməkdaşlıq təşkilatının müdiri Verner Müllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, görüşdə Yəhya Musayev Azərbaycan ilə Avstriya arasındakı əməkdaşlıq əlaqələrini yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir müavini MSN-in fəaliyyəti barədə nümayəndə heyətinə məlumat verib.
Səmimi keçən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex də iştirak edib.

Paylaş:
Baxılıb: 573 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31