AHİK-in sədri həmkarlar ittifaqlarının sanatoriya-kurort müəssisələrindəki şəraitlə tanış olub
07.08.2018 [09:12]
Avqustun 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK-in sanatoriya-kurort müəssisələrində olub. AHİK sədri sanatoriyalardakı şəraitlə tanış olub və orada müalicə olunan vətəndaşlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, Bilgəh Kardioloji Sanatoriyasındakı vəziyyətlə tanış olan Səttar Möhbalıyev burada müalicə olunan vətəndaşlara göstərilən xidmətin vəziyyəti ilə maraqlanıb. O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə kurortların inkişafına dair dövlət proqramı hazırlanıb. Dövlət Proqramı ilə əlaqədar AHİK sanatoriyaların tikintisi və təmiri işlərini aparır. AHİK sədri qeyd edib ki, bu gün sanatoriya və istirahət mərkəzlərinin 85 faizi konfederasiyanın balansındadır. Sanatoriyaların əksəriyyətinin 1988-ci ildən başlayaraq yararsız vəziyyətə düşdüyünü deyən S.Möhbalıyev vurğulayıb ki, onların bəzilərində qaçqın və məcburi köçkünlər məskunlaşmışdı. Artıq əksər sanatoriya və istirahət mərkəzlərində təmir-tikinti işi aparılıb, bəziləri isə tamamilə yenilənib. Sanatoriyalar bütün zəruri avadanlıqlarla, o cümlədən tibb məntəqələri, istirahət guşələri, idman qurğuları ilə tam təchiz edilib.
Vətəndaşlarla söhbətində 1990-cı illərin əvvəllərində Azərbaycan iqtisadiyyatının tənəzzülə uğradığını xatırladan deputat həmin dövrlərdə AHİK-də maliyyə vəziyyətinin yaxşı olmadığını bildirib. Səttar Möhbalıyev əlavə edib ki, Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ölkənin iqtisadiyyatı dirçəldi. Bununla da AHİK-in də maliyyə imkanları yaxşılaşdı. S.Möhbalıyev deyib ki, konfederasiya maliyyə vəsaitindən səmərəli istifadə edir. Sahə həmkarlar ittifaqlarına tapşırılıb ki, ərazilərində olan sanatoriya və istirahət mərkəzlərində təmir-tikinti işlərini həyata keçirsinlər. Bundan başqa, əldə olunan vəsaitdən ehtiyat fondu yaradılıb. Bunun nəticəsində dəmiryolu, rabitə, təhsil işçilərinin və digər dövlət qurumlarının həmkarlar ittifaqları Nabranda müasir standartlara uyğun istirahət mərkəzləri tikib. Mədəniyyət işçiləri üçün isə istirahət mərkəzinin tikinti işi aparılır.
AHİK sədri, həmçinin bildirib ki, konfederasiya tərəfindən “Kurort” Açıq Səhmdar Cəmiyyətinə maliyyə vəsaiti yönəldilir. Bu qurum müalicə sanatoriyalarının müasirləşdirilməsi işini aparır. Naftalan şəhərindəki sanatoriyada 200-220 nəfərlik yeni istirahət mərkəzi tikilir. Sahə həmkarlar ittifaqları 30-35 min nəfərədək həmkarının yollayışlarla sanatoriyalarda müalicə və istirahətlərini təmin edirlər.
Səttar Möhbalıyev məlumat verib ki, Dövlət Neft Şirkəti əməkdaşlarının müxtəlif sanatoriya və istirahət mərkəzlərinə göndərilməsi üçün AHİK-ə ildə 5 milyon manat vəsait ayırır. Bu vəsait hesabına sanatoriyalar yeni və müasir tibbi avadanlıqlarla təmin edilib. 5 min məktəblinin istirahəti AHİK tərəfindən təmin olunub. 15 min uşaq isə ailəsi ilə birlikdə istirahətə göndərilib.
Müalicə sanatoriyalarındakı və istirahət mərkəzlərindəki qiymətlərə gəlincə isə AHİK sədri bildirib ki, orta qiymət 600 manatdır. Qiymət artımının edilməməsinin səbəbini S.Möhbalıyev istirahət edənlərin sayında azalma riskinin ola biləcəyi ilə izah edib. O, həmçinin 20 mindən çox şəhid ailəsinə, Qarabağ müharibəsi əlilinə və aztəminatlı insanlara AHİK tərəfindən yardım göstərildiyini deyib.
Daha sonra Səttar Möhbalıyev Mərdəkan qəsəbəsindəki “Günəşli” Nevroloji, “Abşeron” Mədə-Bağırsaq müalicəsi, “Qaranquş” Uroloji, həmçinin Şıx qəsəbəsindəki Dayaq və Hərəkət Sistemlərinin müalicəsi sanatoriyalarında olub. AHİK sədri burada aparılan işlərlə tanış olub. O, sanatoriyaların ərazisində yeni tikilən korpuslara baxıb, yeni istifadəyə verilmiş tibbi avandanlıqlardan istifadə prosesi ilə maraqlanıb.
Konfederasiya sədri, həmçinin sanatoriyada müalicə olunan vətəndaşların ərzaq və qida təminatı ilə tanış olub.
Xəbər lenti
Hamısına baxElm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05

