Taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir
08.08.2018 [09:15]
Ekspertlərin qənaətinə görə, bu addım torpağın münbitliyinin azalmasına, mikroflorasının və üzvi maddələrin məhv olmasına gətirib çıxarır
Bəlli olduğu kimi, son günlər taxıl sahələrində məhsul yığıldıqdan sonra kövşənliyin yandırılması halları artıb. Bu hal bir sıra ciddi fəsadların meydana çıxmasına səbəb olur. Ekspertlərin qənaəti bundan ibarətdir ki, taxıl sahələrinin biçindən sonra yandırılması qətiyyən yolverilməzdir. Çünki bu addım həm ekoloji, həm də aqrotexniki qaydalar baxımından zərərlidir və torpağın münbitliyinin azalmasına, mikroflorasının, üzvi maddələrin məhv olmasına gətirib çıxarır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov qəzetimizə açıqlamasında deyib ki, taxıl sahələrinin yandırılması birmənalı şəkildə yolverilməzdir: “Bu addım növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 30 faizə qədər azaldır. Əkin sahələrini yandıranlar qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. 2017-ci il dekabrın 15-də “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən əkin yerinin yandırılması qadağan olunub. Burada məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə zərər vurulmasının qarşısını almaq və kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir”.
“Aqrar sahə üzrə mütəxəssislər taxıl zəmilərinin biçilməsindən sonra sahələrdəki kövşənlərin yandırılmasının nəinki məhsuldarlığın artmasına mənfi təsir göstərdiyini, hətta flora və faunaya ciddi zərbə vurduğunu diqqətə çatdırırlar. Yəni torpaqdakı humus qatı korlanır ki, bu da biomüxtəlifliyin məhvinə səbəb olur. Bütün hallarda əkin sahələrinin yandırılması yolverilməzdir”, - deyə Milli Məclisin deputatı əlavə edib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin sektor müdiri Rəfail Mahmudov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında qeyd edib ki, taxıl sahələrinin biçindən sonra yandırılması torpaqda üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə və bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına səbəb olur: “Nəzərə almaq lazımdır ki, torpağın flora və faunasi bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir”.
Taxıl sahələrinin biçindən sonra yandırılmasının yolverilməz olduğunu deyən Rəfail Mahmudov əlavə edib: “Artıq bununla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə 244.1 maddəsi əlavə edilib. Burada meşə fondu torpaqlarının istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə fiziki şəxslərin beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslərin 2000-dən 2500 manatadək məbləğdə, hüquqi şəxslərin isə 7500 manatdan 10000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub”.
“Digər tərəfdən, əkin sahələrinin yandırılması həm də ona görə yolverilməzdir ki, torpaq yandırılan zaman onun üst humus qatı məhv olur və torpağın qidalılığı azalır. Biçindən sonra sahə qısa müddət ərzində şumlanmalıdır. Bir çox şəxslər saman otunun şumlamaya mane olduğunu əsas götürərək yandırmaq yolunu seçirlər. Bu, qəbuledilməzdir, çünki yanma zamanı torpağın üst qida qatı məhv olur və gələcək məhsuldarlığa mənfi təsir göstərir. Bunun üçün artıq respublikaya bir neçə kombayn gətirilib. Həmin texnika samanı biçindən sonra doğrayıb tarlaya səpir. Bu, həm də imkan verir ki, saman torpaq qatında qalsın və əlavə qida mühiti yaratsın. Ümumiyyətlə, fermerləri məlumatlandırmaq üçün informasiya-təbliğat kampaniyası başlayıb və davam edir”, - deyə R.Mahmudov əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32

