Kənan Məhəmmədli: Orta məktəbdə həmişə əla qiymətlərlə oxumuşam
15.08.2018 [08:54]
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 700 bal, yəni maksimum nəticə göstərən abituriyentlərdən biri də Goranboy rayon Səfikürd kənd tam orta məktəbinin məzunu Kənan Məhəmmədlidir. Mayın 20-də keçirilmiş birinci imtahanda 685 bal toplamış Kənan Məhəmmədli ikinci imtahanda isə 700 bal toplayıb. Bu göstəricisi ilə Kənan Məhəmmədli həm ali məktəblər üçün keçirilmiş qəbul imtahanlarında iştirak etmiş 70 min tələbə içərisində maksimum nəticə göstərən 29 abituriyentdən biri olmağı bacarıb, həm də Goranboy rayonundan 700 bal toplayan ilk abituriyent olub.
Öz ailəsinə, doğulub boya-başa çatdığı rayona böyük sevinc bəxş etdiyinə görə xoşbəxt olduğunu və qürur hissi keçirdiyini deyir. Qazandığı böyük uğurun sevincini yaşayan Kənan təəssüratlarını “Yeni Azərbaycan” qəzetinin əməkdaşı ilə bölüşüb. Rekordçumuz bütün uğurlarına görə ona mənəvi dəstək olan valideynlərinə və elmin, təhsilin sirlərini öyrədən müəllimlərinə minnətdarlığını bildirir. Həmçinin nailiyyətinin rayon gəncləri tərəfindən bundan sonra da davam etdirilməsini arzu edir. “Vaxtilə atam indiki Azərbaycan Dövlət Aqrar Universitetini fərqlənmə diplomu ilə bitirib. Hazırda məndən böyük olan qardaşım da həmin universitetin tələbəsidir. Mən də tələbə olmaq istəyirdim. Hələ 9-cu sinifdə oxuyanda ilk dəfə sınaq imtahanlarında iştirak etdikdən sonra yəqin etdim ki, mən qəbul imtahanında yüksək bal, bəlkə də, 700 bal toplaya bilərəm. Orta məktəbdə həmişə əla qiymətlərlə oxumuşam. Bununla yanaşı, Səfikürd uşaq musiqi məktəbinin tar sinfini bitirmişəm. Son iki ildə isə daha səylə çalışdım ki, ali məktəbə keçirilən qəbul imtahanlarında maksimum nəticə göstərməyi bacarım. Dərslərimə hazırlaşdıqca, sınaq imtahanlarında iştirak etdikcə özümə inamım daha da artdı. Birinci dəfə keçirilmiş imtahanda 685 bal topladım. Nəhayət, ikinci dəfə keçirilmiş imtahanda 700 bal, yəni maksimum nəticə əldə etdim”, - deyə K.Məhəmmədli qeyd edib.
Kənan Məhəmmədli deyir ki, ən böyük arzusu Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması ixtisasına daxil olmaqdır: “Magistr təhsilimi isə gələcəkdə Avropanın, yaxud ABŞ-ın qabaqcıl universitetlərindən birində davam etdirmək istəyirəm”.
Kənan Məhəmmədli əmindir ki, hansı ölkədə təhsil almasından, yaxud karyerasını qurmasından asılı olmayaraq, bundan sonra öz ölkəsinə töhfə vermək haqqında düşünəcək.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

