Günay Allahverdiyeva: Ən böyük arzum Kəlbəcərdə müəllimlik fəaliyyətimi davam etdirməkdir
30.08.2018 [09:06]
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan müəllimlərin adlarını açıqlayıb. Belə ki, 2018-2019-cu tədris ili üçün ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib. Təhsil Nazirliyindən qəzetimizə verilən məlumata görə, müsabiqədən sonra boş qalan yerlərə müəllimlərin əlavə yerləşdirilməsi üzrə vakansiya seçimi keçirilib və bu proses başa çatıb. Avqustun 30-da vakansiya seçimi zamanı elektron yerləşdirilmədə uğur qazanmış namizədlərin müsahibəsi keçiriləcək. Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
Birinci mərhələdə iştirak edən namizədlərdən bir nəfər ən yüksək nəticə göstərərək müəllim adını qazanıb. Beləliklə, “Yeni Azərbaycan” qəzeti olaraq yüksək bal toplayan müəllimləri oxucularımızla tanış edirik. Ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində iştirak edən Günay İlham qızı Allahverdiyeva ona təqdim olunan bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb. Məlumat üçün bildirək ki, Günay Allahverdiyeva 1994-cü ildə Gəncə şəhərində anadan olub. 2011-ci ildə 513 balla Gəncə Dövlət Universiteti Riyaziyyat-informatika fakültəsi riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olub. Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetində MBA proqramı üzrə magistr təhsili alıb. Hazırda G.Allahverdiyeva Bakı şəhəri 166 nömrəli tam orta məktəbdə çalışır. Riyaziyyat fənni üzrə yüksək nəticə göstərən rekordçumuz imtahan təəssüratlarını qəzetimizin oxucuları ilə bölüşüb: “İmtahanda yüksək nəticə göstərəcəyimə əmin idim. Orta səviyyəli suallar idi. Mənim ixtisasım riyaziyyatdır. Riyaziyyatçılar ailəsində böyümüşəm. Magistratura pilləsində oxuduğum müddətdə hazırlıq kurslarında riyaziyyat müəlliməsi kimi işləmişəm. Sırf imtahan üçün yox, savadlı müəllim olmaq üçün hər zaman əzmlə çalışmışam. Müəllimlik şərəfli peşədir. Öyrətmək eşqi məni bu peşəni seçməyə sövq etdi. Düşünürəm ki, şagirdləri də dərsə həvəsləndirmək bizim vəzifəmizdir. Adətən əksər uşaqların riyaziyyat fənnindən xoşları gəlmir. Lakin mənim şagirdlərim dərslərimə çox böyük həvəs göstərirlər. Belə bir deyim var, o şagird şanslıdır ki, onun qarşısına yaxşı müəllim çıxıb. Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik”.
Əslən Kəlbəcərdən olan, ürəyi yurd həsrəti ilə döyünən gəncimiz valideynlərinin doğulub boya-başa çatdığı torpaqlara qayıdacaqlarına ümid etdiyini deyir: “Kəlbəcəri heç vaxt görməmişəm, sadəcə valideynlərimin xatirələrində duymuşam. Ən böyük arzum isə Kəlbəcərdə müəllimlik fəaliyyətimi davam etdirməkdir”.
Qeyd edək ki, müsabiqənin birinci mərhələsində İdris Abıyev (Bakı şəhəri 102 nömrəli tam orta məktəb) 59 bal, Aytac Ziyadxanlı (İsmayıllı rayonu Buynuz kənd R.Ocaqov adına tam orta məktəb) 59 bal, Şahin Hüseynov (Ağdam rayonu Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəb) 58 bal, Nuranə Abbasova (Bakı şəhəri 44 nömrəli tam orta məktəb) 58 bal, Elmar Abbaslı (Gəncə şəhəri 10 nömrəli tam orta məktəb) 58 bal toplayaraq yüksək nəticə göstəriblər.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08

