“Qafqaz Türk-İslam Ordusunun Bakı zəfərinin 100 illiyi” adlı “dəyirmi masa” keçirilib
12.09.2018 [13:51]
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) sentyabrın 12-də Azərbaycanda Atatürk Mərkəzində “Qafqaz Türk-İslam Ordusunun Bakı zəfərinin 100 illiyi” adlı “dəyirmi masa” keçirib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan İctimai Birliyin sədri Çingiz Bayramov 1918-ci il 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə dostluğu və qardaşlığında müstəsna əhəmiyyətə malik olduğunu bildirib. O, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gələrək işğalçı erməni-bolşevik qüvvələri ilə mübarizə apardığını, nəticədə Bakının düşməndən azad edildiyini söyləyib.
İctimai Birliyin sədri gənclər arasında Qafqaz İslam Ordusu və onun Bakının azad edilməsi istiqamətində apardığı mübarizə barədə məlumatlılığı artırmağın önəmli olduğunu vurğulayıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev tədbirdə çıxış edərək Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin tarixi barədə danışıb. O deyib ki, bu hadisə Azərbaycan xalqının tarixində böyük dəyərə malik səhifə kimi əbədiləşib və daim xatırlanır. Sovet dövründə bu önəmli tarix həmişə gizlədilirdi, Nuru Paşanın adı heç bir mənbədə çəkilmirdi. Lakin Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən Stepan Şaumyana Bakıda heykəl qoyulmuşdu. Amma bu gün Azərbaycan müstəqil ölkədir, tarixi həqiqətlər olduğu kimi deyilir, yazılır, göstərilir.
Qafar Əliyev vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri gündən-günə daha da möhkəmlənir. Türkiyədən başlayan, Azərbaycanda, Bakıda başa çatan bu möhtəşəm tarixi hadisənin mahiyyətini zaman getdikcə daha dərindən dərk edirik.
“Dəyirmi masa”nın digər iştirakçıları çıxış edərək bildiriblər ki, Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etmələrinə baxmayaraq, Osmanlı Türkiyəsi qardaş köməyini əsirgəmədi və Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Nuru Paşanın və türk əsgərlərinin xatirəsi bu gün də Azərbaycanda ehtiramla anılır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14

