Astanada dünya və ənənəvi dini liderlərin VI Qurultayı keçirilir
11.10.2018 [08:35]
Oktyabrın 10-da Astanada dünya və ənənəvi dini liderlərin VI Qurultayı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, Serbiya Prezidenti Aleksandr Vuçiçin, dini liderlərin, beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli siyasi, elmi və ictimai xadimlərin iştirak etdiyi qurultayda Azərbaycanı MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Qurultayda çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirib ki, 2003-cü ildən keçirilməyə başlayan dünya və ənənəvi dini liderlərin Qurultayı 15 il ərzində müxtəlif dinlər arasında münasibətlərin formalaşmasında mühüm rol oynayıb. Bu qurultayı keçirməklə Qazaxıstan dünya ictimaiyyətinə ümummilli konsensus və cəmiyyətin konsolidasiyasına bir nümunə nümayiş etdirir. Prezident çıxışında dünya dini liderlərini sülh və təhlükəsizlik uğrunda birgə mübarizə aparmağa çağırıb.
Nursultan Nazarbayev deyib: “Ətraf mühitin çirklənməsi, dinlərarası ziddiyyətlər, müharibələr, sanksiyalar bizim hər birimizi narahat edir. Sivilizasiyalararası münaqişələr elmi və texnoloji tərəqqi prosesinin fonunda absurd görünür”. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Qurultayın informasiya portalının yaradılmasını da təklif edib. Qeyd edib ki, bu portalın məqsədi dini radikalizmə qarşı müqavimətin gücləndirilməsi metodlarının öyrənilməsinə və tətbiq olunmasına kömək etmək olacaq.
Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev dünya dinlərinin nümayəndələrinin müasir dövrün ən kəskin problemlərini müzakirə etmək üçün Qazaxıstanda toplaşdığını bildirərək deyib ki, Suriya münaqişəsi, kütləvi qətllər, ibadətgahların, dini abidələrin dağıdılması qlobal sabitliyə və təhlükəsizliyə ciddi təhdiddir.
Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç çıxışında terrorizm, ekstremizm və radikalizmlə birgə mübarizənin önəmindən bəhs edib.
Qurultayda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, qurultayın keçirilməsində məqsəd dini liderlərin siyasi və ictimai xadimlərlə birgə dünyada baş verən hadisələrə münasibət bildirməsidir. Bu gün dünyada baş verən hadisələr göstərir ki, hazırda dindən başqa məqsədlər üçün istifadə edirlər. Bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə İslam və qeyri-İslam dünyasının qarşı-qarşıya qoyulduğunu söyləyən QMİ sədri deyib ki, müasir dünyamızda “Allahu Əkbər!” nidası ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu qeyd edərək bildirib ki, bu, beynəlxalq müstəvidə ksenofobiyanın, islamofobiyanın aradan qaldırılması işinə güclü təkan verib.
Azərbaycanda multikulturalizm siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən QMİ sədri bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini, bu sahədə mühüm addımların atıldığını diqqətə çatdırıb.
Allahşükür Paşazadə Cənubi Qafqaz regionunda sabitliyə və tərəqqiyə böyük əngəl olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini bildirib.
Azərbaycanın tolerant ölkə olduğunu, milli mənəvi və dini dəyərlərə ölkəmizdə çox böyük önəm verildiyini bildirən QMİ sədri Azərbaycan ilə Qazaxıstan arasında dinlərarası əməkdaşlığın da genişləndirildiyini vurğulayıb.
Qurultayda digər çıxış edənlər də təhlükəsiz dünya uğrunda mübarizənin aparılması ilə bağlı çağırışlar ediblər.
Sonra dünya və ənənəvi dini liderlərin Qurultayının ilk mükafatlarının təqdim edilməsi mərasimi olub.
Dinlərarası dialoqa verdikləri töhfələrə görə bir sıra dini liderlərə medallar verilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə “Şapaqat” medalı ilə təltif olunub.
Qurultayda 46 ölkədən 82 nümayəndə iştirak edib ki, bu da qurultaya artan diqqətin göstəricisidir.
“Dini liderlər təhlükəsiz dünya uğrunda” mövzusunda təşkil olunan Qurultay çərçivəsində oktyabrın 11-də “Manifest” Sülh. XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası”, “Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar”, “Din və qloballaşma: çağırışlar və cavablar”, “Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması” kimi tematik istiqamətlərdə plenar iclaslar keçirilib.
Qurultay çərçivəsində “Sülh və həmrəylik” muzeyinin açılışı olub. Dini liderlərin nümayəndələri muzeyə xatirə hədiyyələri təqdim ediblər. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalçasını muzeyə hədiyyə edib.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

