AzerTelecom Türkmənistanda beynəlxalq sərgidə iştirak edib
18.10.2018 [08:16]
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom cari ilin 10-12 oktyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş “Türkmentel 2018” 11-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisində iştirak edib.
AzerTelecom şirkətinin Baş İcraçı Direktoru Fuad Allahverdiyevin bildirdiyinə əsasən, şirkətin sərgidə iştirak məqsədi telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, texnoloji yeniliklərlə tanışlıq, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi olub.
Sərgi zamanı Fuad Allahverdiyev şirkətin stendini ziyarət edən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə, Rusiya Federasıyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Naziri Konstantin Noskov, Türkmənistan Respublikasının Nazirlər Kabinetinin sədrinin Nəqliyyat və Rabitə məsələləri üzrə müavini Mammetxan Çakiev və Rabitə Naziri Bayramgeldi Ovezov və digər qonaqlarla görüşərək AzerTelecom şirkəti, təqdim etdiyi xidmətlər və perspektiv layihələr barədə məlumat verib.
“Sərgi zamanı müxtəlif yerli və xarici şirkətlərin rəhbərləri və nümayəndələri ilə faydalı fikir mübadiləsi apardıq, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etdik. “Türkmentel 2018” sərgisində iştirak Orta Asiyada telekommunikasiya və yüksək texnologiyalar sahələrinin hansı istiqamətdə inkişaf etdiyini anlamaq, yeni tərəfdaşlıq əlaqələrini qurmaq və potensial layihələrin müzakirəsi baxımından faydalı oldu”, - deyə baş icraçı direktor qeyd edib.
Sərgi çərçivəsində həmçinin Türkmənistanın müxtəlif telekanallarına və qəzetlərinə AzerTelecom şirkətinin xidmətləri və sərgidə iştirakı barədə ətraflı müsahibələr verilib.
Sayca 11-ci olan “Türkmentel 2018” sərgisində Sony, Huawei, Samsung, Nokia, Space Systems International Monaco, Türksat, Airbus, Iskratel, Thales, Lenovo, Rostelecom, Polar Power, Gospel kimi dünyaca tanınmış şirkətlər xidmətlərini və məhsullarını təqdim ediblər.
Xəbər lenti
Hamısına baxDünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14

