/ / “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
20.10.2018 [10:17]
Qurucusu Ulu öndər Heydər Əliyev olan Dövlət Sərhəd Xidməti (DSX) ötən dövrdə sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir hərbi quruma çevrilib. Bu inkişafın təməlində Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilməsi, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən ali dövlət qayğısı dayanır.
Prezident İlham Əliyevin 2007-ci il 12 iyul tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması və 2010-cu il avqustun 10-da onun yeni binalar kompleksinin xidməti istifadəyə verilməsi, 2011-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması ilə DSX-də kadrların hazırlanması üzrə mükəmməl tədris sistemi formalaşdırılıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhədçi kursantların, o cümlədən Dövlət Sərhəd Xidmətinin bütün hərbi qulluqçularının hərbi vətənpərvərlik tərbiyəsinin əsasını Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin irsinin və Ulu öndərin banisi olduğu milli dövlətçiliyimizin təşəkkül tarixinin öyrənilməsi təşkil edir. Dövlət Sərhəd Xidmətinin “Heydər Əliyev elmi araşdırmalar mərkəzi”nin dəstəyi və təşkilatçılığı sayəsində bütün hərbi hissələrdə, xüsusilə də DSX Akademiyasında və Xüsusi Məktəbində Ulu öndərin həyat salnaməsinin, təhlükəsizlik orqanlarında xidmət illərinin və siyasi fəaliyyətinin, sərhəd təhlükəsizliyi konsepsiyasının banisi kimi Azərbaycan Sərhəd Mühafizəsi tarixindəki müstəsna xidmətlərinin tədqiq edilməsinə, gənc nəslin Heydər Əliyev ideyalarına sadiqlik ruhunda tərbiyəsinə ciddi önəm verilir.
Oktyabrın 18-də 47 ali təhsil müəssisəsinin bakalavr və magistr səviyyələri üzrə əyani təhsil alan tələbələrindən ibarət komandalarının iştirak etdiyi, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında Dövlət Sərhəd Xidmətinin Akademiyasının komandası birinciliyi qoruyaraq, 2017-ci ildə olduğu kimi qalib adını qazanıb.
Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin mühüm göstəricisi olan bu qələbə xəbəri Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb.
Oktyabrın 19-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bilik yarışının qaliblərini və onları hazırlamış müəllim heyətini qəbul edib.
General-polkovnik Elçin Quliyev kursantları və onların müəllimlərini qələbə münasibətilə səmimi təbrik edərək Azərbaycan Sərhəd Mühafizəsinin təşəkkülündə və formalaşmasında dahi öndər Heydər Əliyevin müstəsna rolunu xüsusi olaraq vurğulayıb. DSX rəisi Azərbaycan Respublikasına rəhbərlik etməsinin 15 illiyini təntənəli surətdə qeyd etdiyimiz Prezident İlham Əliyevin ölkəmizi regionun lider dövlətinə və beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşına çevirməsini, Azərbaycan xalqının gələcəyinə ünvanlanmış milli dövlətçilik strategiyasını uğurla gerçəkləşdirməsini, dövlət quruculuğunun və ictimai həyatın bütün sahələrində olduğu kimi, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkilində də əsaslı islahatların aparılmasını və önəmli nəticələrin əldə edilməsini bildirib.
General-polkovnik Elçin Quliyev 2014-cü ildən keçirilən və Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışlarında Dövlət Sərhəd Xidməti Akademiyasının komandasının hər zaman ilk beşlikdə yer tutmasını, 2017-ci və 2018-ci illərdə isə ardıcıl olaraq qələbə qazanmasını Azərbaycan sərhədçilərinin Heydər Əliyev ideyalarına və milli dövlətçiliyə sadiqliyinin mühüm göstəricisi, gənc sərhədçi nəslinin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində qazanılmış ciddi uğuru kimi qiymətləndirib.
“Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında yüksək bilik və əzmkarlıq nümayiş etdirərək ən yüksək nəticə göstərmiş kursantlar və müəllimlər dövlət təltifləri və fəxri fərmanlar ilə mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxSosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04

