Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda iştirak edir
23.10.2018 [09:09]
Rusiyanın Həştərxan vilayətində “Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 22-24-də Həştərxan şəhərində keçirilən Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə böyük nümayəndə heyəti iştirak edir.
Oktyabrın 22-də Forum iştirakçıları Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Azərbaycan nümayəndə heyətinin üzvləri parkda ağac əkiblər.
Sonra Azərbaycan nümayəndə heyətinin üzvlərini Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozov qəbul edib.
Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-siyasi, humanitar sahələrdə sıx əlaqələrin mövcud olduğu vurğulanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda Ulu öndər Heydər Əliyevin xatirəsinə abidə ucaldılıb, Ümummilli liderin adını daşıyan park, ümumtəhsil məktəbinin binası tamamilə yenidən qurulub, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilib. Uşaq bağçasının açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Həmçinin Həştərxan şəhərində “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb, “Meçta” uşaq əyləncə şəhərciyi şəhər sakinlərinin istifadəsinə verilib. H.Hüseynova xatırladıb ki, bu ilin sentyabrında Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin iştirakı ilə Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda qadın sahibkarlar da iştirak ediblər, Forum çərçivəsində bir sıra mühüm ikitərəfli sənədlər imzalanıb.
Həştərxan vilayəti qubernatorunun vəzifələrini icra edən Sergey Morozov Həştərxan və Azərbaycanda qarşılıqlı biznes mərkəzlərinin tikilməsinin əhəmiyyətini vurğulayıb, qadın sahibkarları forumunun bu əlaqələrin inkişafına dəyərli töhfə verəcəyinə əminliyini ifadə edib.
Həştərxan vilayət Dumasının deputatı İrina Brıntseva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə Azərbaycana səfərini xatırlayaraq bildirib ki, həm Rusiyada, həm də Azərbaycanda qadınların ictimai-siyasi həyatda yaxından iştirakına, qadın sahibkarlığının stimullaşdırılmasına xüsusi önəm verilir.
Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Həştərxan hökumətinin beynəlxalq və xarici-iqtisadi əlaqələr naziri Denis Afanasyevin iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Azərbaycan və Həştərxan vilayətindən 350-yə yaxın qadın sahibkarın iştirak etdiyi Forum çərçivəsində işgüzar görüşlər, ustad dərsləri, biznes layihələrin təqdimatı və digər tədbirlər keçiriləcək.
Xəbər lenti
Hamısına baxSosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59

