/ / Məhkəmə və digər orqanların qərarlarının icrasında yerli və müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyəti
Məhkəmə və digər orqanların qərarlarının icrasında yerli və müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyəti
24.11.2018 [10:53]
Ümummilli lider Heydər Əliyev böyük tarixi şəxsiyyət kimi vətənin, millətin qarşısında borcunu ləyaqətlə yerinə yetirərək Azərbaycana sabitlik gətirdi. Sabitlik şəraitində Azərbaycan beynəlxalq hüququn subyekti olaraq dünyaya öz müstəqil siyasəti və iqtisadi inkişafı ilə inteqrasiya etdi.
Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə və ədliyyə, o cümlədən penitensiar sahədə mühüm islahatlar həyata keçirilmişdir. Dövlətimizin başçısının keçən ilin fevral ayında imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı bu islahatların yeni mərhələyə keçidinin başlanğıcını qoydu.
Məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən infrastrukturun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, Probasiya xidmətinin yaradılması həyata keçirilən islahatların məntiqi davamıdır.
12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə (rerferendumla) qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı qüvvəyə mindikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildi. Həmin qanunla məhkəmə və digər orqanların qərarlarının məcburi icrasının yalnız icra məmurları tərəfindən həyata keçirilməsi təsbit olundu. İcra məmurlarının fəaliyyəti “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində fiziki və hüquqi şəxslərin pozulmuş hüquqlarının bərpasına, eləcə də qanunun aliliyinin, dövlətin mənafeyinin təmin olunmasına, qanunçuluğun möhkəmləndirilməsinə yönəlmişdir.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə istinad etsək, orada qeyd edilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 4-cü maddəsində isə qeyd edilir ki, bu qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur. Eyni zamanda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Amma yuxarıda qeyd edilən orqanlar, təşkilatlar, habelə hüquqi və fiziki şəxslər məcburi icra orqanları sayılmır.
Məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat uzun müddət davam edən məhkəmə icraatının yekun mərhələsi olduğundan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə tam riayət etməklə qəbul edilmiş qərarların vaxtında və düzgün icrasının təmin edilməsi əsas şərtdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun təkmilləşdirilməsi məqsədi ilə tədbirlər görülmüş, onlara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı ilin mart ayının 1-dək 92 qanun qəbul edilmişdir.
Qəbul edilmiş qanunlar, əlavə və dəyişikliklər “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun icra icraatının hüquqi tənzimlənməsində boşluqları doldurmuş və ziddiyyətləri aradan qaldırmışdır.
İcra icraatının səmərəsinin artırılması məqsədi ilə yerli və müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə zərurət yarandığından bu məqsədlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 20-T/659 saylı 20.10.2012-ci il tarixli “Məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində əlaqəli fəaliyyətin gücləndirilməsinə dair” birgə əmri imzalanmışdır. Müvafiq əmrə əsasən, icra qurumlarının rəhbərləri məhkəmə və digər orqanların qərarlarının icrası vəziyyətini öyrənilməli, mövcud nöqsanların səbəb və şəraitini müəyyən etməklə onların aradan qaldırılması üçün təxirəsalınmaz təsirli tədbirlər görməli, polis orqanları ilə qarşılıqlı fəaliyyətdə həll edilməli icra işləri üzrə aidiyyəti sorğuları və tapşırıqları operativ göndərməli, onların icra prosesinə cəlb olunması üçün vaxtında müraciət etməli, birgə həyata keçirilən icra tədbirlərində icra məmurlarının əməli və fəal iştirakını təmin etməklə yanaşı, mürəkkəb işlərin, o cümlədən tələbkarların yaşayış və qeyri-yaşayış sahələrinə köçürülməsi, yaxud borcluların oradan çıxarılması ilə bağlı qərarların icrası prosesində ictimai təhlükəsizliyin mühafizəsi və hüquq qaydasının təmin olunması məqsədi ilə daxili işlər orqanlarının imkanlarından səmərəli istifadə etməlidirlər.
Sözügedən birgə əmrin 2-ci bəndinə əsasən, Daxili İşlər Nazirliyinin polis orqanlarının rəisləri - icra xidmətinin aidiyyəti sorğularına qısa müddətdə baxmalı və təxirə salınmadan qanuna uyğun tədbirləri görməli, borcluların axtarılması, onlara məxsus nəqliyyat vasitələrinin saxlanılması və digər müvafiq qərarların icrası üzrə zəruri tədbirləri operativ həyata keçirməli, icra məmurlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə maneçilik törədilən hallarda qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində onlara köməklik göstərməli, mürəkkəb icra işlərində ictimai təhlükəsizliyin qorunmasını təmin etməklə icra hərəkətləri keçirilərkən insan hüquq və azadlıqlarına ciddi riayət olunmalıdır.
Məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində əlaqəli fəaliyyətin gücləndirilməsinə dair birgə əmrin mahiyyəti ondan ibarətdir ki, icra olunmalı olan icra sənədlərinin icrasında müvafiq icra hakimiyyəti orqanının iştirakı icra icraatı zamanı icra məmurlarının fəaliyyəti fiziki və hüquqi şəxslərin pozulmuş hüquqlarının bərpasına, eləcə də qanunun aliliyinin və dövlətin mənafeyinin təmin olunmasına yönəlmişdir.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsində icra məmurları ilə müvafiq icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyətindən bəhs edilir. Həmin maddəyə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurlarına maneçilik törədildikdə və ya onların həyat və sağlamlıqları üçün təhlükə yarandıqda müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlər daxilində icra məmurlarına kömək göstərməyə borcludur.
“Müvafiq icra hakimiyyəti orqanı” səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin 672 nömrəli, 05 mart 2002-ci il tarixli Fərmanına əsasən bu maddədə nəzərdə tutulmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001- ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” Əsasnamədə nəzərdə tutulur ki, nazirlik ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeçiliyində olan orqanlar vasitəsi ilə həyata keçirir.
Sözügedən Əsasnaməyə görə, Daxili İşlər Nazirliyinin vahid sistemini təşkil edən qurumlardan biri də ərazi polis orqanlarıdır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, polisin əsas vəzifələrindən biri də ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdir.
Zəruri hallarda icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı törədilə biləcək maneçiliklərin, icra məmurlarının həyat və sağlamlığı üçün yarana biləcək təhlükənin qarşısının alınması, eləcə də bu zaman ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması üçün icra qurumunun rəhbəri müvafiq köməkliyin göstərilməsi məqsədi ilə ərazi üzrə polis orqanına müraciət edə bilər. Polis orqanına müraciət, əsasən borclunun yaşayış və qeyri-yaşayış sahəsindən, torpaq sahəsindən çıxarılması, icra sənədi üzrə tərəflərin mənzilə istifadə hüquqlarının müəyyən edilməsi, hər hansı bir sahədə tikinti işlərinin qadağan edilməsi və ya dayandırılması, əmlak tələblərinin icrası barədə və s. tələblərin icrası ilə bağlı edilə bilər. Yuxarıda sadalanan hər hansı bir kateqoriya üzrə icra tədbirləri həyata keçirilməmişdən əvvəl icra üzrə tərəflərin xüsusi ilə də bu tədbirə münasibəti və s. barədə məlumatlar öyrənilir (əvvəlcədən baş verə biləcək münaqişəli sahədə). Qeyd edilən xüsusatlar polis orqanlarına müraciətdə qeyd olunur. Bu məlumatın qeyd olunması icraat prosesində törədilə biləcək hər hansı qanun pozuntusunun qarşısının alınmasında əhəmiyyətli olur.
Praktika göstərir ki, icraat prosesində uşağın alınıb başqa bir şəxsə verilməsi məsuliyyətli, həssas və vacib sahə olmaqla xüsusi, diqqət və peşəkarlıq tələb edir.
Ailə Məcəlləsinin 74-cü maddəsinə əsasən, uşağın alınıb valideynlərindən birinə verilməsi ilə əlaqədar məhkəmə qətnaməsinin məcburi icrası zamanı zəruri hallarda polis orqanının nümayəndəsinin də iştirakı vacibdir. Çünki icraatın subyekti uşaqdır. Bu kateqoriya işlər üzrə əsas vəzifəsi ictimai qaydanı və təhlükəsizliyi təmin etməkdən ibarət olan polis orqanlarının nümayəndələri icraat zamanı xırda xuliqanlıq, polis işçisinin qanunu tələbinə tabe olmamaq kimi inzibati xətaların (İXM-maddə 510,535), icra məmurunun qanuni fəaliyyətinə mane olma və ya həyatına qəsd etmə, yaxud hədələmə və ya zor tətbiq etmək kimi cinayətlərin (CM-maddə 287,288) qarşısının alınmasını, qanunsuz əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunmasını təmin edir.
Müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətin əsas sahələrindən biri də qanuni qüvvəsini almış məhkəmə aktının və ya digər orqanın qərarının icrası ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsi ilə müəyyən olunmuş hallarda fiziki şəxsin və uşağın axtarılmasıdır. Bu sahə Azərbaycan Respublikasının Qanunvericiliyi ilə bilavasitə polis orqanlarına həvalə edilmişdir.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən, icra sənədi üzrə icraatda yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxs iştirak edə bilər. İcraatda tərəflər tələbkar və borcludur.
Xeyrinə və ya maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır.
İcra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır.
Məhkəmə və digər orqanların qərarlarının icrasında müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı, yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin və mütəxəssislərinin iştirakları zəruridir. İcraat praktikasında yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və mütəxəssislərinin iştirakı zəruri olan sahə məhkəmə qərarı əsasında uşağın alınıb başqa bir şəxsə verilməsi, uşağın valideynləri ilə ünsiyyətdə olmasının təmin edilməsidir. Həmin kateqoriya üzrə icra məmuru tərəfindən həyata keçirilən icra prosesində tələbkar və borclu ilə yanaşı, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və mütəxəssislər də (həkim-psixoloq, həkim-nevropatoloq, müəllim-psixoloq, qəyyumluq orqanından nümayəndə) iştirak edirlər.
Mütəxəssislərin və nümayəndələrin (xüsusilə uşaq tələbinə dair icra prosesində) icra icraatında iştirakları zəruridir. Çünki subyekt azyaşlı olduğundan ona qarşı istənilən hərəkət və yanaşma həssas və diqqətli olmalıdır ki, uşaq psixoloji sarsıntı keçirməsin. Bu səbəbdən icra sənədi üzrə tələbi icra etməmişdən əvvəl azyaşlının psixoloji və sosial durumu icra məmuru tərəfindən profilaktik söhbətlər əsasında öyrənilir. Aparılmış profilaktik söhbətlər nəticəsində tərəflərin razılığı və uşağın psixoloji-sosial durumunun normal olması qənaətinə gəlinirsə, onda hər iki tərəfin (borclu və tələbkar) müvafiq məhkəmə aktının könüllü icra olunması üçün iltizamı alınır, hüquq və vəzifələri izah olunur. Əgər hüquqazidd hərəkətlər və uşağın sağlamlığı ilə əlaqədar hər hansı bir fəsadlar baş verərsə, məsuliyyət daşımaları barədə xəbərdar olunurlar.
Lakin icraat praktikasında uşaq tələbinə dair icra sənədlərinin icrası zamanı heç də tərəflər arasında razılıq əldə olunmur. Bəzi valideynlər (tərəflər) öz aralarında olan münaqişəli münasibətlərdə uşaqdan “alət” kimi istifadə edirlər. Bu hal acınacaqlı olmaqla yanaşı, uşaqların psixoloji durumuna çox pis təsir göstərir. Çünki valideynlər arasında olan mənfi münasibətlər və münaqişələr uşaqların gözü qarşısında baş verir. Nəticə etibarı ilə uşaqlar psixoloji zədə alırlar. “Psixoloji zədə” almış uşaqların valideynləri ilə ünsiyyətdə olmalarını təmin etmək prosesi heç də asan olmur, əksinə, çətinləşir. Belə olan halda, həm uşağın psixoloji vəziyyətinin normallaşmasının təmin olunması, həm də bu sahədə valideynlərlə profilaktik söhbətlərin aparılması zərurəti yaranır. Bu səbəbdən icraat zamanı yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin və mütəxəssislərinin iştirakı zəruridir. Bu məqsədlə (əgər icra predmeti uşaq tələbi və ya uşaqla ünsiyyətdirsə) icra prosesinə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və mütəxəssisləri dəvət olunurlar.
Ailə Məcəlləsinin 59-cu maddəsinə əsasən, valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqların qanuni nümayəndələri kimi, onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət olmadan müdafiə edə bilərlər. Valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yarandığı müəyyən olunarsa, müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidentinin 247 nömrəli 6 mart 2000-ci il tarixli Fərmanına əsasən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaqların hüquq və mənafeyini müdafiə etmək üçün nümayəndə təyin etməlidir.
Qeyd olunduğu kimi, icraat zamanı aparılmış profilaktik tədbirlər nəticəsində valideynlərlə uşaqların münasibətlərində ziddiyyət mövcud olarsa, həmin uşağın yaşadığı ərazi üzrə yerli poliklinikaya, yerli təhsil idarəsinə, yerli icra hakimiyyəti orqanına mütəxəssislərin dəvət olunması üçün yerli icra xidmətinin rəhbəri tərəfindən müraciət olunur. Müraciət əsasında dəvət olunmuş yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin və mütəxəssislərinin iştirakı əsasında icra prosesi həyata keçirilir. İcra icraatında iştirak edən hər bir nümayəndə və mütəxəssis uşağa və valideynə öz rəyini və münasibətini bildirir. Alınmış rəylər əsasında icra tədbirləri davam etdirilir.
Digər kateqoriya icra işləri üzrə, məsələn; torpaq mübahisəsinə dair işlər üzrə icra icraatında mübahisə və zərurət yarandıqda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən və yerli icra hakimiyyətinin inzibati ərazi üzrə nümayəndəliyindən mütəxəssislər dəvət olunur.
Müvafiq məhkəmə aktı əsasında hərracda satılmalı olan daşınar və daşınmaz əmlakların icrası həyata keçirilərkən icra məmurunun qərarı əsasında müvafiq qiymətləndirici dəvət olunur. Borclunun əmlakının qiymətləndirilməsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsi ilə tənzimlənərək “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir.
Yuxarıda qeyd etdiyimiz xüsusatlardan da görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrasında müvafiq və yerli icra hakimiyyəti orqanlarının iştirakının müstəsna rolu və fəaliyyəti fiziki və hüquqi şəxslərin pozulmuş hüquqlarının bərpasına, eləcə də qanunun aliliyinin, dövlət mənafeyinin təmin olunmasına, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına yönəlməklə məhkəmələr tərəfindən qəbul edilmiş qərarların icrasının təmin olunmasına yönəlmişdir.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən (maddə 12), insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu ali məqsədin həyata keçirilməsi naminə özünü ədliyyənin mənsubu hesab edən hər bir şəxs ilk növbədə qanunlarımızın icrasının və milli maraqlarımızın təəssübkeşi olmalıdır. Yadda saxlamalıyıq ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
Məmməd Müsəllimov,
Bakı şəhəri Pirallahı
rayonu İcra və probasiya
şöbəsinin icra məmuru,
I dərəcəli ədliyyə qulluqçusu
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

