/ / Əqli Mülkiyyət Agentliyi Azərbaycan və Fransa universitetlərinin birgə magistr proqramına dəstək verir
Əqli Mülkiyyət Agentliyi Azərbaycan və Fransa universitetlərinin birgə magistr proqramına dəstək verir
01.02.2019 [09:48]
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Fransanın Lumiere Lion 2 Universitetinin hüquq fakültəsinin dekanı, professor Giyoni Protyer ilə görüşüb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, K.İmanov Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanda sosial-iqtisadi islahatların uğurla reallaşdırılması, eləcə də iqtisadiyyatın diversifikasiyasının və innovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatlar barədə qonağa məlumat verib. O, Agentliyin ölkəmizdə əqli mülkiyyət hüquqları sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxs olduğunu, əqli mülkiyyət hüquqları sahəsində vahid dövlət siyasətini formalaşdırdığını və bu siyasətin həyata keçirilməsini təmin etdiyini bildirib. Azərbaycanın müəllif-hüquq sisteminin Avropa doktrinasına, xüsusilə də Fransa sisteminə əsaslandığını qeyd edən Agentliyin sədri ümumilikdə əqli mülkiyyət sahəsində ölkəmizdə geniş islahatların aparılmasını nəzərə çatdırıb.
Bakı Dövlət Universiteti və Lion Universiteti arasında əqli mülkiyyət hüququ üzrə birgə magistr proqramının təşkil olunmasını yüksək qiymətləndirən K.İmanov Agentliyin hər zaman təhsil proqramlarına dəstək verdiyini vurğulayıb, iki təhsil müəssisəsi arasında həyata keçiriləcək bu layihənin Azərbaycan-Fransa əməkdaşlığına töhfə verəcəyinə əminliyini bildirib.
Giyoni Protyer təmsil etdiyi universitetin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında ilk dəfə məhz Azərbaycan ilə bu sahədə layihə reallaşdırdığını diqqətə çatdırıb. O, Lion Universitetinin əqli mülkiyyət sahəsində 15 illik təcrübəsini Bakı Dövlət Universiteti ilə bölüşmək, hər iki universitetin hüquq fakültələrinin magistratura pilləsində əqli mülkiyyət hüququ sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığına başlamaq niyyətində olduqlarını qeyd edib. Fransalı professor bu layihənin həyata keçirilməsində Əqli Mülkiyyət Agentliyinin də yaxından iştirak etməsində maraqlı olduqlarını bildirib.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “Əqli mülkiyyət hüququ” fənninin tədrisi məsələsində Agentliyin hər zaman onlara yardım etdiyini, bu qurumun bir neçə əməkdaşının hazırda fakültədə müəllim kimi çalışdığını bildirib. O, Agentliyin rəhbərliyinə bu layihənin başlanmasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19

