Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ötən il Yevlaxda tikinti-quruculuq işləri davam etdirilib

Ötən il Yevlaxda tikinti-quruculuq işləri davam etdirilib

20.02.2019 [10:02]

Yevlax rayonunda 2018-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül-çiçək düzüblər.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov bildirib ki, hesabat dövründə tikinti-quruculuq və abadlıq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına xüsusi fikir verilib. Bu dövrdə Kür çayı üzərində dəmir yolu körpüsünün, Aran qəsəbəsində Ailə-Sağlamlıq Mərkəzinin binasının tikintisi başa çatdırılıb. Mingəçevir şəhəri-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonundan keçən Aran qəsəbəsi-Yevlax Bərdə yolunadək olan hissəsi, Qoyunbinəsi-Hacımahmudlu-Qaramanlı kəndlərarası avtomobil yolu, Bakı-Ələt-Qazax avtomobil yolu üzərindəki körpü, 60 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Rayonun 12 kəndində meliorasiya işləri aparılıb. 2 nömrəli körpələr evi-uşaq bağçası, elektron kitabxana, şəhər yaradıcılıq mərkəzinin binası, Mədəniyyət Mərkəzinin və 12 yaşayış binasının dam örtüyü əsaslı təmir olunub. Yevlax şəhərinin Füzuli və Pişəvəri küçələrində abadlıq və əsaslı təmir işləri aparılıb.
Hazırda Kür çayı sahilində beşulduzlu hotelin, 12 saylı Ərazi Vergilər Departamentinin, doqquzmərtəbəli 45 mənzilli yaşayış binasının, data internet mərkəzinin tikintisi davam etdirilir. Aran qəsəbəsindəki mədəniyyət evində əsaslı təmir və yenidənqurma işləri aparılır.
Yığıncaqda aqrar sahədə görülən işlərdən bəhs edilərkən bildirilib ki, 2018-ci ildə rayonda 6570,6 hektarda buğda, 5082 hektarda arpa, 2900 hektarda təzə yonca, 9 hektarda kələm, 8 hektarda baş soğan, 80 hektarda sarımsaq becərilib. 2500 hektar pambıq tarlasından 5296,4 ton məhsul yığılıb.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq pambıq, taxıl istehsalının artırılması və digər bitkiçilik sahələrinin inkişaf etdirilməsi üçün Yevlax rayonunun Aran qəsəbəsi ərazisində 4000 hektar sahədə Yevlax “Aqropark” MMC yaradılıb. Aqroparkın ərazisinə Yuxarı Qarabağ kanalından 14 kilometr yeni su xəttinin çəkilməsi, müasir pivot suvarma sistemlərinin quraşdırılması və 3000 başlıq cins mal-qara kompleksinin tikintisi üçün layihə işləri aparılıb.
Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər təhlil edilib, uğurlarla yanaşı problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Prezident Administrasiyasının məsul əməkdaşı Vəfadar Bağırov və Milli Məclisin deputatı İlham Məmmədov yığıncaqda çıxış edərək, 2018-ci ildə respublikada sosial-iqtisadi sahədə görülən işlərdən, əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıblar. Sonda qərar layihəsi oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31