Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir...
20.02.2019 [10:04]
Hər il olduğu kimi bu il də ölkə daxilində və xaricdə soyqırımı ilə bağlı tədbirlər keçiriləcək, faciə qurbanlarının xatirəsi yad ediləcək
Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımının törədilməsindən 27 il ötür. Hər il olduğu kimi bu il də Azərbaycanın bütün regionlarında və xarici ölkələrdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək, bu qanlı terror aktı nəticəsində həyatını itirmiş insanların xatirəsi yad ediləcək. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Tədbirlər planına əsasən Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub. Eləcə də ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq. Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.
Bu məqamda vurğulamaq lazımdır ki, bu qanlı soyqırımı aktı, erməni şovinizminin əsl mahiyyətini növbəti dəfə bütün çılpaqlığı ilə ortaya çıxarıb. Həmin vaxt ermənilərin Xocalını hədəf seçməsi isə heç də təsadüfi deyildi. Belə ki, ən strateji nöqtələrdən sayılan Xocalını işğal etmək üçün ermənilər ilk növbədə şəhərin ətrafındakı əraziləri zəbt etməyə baladılar. 1992-ci il yanvarın 10-da ermənilər Axullu kəndini zəbt etdilər, həmin ilin fevralında Malıbəyli və Quşçular kəndləri hücuma məruz qaldılar. Xankəndidə yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə bu kəndlər də ermənilər tərəfindən işğal olundu. Malıbəyli və Quşçular kəndlərinin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı yenə də 366-cı motoatıcı alayın əsgər və zabit heyəti, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülər hesabına ermənilərin əlinə keçdi. Kənd əhalisi vəhşicəsinə qətlə yetirildi. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmişdi, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu.
Vurğulandığı kimi, ermənilər üçün əsas hədəf Xocalı idi. Və Azərbaycanın o vaxtkı rəhbərliyinin səriştəsizliyi, həmçinin hakimiyyət uğrunda davam edən savaş ermənilərin Xocalı ilə bağlı planlarını daha tez həyata keçirmələrinə təkan verirdi. Beləliklə, 1992-ci il fevralın 25-də Xocalı daha dəhşətli dərəcədə artilleriya və digər hərbi texnikadan atəşə tutulmağa başladı. Bu işdə keçmiş SSRİ ordusuna məxsus 366-cı alayın texnikasından geniş istifadə olundu və Xocalı işğal edildi. Ümumiyyətlə, bu alay Xocalı ilə yanaşı, Azərbaycanın digər kəndlərinin də atəşə tutulmasında dəfələrlə iştirak edib. Bunun əsas səbəblərindən biri də alayda xeyli sayda erməninin olması idi.
Məlumat üçün bildirək ki, Xocalı soyqırımı zamanı 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirildi. Ermənilər 487 nəfəri ağır xəsarətlərə məruz qoydu, 1275 nəfəri isə girov götürdü. Ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirdilər. Beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri insanları qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atdılar. Şahidlərin təsdiqlədiyinə görə, həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək olan uşaqlar, ahıl qocalar güllələnib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıblar. Güllə yarasından ölməyənlərin başlarına sonradan güllə vurulub, meyitlər zorakılığa məruz qalıb.
Onu da qeyd edək ki, yalnız Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün oldu. Ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni vəşhiliklərinin beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkildi. Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.
Ulu öndər tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Məhz ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Aparılan siyasətin nəticəsidir ki, dünyanın 10-a yaxın dövləti, eləcə də ABŞ-ın 16 ştatı və bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını rəsmən tanıyıb və bu soyqırımı pisləyən qətnamə qəbul ediblər.
Bu istiqamətdə Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun xidmətləri isə xüsusi vurğulanmalıdır. Məhz Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının səyi ilə Xocalı soyqırımının adı İsveçdə yaradılmış və virtual aləmdə geniş vüsət almış mükəmməl “Beynəlxalq Müharibə Qurbanları Memorialı” arxiv layihəsinə daxil edilib və Xocalı soyqırımının adı Srebrenitsa, Xolokost, başqa yerlərdə törədilmiş soyqırımları və qətliamlarla bir sırada çəkilib. Hər il fevral ayının 26-da isə dünyanın aparıcı dövlətlərinin paytaxtlarının mərkəzi meydanlarında Xocalı soyqırımında həlak olan günahsız insanların xatirələri anılır, fləş-moblar həyata keçirilir, bu soyqırımının tanıdılması yönündə işlər aparılır. Bundan başqa, Xocalı soyqırımı ilə bağlı mütəmadi şəkildə xarici ölkələrdə olan səfirliklərimizdə sərgilər və bir sıra tədbirlər təşkil edilir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Gündəm
18 May 11:55
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16

