ABŞ-dakı yəhudi diasporu Xocalı soyqırımı qurbanlarının xatirəsini anacaq
21.02.2019 [09:46]
ABŞ tarixində ilk dəfə olaraq azərbaycanlılara məxsus olmayan qeyri-hökumət təşkilatı Xocalı soyqırımı qurbanlarına həsr edilmiş geniş tədbir keçirəcək. Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi strategiyası uğurla həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Amerikanın nüfuzlu yəhudi diaspor təşkilatlarının yeni qurulmuş əməkdaşlığı artıq öz bəhrəsini verməyə başlayıb.
Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, fevralın 25-də ABŞ-ın Nyu-York şəhərindəki Yəhudi Tarixi Muzeyində Amerika Sefardlar Federasiyasının və Amerika Müsəlmanları Liderləri İttifaqının birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımına həsr edilmiş “Nəzər yetirmək və danışmaq: Xocalı qırğınını yad etmək, soyqırımı və etnik təmizləməyə qarşı mübarizə aparmaq” adlı tədbir, həmçinin amerikalı musiqiçi Cefri Verbokun ifasında muğam gecəsi baş tutacaq.
Bildirilib ki, gecədə Amerikadakı müxtəlif yəhudi təşkilatlarının liderləri, amerikalı gənc yəhudi liderlər, yəhudi və müsəlman dini liderlər, soyqırımı qurbanı olmuş digər xalqların nümayəndələri, BMT-nin rəsmi şəxsləri, Nyu-Yorkdakı diplomatik nümayəndəliklərin təmsilçiləri, soyqırımı üzrə beynəlxalq mütəxəssislər, amerikalı tarixçilər, Xocalı soyqırımı zamanı doğmalarını itirmiş, diasporumuzun üzvü Anar Usubov, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları və diasporumuz da daxil olmaqla, təxminən 150 nəfərin iştirakı gözlənilir.
Müxtəlif panellərdə çıxış edəcək şəxslər ümumilikdə soyqırımı, insanlığa qarşı cinayətlər, xüsusilə də Xocalı soyqırımı, bu cür halların qarşısının alınması və günahkarların cəzalandırılması yolları barədə danışacaqlar.
Qeyd edək ki, ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarından olan Amerika Sefardlar Federasiyası və digər önəmli yəhudi təşkilatları ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq ilk dəfə olaraq 2018-ci ilin noyabr ayında Dövlət Komitəsi sədrinin ABŞ-a səfəri zamanı qurulub və bu əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində iş aparılır.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxİdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55

