Bakıda “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib
21.02.2019 [09:57]
Gənclər üçün Təhsil Mərkəzinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə fevralın 20-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra “Oxu!” sənədli filmi nümayiş olunub.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək tədbirin əsas məqsədinin gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğini gücləndirmək, unudulmaqda olan dəyərlərimizin qorunması işinə töhfə vermək olduğunu bildirib. O, regionlarda da bu istiqamətdə silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
ADBTİA-nın prorektoru Təhminə Tağızadə mövzunun əhəmiyyətinə toxunub. O, xalqımızın formalaşmasında mühüm rol oynayan milli-mənəvi dəyərlərin dövlətçiliyimizin möhkəmlənməsində də xüsusi önəm daşıdığını qeyd edib. T.Tağızadə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında gənclərin üzərinə böyük vəzifə düşdüyünü vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDX) sədri Mübariz Qurbanlı bildirib ki, milli-mənəvi dəyərlər xalqımızın özünəməxsus xüsusiyyətidir. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Milli-mənəvi dəyərləri qorumağın ən ümdə vəzifələrimizdən biri olduğunu diqqətə çatdıran komitə sədri qeyd edib ki, bu dəyərləri təhdid edən müxtəlif amillərlə rastlaşırıq. Zaman keçdikcə milli-mənəvi dəyərlərə münasibətdə də müxtəlif dəyişikliklər, yeni yanaşmalar ortaya çıxır. Lakin elə dəyərlər də var ki, onlar daimidir. Bu dəyərləri, milli xüsusiyyətləri, adət-ənənələri qorumaq zəruridir. Əks təqdirdə, dünyada gedən mədəniyyətlərarası qovuşmada böyük təsir gücü altında mədəniyyətlərin də, milli adət-ənənələrin də assimilyasiyası prosesi gedə bilər. Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bu işlər davam etdiriləcək. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, din, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir. O, dövlət başçısının Fərmanı ilə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən milli-mənəvi dəyərlərin düzgün təbliği istiqamətində kompleks tədbirlər həyata keçirildiyini, videoçarxların, sənədli filmlərin hazırlandığını bildirib. DQİDK sədri Fondun dəstəyi ilə çəkilən “Oxu!” adlı sənədli filmin xurafatla mübarizəyə həsr olunduğunu, filmdə cəhalətin, elmsizliyin yol açdığı mənəvi boşluqlar və bunun nəticəsində xurafat hallarının artmasının yaratdığı təhlükələrin işıqlandırıldığını deyib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35

