/ / Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Atatürk Liseyində olub
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Atatürk Liseyində olub
21.02.2019 [16:10]
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti bu gün Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyində olub.
Qonaqlar öncə ayrı-ayrı siniflərə baş çəkib, Liseydə yaradılan şəraitlə maraqlanıblar. Sonra Liseyin rəhbərliyi ilə görüş olub. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın, səfirliyin təhsil müşaviri Mahmut Ağırmanın və səfirliyin digər təmsilçilərinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin dekanı, prof.dr. Hayati Beşirlinin də iştirak etdiyi görüşdə Liseyin müdiri Eylem Gültəkin rəhbərlik etdiyi təhsil ocağının yaranma tarixi, fəaliyyəti və qazanılan uğurlar barədə ətraflı məlumat verib. TDAV qurucu başqanı rəhmətlik Turan Yazqan tərəfindən yaradılan bu Liseyin ötən illər ərzində yalnız və yalnız "Bir millət, iki dövlət" fəlsəfəsinə xidmət edən bacarıqlı, dövlətini sevən və Türk dünyasının inkişafına xidmət amalı ilə böyüyən bir gənclik yetişdirdiyini deyən Eyləm Gültəkin hazırda burada təhsil almaq istəyənlərin sayının çox olduğunu, lakin məktəbin indiki binasının buna imkan vermədiyini bildirib. Liseyin müdiri qonaqlardan Bakı Atatürk Liseyinə yeni binanın ayrılması və digər məsələlərdə yardımçı olmalarını xahiş edib.
Prof.dr. Hayati Beşirli isə Türk Dünyası Araşdırmaları Vəqfinin təhsilə verdiyi önəm barədə danışıb, istər Liseyin, istərsə də fakültənin hər hansı maddi maraq güdmədən, daha bacarıqlı gənclərin iki qardaş ölkəyə qazandırılması üçün fəaliyyət göstərdiyini bildirib. Türkiyəli qonaqların bu Liseyə gəlməsini yüksək qiymətləndirən dekan "Bakı Atatürk Liseyi fəaliyyət göstərdiyi 27 il ərzində öz saflığını qoruyub və FETÖ terror təşkilatı bu təhsil müəssisəsinə nüfuz edə bilməyib", - deyib.
Görüşdə çıxış edən Şamil Ayrım öncə növbəti dəfə Azərbaycanda olmaqdan və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Nümayəndə heyətinin rəhbəri qardaş ölkələrimiz arasında əlaqələrin bu gün bütün sahələrdə, o cümlədən təhsil sahəsində ən yüksək səviyyədə olduğunu deyib. Şamil Ayrım eyni zamanda görüşdə iştirak edən nümayəndə heyətinin üzvlərinin Türkiyəyə qayıtdıqdan sonra Turan Yazqanın yadigarı olan Bakı Ataürk Liseyinə lazım olan dəstəyin göstərilməsi üçün müəyyən addımlar atacağını da bildirib.
Qarşılıqlı dialoq şəraitində davam edən görüşün sonunda nümayəndə heyətinin rəhbəri Liseyin müdirinə xatirə hədiyyələri təqdim edib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

