Azərbaycan dövləti tələbə gənclərə yüksək qayğı göstərir
12.03.2019 [10:11]
Ekspertlər hesab edirlər ki, tələbə gənclərin təqaüdlərinin artırılması onların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, elm və təhsilə marağını daha da stimullaşdıracaq
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi gücünün artmasını təmin edib. Təbii ki, iqtisadi inkişaf insanların sosial rifahının yüksəlməsi ilə müşayiət olunur. Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Ölkəmizdə əhalinin sosial müdafiəsi üçün lazım olan hər bir şərait yaradılıb. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
Ölkəmizdə davamlı olaraq əməkhaqları, təqaüdlər, sosial müavinətlərin məbləği artırılır ki, bu da insanların rifah halının daha da yüksəlməsinə xidmət edir. Fevralın 14-də Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərman və sərəncamlar da bu faktı bir daha təsdiqləyir. Qeyd edək ki, həmin gün Prezident İlham Əliyev ölkəmizdə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncam imzalayıb. Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16000 (on altı min) vahid artırılaraq təqaüd alan tələbələrin sayı tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılacaq.
Prezident İlham Əliyevin imzaladığı digər Sərəncam isə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır. Dövlət başçısının “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamına əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin məbləği də müəyyənləşdirilib. Sözügedən Sərəncama əsasən, elmlər doktoru hazırlığı üzrə doktorantlar 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar 180 manat, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələr 170 manat məbləğində təqaüd alacaqlar. Həmçinin magistratura səviyyəsi üzrə təhsil alan və akademik göstəriciləri 91-100 bal olan tələbələrə 145 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 120 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə 80 manat məbləğində təqaüd veriləcək. Bakalavriat səviyyəsində akademik göstəriciləri 91-100 bal olan tələbələrə 130 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 110 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə 75 manat təqaüd verilməsi qərara alınıb. Orta ixtisas təhsili müəssisələrində təhsil alan və akademik göstəriciləri 91-100 bal olan tələbələr 75 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələr 60 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələr və peşə təhsili müəssisələrinin tələbələri isə 50 manat məbləğində təqaüd alacaqlar. Sərəncama əsasən, Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu Sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödəniləcək. Bu Sərəncamın 1.1-ci və 1.4-cü bəndləri ilə müəyyən edilmiş təqaüdlər yalnız dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara və peşə təhsili müəssisələrinin tələbələrinə ödəniləcək. Təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsil alanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçiriləcək.
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmana əsasən isə, ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilib.
Qeyd edək ki, ölkəmizdə tələbə gənclərin sosial müdafiəsinin gücləndirilməsi, elmi fəaliyyətin stimullaşdırılması və təşviqi istiqamətində atılan addımlar Azərbaycan cəmiyyətində çox yüksək qiymətləndirilir. Məsələ ilə bağlı Gəncə Dövlət Universitetinin prorektoru, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə bildirib ki, Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Onun sözlərinə görə, sosial rifahın yüksəlməsi üçün də lazım olan hər bir şərait yaradılıb: “Sosial siyasət sahəsində əldə olunan uğurlardan bəhs edərkən son vaxtlar ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə atılan addımları xüsusi vurğulamaq yerinə düşər. Belə ki, dövlət başçısının şəhid ailələrinin üzvləri ilə görüşməsi, torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailə üzvlərinə, onların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Fərmanın imzalanması, şəhid ailələri üçün Prezident təqaüdünün məbləğinin artırılması, minimum əməkhaqqının artırılması məhz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əhəmiyyətini bir daha təsdiqləyir”.
Millət vəkili qeyd edib ki, dövlət başçısının imzaladığı Fərman və sərəncamlar tələbə gənclərin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün atılan növbəti mühüm addımdır. “Bununla yanaşı, bu sərəncamlar təhsilin inkişafına daha da təkan verəcək, gənclərin elm sahəsinə marağının artmasını stimullaşdıracaq. Hazırda Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində də davamlı işlər görülür. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf bu sektorda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən proqramlar təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib. Bu baxımdan, dövlət başçısının imzaladığı sözügedən sərəncamlar da böyük əhəmiyyət kəsb edir”, - deyə P.Kərimzadə vurğulayıb.
Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov isə bildirib ki, ölkəmizdə əməkhaqları, pensiya təminatı sahəsində ciddi islahatlar aparılır. Həmçinin, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün geniş proqramlar icra olunur, sosial sahə ilə bağlı çoxsaylı qanunlar qəbul olunub. Onun sözlərinə görə, dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır: “Təbii ki, bu gün ölkəmizdə gənclərin yüksək təhsil almaları üçün bütün imkanlar yaradılıb. Bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Bütün bunlar gənclərimizin gələcəyi üçün çox önəmli addımlardır. Ölkə Prezidentinin imzaladığı sözügedən Fərman və sərəncamlar da tələbə gənclərimizə böyük qayğının nümunəsidir. Tələbə gənclərimiz bu qayğı nəticəsində öz bilik və bacarıqlarını daha da artırmalı, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər”.
Nardar BAYRAMLI
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10

