Dini icmalar arasında məqalə müsabiqəsi elan edilib
30.03.2019 [09:00]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə dini icmaların üzvləri arasında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məqalə müsabiqəsi elan edib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən, Ulu Öndərin azərbaycançılıq ideologiyasına əsaslanaraq milli-mənəvi dəyərlər sistemimizin daha da gücləndirilməsi, aşınmadan xilas edilməsi, milli-mənəvi dəyərlərə qayıdış və milli oyanış sahəsində atdığı addımlardan bəhs edən məqalələr göndərilə bilər. Həmçinin Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə milli-mənəvi dəyərlərimizin ən önəmli komponentlərindən biri olan dini abidələrimizin bərpası və yenidən inşası, dini-ideoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə hüquqi-inzibati sferada zəruri addımlar atılması, məzhəbçilik, dini nifrət və ayrı-seçkiliyin ölkəmizə ayaq açmasının qarşısının alınması istiqamətində görülən işlərin işıqlandırıldığı məqalələr də qəbul olunur.
Müsabiqəyə təqdim edilən məqalə mövzuya uyğun olmalı, müsabiqə elan olunduqdan sonra məqalə qəzet, informasiya agentlikləri və ya xəbər saytlarında dərc edilməli, həcmi 8 min işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində). Yazılar qəzetdə dərc olunarsa A4 formatlı vərəqlərdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim olunmalıdır, elektron media resursunda yayımlanarsa A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək çap olunmalı və Dövlət Komitəsinə təqdim edilməlidir.
Birinci yerin qalibinə 500 AZN, ikinci yeri tutana 400 AZN, üçüncü yerə layiq görülənə isə 300 AZN mükafat veriləcək. Bundan başqa, üç həvəsləndirici mükafat (100 AZN) da nəzərdə tutulub.
Müsabiqə üçün yazılar aprelin 20-dək təqdim edilməlidir. Ünvan: Bakı şəhəri, Əhməd Cavad küçəsi, 16. Əlaqə telefonları: (012) 505 78 16 / (012) 505 78 19. E-mail: redaksiya@scwra.gov.az.
Xəbər lenti
Hamısına baxDünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10

