Dövlət proqramlarının icrası regionların hərtərəfli inkişafını təmin edib
04.04.2019 [09:36]
Qəzənfər ABBASOV
İqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin “Maliyyə və uçot jurnalı”nın baş redaktoru
2004-cü ildən etibarən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları bölgələrdə iqtisadi potensialın artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Həmin proqramların icrası Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasında, ölkədə sabitliyin möhkəmlənməsində, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin genişlənməsində mühüm rol oynamışdır.
İnfrastruktur layihələrinin uğurlu icrası regionların inkişafında əsaslı dönüş yaradıb
Regional inkişaf proqramları, ilk növbədə, infrastrukturun tam yenidən qurulmasında xüsusi əhəmiyyət kəsb etmişdir. Ötən 15 il ərzində dövlətin maliyyə dəstəyi hesabına bütün bölgələrdə ən müasir infrastruktur obyektləri tikildi. Bölgələrdə, ilk növbədə, əhalinin enerji və kommunal xidmətlərlə təmin olunması sahəsində dönüş yarandı. Ötən 15 ildə ölkəmizdə 30-dan artıq elektrik stansiyasının tikilərək istifadəyə verilməsi əhalinin elektrik enerjisi ilə təminatını maksimum səviyyədə həll etdi. Eyni zamanda, 2004-cü ildə elektrik enerjisi idxal edən Azərbaycan hazırda elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Regionlarda qaz xətlərinin çəkilməsi, qaz təsərrüfatının yeniləşdirilməsi qazlaşdırmanın səviyyəsinin 51 faizdən 95 faizə çatdırılmasına imkan verdi. İçməli su və kanalizasiya problemləri həll edildi. 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu rəqəm 70 faizə çatdırılıbdır. Kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülməsi də geniş miqyas almış, son 15 ildə ən nəhəng su anbarlarının - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarlarının tikilib istifadəyə verilməsi kənd təsərrüfatında suvarma sistemlərinin müasir tələblərə uyğun qurulmasını təmin etdi. Aparılan bu meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına güclü təsir etmiş, aqrar sahədə son 15 ildə məhsul istehsalı 1,7 dəfə artmışdır.
Ötən illər ərzində yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində də mühüm irəliləyişlər baş vermiş, ölkəmizdə 15 min kilometrə yaxın yol çəkilmiş, 45-dən artıq körpü tikilib istifadəyə verilmişdir. Beləliklə, infrastruktur layihələrinin uğurlu icrası regionların inkişafında əsaslı dönüş yaratdı. Son 15 ildə sosial obyektlərin inşası da geniş vüsət alıb. Belə ki, bu dövrdə 3 min 200-dən çox məktəb tikilib və yaxud əsaslı şəkildə təmir edilib, 600-dən çox tibb müəssisəsi inşa olunub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb.
1,5 milyonu daimi olmaqla 2 milyon yeni iş yeri yaradılıb
Regionların inkişafı ilə bağlı yürüdülən siyasət Azərbaycan iqtisadiyyatının sürətli inkişafını təmin etmişdir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə artıb. Sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, ixrac 4,7 dəfə artıb. Bəhs olunan dövrdə ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyon yeni iş yeri yaradılıb. Bu illər ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulub ki, bunun da yarısı xarici investisiyalardır. Azərbaycan regional inkişaf proqramlarının maliyyələşdirilməsini sırf öz imkanları hesabına təmin edib. Diqqət yetirsək, görərik ki, birinci proqramın icrasına başlanılan zaman Azərbaycanın strateji valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idi. Dövlət kifayət qədər əhatəli və böyük regional inkişaf proqramına bu rəqəmlə start verdi. Buna baxmayaraq, hökumət ilk proqrama lazım olan vəsaitin ayrılmasını təmin etdi və hər istiqamət üzrə nəzərdə tutulmuş konkret tədbirlər planı maksimum səviyyədə icra olundu. Hazırda valyuta ehtiyatlarımız 45 milyard dollara bərabərdir. Bu gün adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Beləliklə, respublikamız 3 Dövlət Proqramını uğurla icra etməklə qarşıya qoyulmuş bütün məqsədlərə çatıb. Cənab Prezidentin vurğuladığı kimi, ötən 15 il ərzində verilən bütün vədlər artıqlaması ilə yerinə yetirilib.
Regionlarda 500-dən çox sənaye müəssisəsi istifadəyə verilib
Regionların inkişafı ilə bağlı tədbirlərə sənaye sektorundakı iri, mühüm layihələrin həyata keçirilməsini də aid etmək olar. Sənayeləşmənin əsas ssenarilərinə uyğun olaraq, bu sahədə yeni və müasir texnologiyaların tətbiqi genişlənib ki, bu da ağır sənaye, elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materialları sənayesinin istehsalı müəssisələrinin yaradılmasına səbəb olub. Son 15 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi yaradılıb. Hazırda sənayeləşmənin ən innovativ və mütərəqqi modeli olan texnoparkların yaradılması isə industrial cəmiyyətin formalaşmasına güclü zəmin yaratmaqdadır. Sumqayıtda ən müasir sənaye parkları istifadəyə verilibdir. Xüsusilə də bu proses daha çox regional xarakter almağa yönəlib və Sumqayıtda, Gəncədə, Mingəçevirdə, Daşkəsəndə müasir sənaye istehsalatlarının yaradılması istiqamətində işlər yerinə yetirilir.
İnkişaf proqramları əhalinin sosial vəziyyətini yaxşılaşdırıb
Regional inkişaf proqramları bölgələrdə yaşayan insanların iş yerləri ilə təmin olunmasına, onların sosial yaşayış imkanlarının yaxşılaşmasına mühüm təsir göstərib. Özəl sektorun ildən-ilə genişlənərək iqtisadiyyatda payının 80 faizi ötməsi onun məşğulluq səviyyəsinin yüksəlməsində rolunun artmasına imkan verib. 15 ildə əhalinin gəlirləri 8 dəfədən çox artıb, yoxsulluğun səviyyəsi 5 faiz səviyyəsinə qədər azaldılıb. Aqrar sektorda ənənəvi sahələrin dirçəldilməsi respublika əhalisinin 47 faizinin yaşadığı kənd rayonlarında məşğulluq səviyyəsinin xeyli yüksəlməsinə və kənd əhalisinin gəlir imkanlarının artmasına şərait yaradıb.
Yürüdülən siyasət iqtisadi rayonların daxili ehtiyatlarının üzə çıxarılması və səfərbər olunması, nəticədə maliyyə imkanlarının yaxşılaşmasına səbəb olub. Rayonlardakı qeyri-neft resurslarının istehsalı və ixracı imkanlarının, aqropark və sənaye zonalarının yaradılması, bölgələrdəki sahibkarların maliyyə imkanlarından istifadə edilməsi regionların iqtisadi potensialının artmasına imkan verib. Bu gün respublikanın 33 şəhər və rayonu öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan formalaşdırır.
Xarici iş adamlarının regionlardakı fəaliyyəti genişlənib
Sahibkarlıq sektoru üçün yaradılmış əlverişli mühit və həyata keçirilən səmərəli siyasət Azərbaycanda fəaliyyət göstərən xarici sərmayəçilərin də regionlarda müxtəlif investisiya layihələrində iştirakını təmin etmişdir. Son 15 ildə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mini ötüb və onların böyük bir qismi bölgələrdə müxtəlif layihələr həyata keçirir. Həmin şirkətlərin daha çox maraq göstərdikləri sahələr sənaye, tikinti, nəqliyyat, ticarət, turizm və xidmət sektorlarıdır. Bu gün ölkə iqtisadiyyatına yatırılmış sərmayələrin yarısı xarici iş adamlarına məxsusdur. Xarici sərmayənin qoyuluşu hər bir ölkə üçün ən vacib amillərdən biridir. Bu, onu göstərir ki, ölkəyə inam var.
Yeni Dövlət Proqramının hədəfləri...
Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” müasir çağırışları özündə əks etdirən fundamental iqtisadi sənəddir. Ötən dövrdə icra olunmuş proqramların əsas prioritetləri infrastrukturun bərpasını və yenilənməsini, istehsal və emal obyektlərinin yaradılmasını nəzərdə tuturdusa, artıq bu sahələrdə istiqamətin də dəyişməsi labüddür. Artıq ixracyönümlü, rəqabətədavamlı qeyri-neft istehsalına əsaslanan, dördüncü sənaye inqilabının tələblərinə cavab verən regional istehsal amili öndə dayanır.
Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur.
Yeni proqramın əsas prioritetlərindən biri də biznes mühitinin daim yaxşılaşdırılması nəticəsində yüksəkkeyfiyyətli, ixracyönümlü və rəqabətqabiliyyətli məhsulların istehsal edilməsidir. Bu sahədə həyata keçirilən dövlət siyasəti sahibkarlığa yaradılmış fəaliyyət mühitinin daha da yaxşılaşdırılmasına, dövlət himayəsinin təkmilləşdirilməsinə və dövlət-sahibkar münasibətlərinin yaxşılaşdırılmasının təmin edilməsinə yönəldiləcəkdir.
Ölkəmizdə qeyri-neft ixracının həcminin artırılması məqsədilə regionlarda qeyri-neft sahələrinin, xüsusilə də kənd təsərrüfatı məhsullarının istehsalı imkanlarının artırılması da əsas məqsədlərdən biridir. Yeni Dövlət Proqramının tələblərinə uyğun olaraq, regionlarda müasir aqrar layihələrin miqyası artırılacaqdır. İndiyədək aqrar sahədə görülmüş işlərin davam etdirilməsi, bitkiçiliyin və heyvandarlığın inkişaf etdirilməsi üçün ən müasir qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Öz fəaliyyətində fermer və kəndlilərə yaxınlıq prinsipini əsas götürən Dövlət Aqrar İnkişaf Mərkəzləri və regionlarda yaradılan Fermer Evləri qarşısında müasir iqtisadi prinsiplərə əsaslanaraq fermerlərə hərtərəfli qayğı göstərmək tapşırığı qoyulubdur.
Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Həmin vəsaitin 4,6 milyard manatı özəl sektor tərəfindən qoyulacaq. Bu, o deməkdir ki, yerli biznes sektorunun iqtisadiyyatda fəallığı daha da yüksələcək. Eyni zamanda, dövlət tərəfindən 13 milyard manata yaxın kapital qoyuluşu həyata keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26

