Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / AzMİU-da Aprel zəfərinin 3-cü ildönümü qeyd olunub

AzMİU-da Aprel zəfərinin 3-cü ildönümü qeyd olunub

06.04.2019 [09:12]

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşləri ilə bağlı tarixi çıxışı və Milli Ordumuzun qüdrətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Aprel döyüşlərinin iştirakçısı, baş leytenant Əhliyyət Mehdiyev 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələri təhlil edib, Aprel zəfərini Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi adlandırıb. O vurğulayıb ki, həmin hadisələr əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdi. Ə.Mehdiyev gəncləri xalqımızın qəhrəman oğullarından nümunə götürərək Vətən uğrunda canlarından keçməyə hazır olmağa çağırıb, torpaqlarımızın bir qarışının belə ermənilərdə qalmaması üçün döyüş ruhunu qorumağa səsləyib.
Aprel döyüşlərinin iştirakçısı, qazi Hikmət Məmmədov şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin nümunə olduğunu diqqətə çatdırıb. O, gənclərə şəhid ailələrinə, onların doğmalarına həssaslıqla yanaşmağı, daim onlara mənəvi dəstək göstərməyi tövsiyə edib, onları sosial şəbəkələrdə fəallıq göstərərək qəhrəmanlarımızı xalqa tanıtmağa çağırıb. Çıxışının sonunda döyüşlərdə yaralanmasına baxmayaraq, yenə də sırada olduğunu qeyd edən zabit vurğulayıb ki, işğal altında olan torpaqlarımızın azad edilməsi və bayrağımızın həmin ərazilərdə dalğalanması üçün döyüşlərə həmişə hazırdır.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qazilərə təşəkkürünü bildirib, tədbirin keçirilməsində əsas məqsədin yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə vermək olduğunu diqqətə çatdırıb. “Bu tədbir, eləcə də qazilərimizin, tələbələrimizin çıxışları göstərir ki, gənclərimiz Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan Aprel döyüşlərində qazanılan qələbələrdən qürur hissi keçirir, bu döyüşlərdə həlak olmuş əsgərlərimizin qəhrəmanlığı ilə fəxr edirlər”, - deyə rektor bildirib.
Tədbirdə AzMİU-nun tələbələri maraqlı kompozisiyalar nümayiş etdiriblər.

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31