Ədliyyə Nazirliyində ictimai müzakirə keçirilib
09.04.2019 [09:39]
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin effektivliyinə və əlçatanlığına, vətəndaş məmnunluğuna xidmət edir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısının proqram xarakterli Fərmanından irəli gələn vəzifələr Ədliyyə Nazirliyinin Kollegiyasında dərhal müzakirə olunub və xüsusi tədbirlər planı qəbul edilərək bu mühüm sənədin icrasına başlanılıb.
İctimaiyyət tərəfindən böyük maraqla və rəğbətlə qarşılanan ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün “yol xəritəsi” olan Fərmanla qarşıda duran vəzifələrin icrasına dair aprelin 8-də Ədliyyə Nazirliyində geniş ictimai müzakirə keçirilib.
Nazirliyin və Mətbuat Şurasının rəhbər şəxslərinin, ədliyyə naziri yanında İctimai Komitə üzvlərinin və digər vətəndaş cəmiyyəti, eləcə də media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə məhkəmə-hüquq sistemində aparılan islahatlar və bu islahatların dərinləşməsində Fərmanın müstəsna əhəmiyyəti, qanunvericilik və institusional yeniliklər, alternativ mexanizmlərin təşviqi, mediasiya prosesinin tətbiqi ilə bağlı yeni qəbul olunmuş “Mediasiya haqqında” Qanunun mahiyyəti barədə faydalı fikir mübadiləsi aparılıb.
Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumlarının rəhbərləri çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq son illər həyata keçirilən tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmələrə əlçatanlığın asanlaşdırılması, infrastrukturun müasirləşdirilməsi, məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması, “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin tətbiqi, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, dövlət başçısının Fərmanının bu sahədə islahatların yeni mərhələdə, müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirdiyini vurğulayıblar.
Mətbuat Şurasının və vətəndaş cəmiyyətinin təmsilçiləri imzalanan Fərmanın Prezident İlham Əliyevin məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olduğunu qeyd edərək, bu mühüm sənədin vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin daha etibarlı təmin olunmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəlməsinə xidmət etdiyini söyləyiblər. Bildirilib ki, məhkəmə-hüquq sistemində kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsini nəzərdə tutan Fərmanda verilmiş tapşırıq və tövsiyələrin vaxtında və dürüst icrası məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə, məhkəmələrə kənar müdaxilələrin qarşısının alınmasına, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların yolverilməzliyinin, məhkəmə qərarlarının ədalətliliyinin və vaxtında tam icrasının təmin olunmasına, şəffaflığın artırılmasına, hakimlərin iş yükünün azalmasına, işlərə baxılmasının keyfiyyətinin yüksəlməsinə, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsinə imkan yaradacaq.
Eyni zamanda, mübahisələrin məhkəmədən kənar həlli üsullarından olan mediasiyanın ölkəmizdə tətbiqi ilə bağlı qəbul olunmuş “Mediasiya haqqında” yeni Qanunun əhəmiyyətindən danışılıb, bu institutun mülki işlər və iqtisadi, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə getmədən tərəflərin qarşılıqlı razılığı ilə həllində rolu qeyd olunub, onun tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıdığı vurğulanıb. Diqqətə çatdırılıb ki, mediasiyanın düzgün və səmərəli tətbiqi həm də məhkəmələrdə iş yükünün xeyli azalmasına səbəb olacaq.
Tədbirdə dövlətimizin başçısının Fərmanının və “Mediasiya haqqında” Qanunun ayrı-ayrı məqamları barədə faydalı diskussiyalar aparılıb, bir sıra təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18

