/ / Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunub
Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunub
13.04.2019 [09:53]
Azərbaycanda kosmik sənayenin inkişafında mühüm xidmətləri olan akademik Tofiq İsmayılovun xatirəsi yad edilib
Aprelin 12-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) Milli Aerokosmik Agentliyində (MAKA) Dünya Aviasiya və Kosmonavtika Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə agentliyin binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq, Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbiri açan Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Natiq Cavadov vurğulayıb ki, aprelin 12-si bütün dünyada, eləcə də Azərbaycanda Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir. Ölkəmizdə də kosmik sahə ilə əlaqədar önəmli işlər görülür. Azərbaycanda kosmik sahənin inkişafında akademik Tofiq İsmayılovun mühüm xidmətləri var.
Akademik Tofiq İsmayılovun fəaliyyəti barədə məlumat verən Natiq Cavadov bildirib ki, görkəmli alim 1974-cü ildən Azərbaycan Elmlər Akademiyasının tərkibində “Kaspi” Elmi Mərkəzinə, 1981-ci ildə bu qurumun bazasında yaradılan Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyinə (KTEİB) və sonradan Milli Aerokosmik Agentliyə rəhbərlik edib. Elmi və məxsusi cihazqayırma sahəsində tanınmış alim olan T.İsmayılovun rəhbərliyi ilə müəssisə kosmik sahə ilə bağlı bir sıra sanballı işlərin həyata keçirilməsinə nail olub. Akademikin xatirəsi daim qəlbimizdə yaşayır və onun ənənələri bu gün də MAKA-nın kollektivi tərəfindən yaşadılır. Buna misal olaraq agentlikdə yaradılan Tofiq İsmayılov muzeyinin fəaliyyətini göstərmək olar.
Müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev nazirliyin rəhbərliyi adından Dünya Aviasiya və Kosmonavtika Günü münasibətilə kollektivi təbrik edib. Tofiq Rəfiyev deyib ki, kosmik sahədəki nailiyyətlər dünyada kosmik elminin və sənayesinin inkişafına böyük təkan verib. Bu sahədə yeni elm və istehsalat sahələri yaranıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildən Azərbaycan Elmlər Akademiyasının tərkibində “Kaspi” Elmi Mərkəzinin yaradılması ölkəmizdə yeni elm sahəsinin və milli kadrlar məktəbinin formalaşmasına imkan verib. Belə milli kadrlardan biri də “Kaspi” Elmi Mərkəzinin ilk baş direktoru, bu qurumun inkişafında böyük əməyi olan Tofiq İsmayılov idi. Böyük alim və təşkilatçı olan T.İsmayılov SSRİ-nin aparıcı elmi mərkəzləri ilə qısa müddətdə sıx əlaqələr yaradıb, birgə elmi tədqiqat işləri aparıb. Onun rəhbərliyi dövründə təşkilat inkişaf edib və Agentlik statusuna qədər yüksəlib.
Nazir müavini qeyd edib ki, son 15 ildə müstəqil respublikamızın kosmik sənayesi Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir və bu sahədə mühüm uğurlar əldə olunub. Dövlətimizin başçısının 2009-cu il 17 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda əsas vəzifələr dəqiq müəyyənləşdirildi. Respublikamızda digər qurumlarla yanaşı, Müdafiə Sənayesi Nazirliyinin, o cümlədən 2006-cı ildən nazirliyin tabeliyində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyin qarşısında konkret vəzifələr qoyulub və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilib. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində digər istiqamətlərlə yanaşı, kosmik sənaye sahəsində də mühüm uğurlara imza atılacaq, Azərbaycanın adı qabaqcıl kosmik ölkələrin sırasında olacaq.
Vaxtilə Tofiq İsmayılov ilə birlikdə çalışmış MAKA-nın əməkdaşları Rafiq Ağamalıyev, İman Əsgərov akademiklə bağlı xatirələrini bölüşüblər. Agentliyin gənc əməkdaşı Günel Əliyeva isə akademikin zəngin elmi irsinin gənc nəslə örnək olduğunu vurğulayıb.
Tofiq İsmayılovun oğlu Heydər İsmayılov atasının xatirəsinə göstərilən dərin ehtirama görə ailəsi adından minnətdarlığını bildirib.
Sonra Tofiq İsmayılovun kabinet-muzeyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.
Bildirilib ki, muzeydə Tofiq İsmayılova məxsus sənədlər, onun fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və digər şəxsi əşyaları nümayiş olunur. Muzeyin Azərbaycanda kosmik sənaye sahəsində qazanılan nailiyyətlərin, eləcə də bu sahədə mühüm xidmətləri olan T.İsmayılovun fəaliyyətinin gənc əməkdaşlar arasında təbliğində mühüm rol oynayacağı vurğulanıb.
Sonda tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Tofiq İsmayılovun xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

