Amerikalı mütəxəssis tələbələri narkomaniyanın təhlükəli fəsadları barədə məlumatlandırıb
19.04.2019 [09:56]
Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində “Mən öz gələcəyimi seçirəm” mövzusunda növbəti seminar aprelin 18-də Azərbaycan Texniki Universitetində təşkil edilib.
Seminar Nazirlər Kabinetinin 2018-ci il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planının yeddinci bəndinin icrası ilə əlaqədar keçirilib.
AZƏRTAC xəbər verir ki, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, universitetin müəllim və tələbə kollektivinin iştirak etdikləri tədbirdə narkotik vasitələrin cəmiyyətə, insanların sağlamlığına mənfi təsirləri barədə videoçarx nümayiş olunub.
Seminarda çıxış edən universitetin rektor əvəzi, professor Xalıq Yahudov narkotiklərin insan orqanizminə məhvedici təsirləri, törətdiyi sosial bəlalara qarşı mübarizənin gücləndirilməsi üçün ölkəmizin təhsil ocaqlarında maarifləndirici tədbirlərin keçirilməsindən danışıb. O deyib ki, Bakıda XXXVI beynəlxalq konfransın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyev 2018-ci il noyabrın 15-də Sərəncam imzalayıb, müvafiq qurumlarla birgə tədbirlər planı hazırlanaraq təsdiq olunub.
Qeyd edilib ki, narkomaniyaya qarşı mübarizə daim dövlətimizin diqqət mərkəzindədir və bu sahədə atılan addımlar müsbət nəticələrini verməkdədir. Dövlətimizin başçısı tərəfindən bununla bağlı sərəncamlar imzalanıb və müvafiq dövlət proqramları qəbul edilərək həyata keçirilib. Qeyd olunan sənədlərdə gənclərin sağlamlığının qorunması, onların zərərli vərdişlərdən uzaqlaşdırılması məsələləri öz əksini tapıb. Rektor cəmiyyətin bütün üzvlərinin bu sosial bəla ilə mübarizə aparmasının, narkomaniyanın qarşısının alınmasında sağlam həyat tərzinin gənclər arasında təbliğinin vacibliyini vurğulayıb.
Konfrans çərçivəsində təbliğat xarakterli müxtəlif tədbirlərin keçirilməsinin yeniyetmələrin və gənclərin narkomanlığın yayılması ilə mübarizədə maarifləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Bu məqsədlə xarici ölkələrdən aparıcı ekspertlər seminarlar təşkil etmək üçün Azərbaycana dəvət ediliblər. Belə maarifləndirici tədbirlərin “ağ ölüm”ün qarşısının alınması baxımından əhəmiyyəti qeyd edilib.
Seminarda Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqoda fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı, tanınmış mütəxəssis Rokuelle Herronun mühazirəsi dinlənilib. O, IDEC konfransı və onun “Tələbatın Azaldılması Təhsil Proqramı” barədə danışıb. Bakıda keçirilmiş konfransın əhəmiyyətini xüsusi vurğulayan Rokuelle Herron əsas məqsədin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə yolları və üsullarının müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə müzakirəsi olduğunu bildirib. Tədbirin narkotiklərlə mübarizə sahəsində ölkələr arasında təcrübə mübadiləsinin aparılması və bu təhlükəyə qarşı birgə əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmini vurğulayıb. O, indiyədək gənclərə narkotikin zərərləri barədə Azərbaycan daxil olmaqla 10-dan çox ölkədə 500-dən çox təqdimatla təxminən 95 min şagird və tələbə qarşısında çıxış etdiyini bildirib.
Təqdimat barədə danışan amerikalı mütəxəssis diqqətə çatdırıb ki, tədbirin məqsədlərindən biri narkotiklərdən qeyri-qanuni istifadə ilə bağlı ABŞ-da olan problemlər barədə azərbaycanlı şagird və tələbələri məlumatlandırmaqdır. Narkotiklərdən qeyri-qanuni istifadə bütün dünyada yayılmış bir problemdir və ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası tərəfindən gənclərin narkotiklərdən istifadədən uzaq durması məqsədilə bu cür maarifləndirmə seminarları keçirilir.
Rokuelle Herron müasir dövrün sosial bəlalarından olan narkomaniya və onun fəsadları barədə danışıb. O, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığa düçar olanların müalicə edilməklə sağlam həyata qaytarılmasının önəmini qeyd edib. Mühazirədə ABŞ-da narkotiklərdən istifadənin fəsadlarından, onun qurbanlarının ilbəil artmasından bəhs olunub. Bildirilib ki, hər il ABŞ-da minlərlə gənc bu bəla nəticəsində həyatını itirir.
“Biz bu proqramla tələbələrə, şagirdlərə, ümumiyyətlə, gənclərə narkotik vasitələrin insanların həyatına mənfi təsir göstərdiyinə dair məlumat veririk. İnanırıq ki, narkotik vasitələrin zərərləri barədə məlumat sayəsində gənclər həyatlarında doğru seçim edəcəklər. Çünki gənclərin bugünkü seçimləri onların gələcək həyatlarını müəyyənləşdirəcək. Ümid edirik ki, Azərbaycanda gənclər öz gələcəklərini düzgün istiqamətdə seçəcəklər”, - deyə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı vurğulayıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

