Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qusar rayonunda şəhid Əmiraslan Xeyirbəyovun xatirəsi anılıb

Qusar rayonunda şəhid Əmiraslan Xeyirbəyovun xatirəsi anılıb

19.04.2019 [09:56]

Qusar rayonunda 2016-cı ilin aprelində döyüşlərdə qəhrəmancasına şəhid olmuş Əmiraslan Xeyirbəyovun xatirəsi anılıb.
Anım tədbirində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Qusar rayon şöbəsinin rəisi Nicat Həsənov, rayonun baş prokuroru Mübariz Əhmədov, “Müharibə veteranları cəmiyyəti”nin sədri Canəli Hörmətov və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Daha sonra mərasim yaşadığı evin qarşısında atası tərəfindən inşa olunmuş bulağın başında davam etdirilib.
Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Qusar rayon şöbəsinin rəisi Nicat Həsənov çıxış edərək aprel döyüşlərində Azərbaycan Ordusunun şanlı zəfərindən danışıb, gənclərə Vətənin igid övladlarının qəhrəmanlığı barədə məlumat verib.
Şəhidin atası Xəlil Xeyirbəyov övladının xatirəsinə göstərilən yüksək ehtirama görə təşəkkürünü bildirib, övladının Vətən uğrunda şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu ifadə edib.

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31