Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramının ilk təqdimatını BDU-da keçirib
25.04.2019 [09:44]
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni brendi olan SƏLİS-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramının ilk təqdimatını Bakı Dövlət Universitetində (BDU) keçirib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev şuranın yeni innovativ xidmətinin ilk təqdimatının universitetdə keçirilməsini yüksək qiymətləndirib, məmnunluğunu ifadə edib. O, şuranın fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini yüksək tutaraq QHT-lərə, vətəndaş cəmiyyətinə, dövlətə, xalqa xidmət etdiyini bildirib. Rektor əlavə edib ki, yeni elektron xidmətlər məhz həmin prinsiplərin daha aydın, səlis və dəqiq tətbiqini özündə ehtiva edir və bu, vətəndaşlara, QHT-lərə 7/24 formatlı yeni xidmət formasıdır. Elçin Babayev tələbələri müvafiq xidmətdən yararlanmağa, bununla da ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırıb.
Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev universitet rəhbərliyinə yaradılan şəraitə görə təşəkkür edib. A.Quliyev şuranın yaranması zərurəti, Prezident İlham Əliyevin bu yöndə irəli sürdüyü dövlət siyasətinin əsas prinsipləri, dövlət qurumlarında şəffaflıq, aşkarlıq və əlçatanlığın hər zaman bərqərar olması üçün atılan addımlardan danışıb və qurumun fəaliyyətində bu prinsiplərin hər zaman ali tutulduğunu qeyd edib. Azay Quliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Şura yaranana qədər xarici donor təşkilatlar Azərbaycanın milli maraqlarına yönəlmiş addımları, Dağlıq Qarabağ, qaçqın və məcburi köçkün problemləri ilə bağlı layihələri maliyyəşdirməyiblər. Bu tendensiyaya yalnız milli donor institutu formalaşandan sonra son qoyulub. Şura sədri QHT-lərə, vətəndaşlara, vətəndaş cəmiyyətinə fasiləsiz xidmət edən, QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apelyasiya müraciətləri və digər (ümumilikdə 20 xidmət) elektronlaşdıraraq izafi vaxt və maddi itkiləri aradan qaldıran innovativ, müasir və çevik SƏLİS xidmət haqda danışıb. Azay Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu məqsədlə Şuranın yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramının ictimaiyyətə təqdimatına başlanılıb. Tədbirin məhz ölkənin bir nömrəli və ən qədim universitetində keçirilməsinin məqsədi QHT sektorunun uzun müddət xidmətində dayanacaq SƏLİS xidmətin işində BDU-nun tələbə və müəllimlərini vətəndaş olaraq da iştirak etməyə dəvət etməkdir.
Tədbirdə SƏLİS xidmətinə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanmış təlimat xarakterli videoçarx nümayiş olunub.
Sonra Şuranın əməkdaşı Elnur Bağırlı e-vətəndaş proqramından istifadə qaydaları ilə bağlı təqdimatla çıxış edib.
Tədbirdə iştirak edən BDU tələbəsi könüllü olaraq e-vətəndaş xidmətindən yararlanıb. Beləliklə e-vətəndaş xidmətinə qoşulmaq üçün tələb olunan sadə prosedur qaydaları reallaşdıran tələbənin ilk e-vətəndaş olması tədbir iştirakçılarına əyani nümayiş etdirilib.
Tələbələri maraqlandıran suallar cavablandırıldıqdan sonra SƏLİS xidməti çərçivəsində daha bir yenilikçi xidmət “İnnobank” təqdim edilib.
Şuranın əməkdaşı Toğrul Məmmədlinin təqdimatından sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, müzakirə aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

