“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
08.05.2019 [09:26]
Mayın 7-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Beynəlxalq elmi konfransda çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, hər il universitetdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan silsilə tədbirlər təşkil edilir. Həmin tədbirlərdə xarici ölkələrdən gələn qonaqların, ölkəmizdəki səfirlərin, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin, hökumət adamlarının, Milli Məclisin üzvlərinin iştirakı ənənəvi hal alıb. Bugünkü konfransda azərbaycanşünaslığın aktual problemlərinin araşdırılması müasir dövlətçiliyimizin strategiyasının dahi şəxsiyyətin qoyduğu prinsiplərdən kənara çıxmadığının bir göstəricisi kimi dəyərləndirilməlidir.
Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın bütün istiqamətlərdə sürətli inkişaf strategiyasını yaradıb, dünya dövlətləri arasında ölkəmizin mövqeyini möhkəmləndirən beynəlxalq müqavilələrə imza atıb. Ulu Öndər elm və təhsili müstəqil dövlətimizin prioritet istiqamətinə çevirib. İqtisadi və siyasi böhrandan uğurlu sıçrayış, nəhəng enerji layihələrinin həyata keçirilməsi, qloballaşan yeni dünya və inkişaf etmiş Avropa dəyərlərinin sintez edilərək ölkəmizdə tətbiqi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın səsi dünyanın hər yerindən gəlir. Çətin və şərəfli tarixi yol keçən Azərbaycan dövləti bu gün möhkəm təməllər üzərində irəliləyir və böyük tarixi uğurlara imza atır.
Konfransda çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb, azərbaycanşünaslığın aktual problemlərinin araşdırılmasında konfransın əhəmiyyətini qeyd ediblər.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, “Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan”, “Azərbaycan dili və ədəbiyyatının aktual problemləri”, “Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri”, “İctimai-siyasi elmlərin aktual problemləri” və digər mövzularda davam edən bölmə iclaslarında yerli və xarici alimlərin məruzələri dinlənilib.
Ləman SƏMƏDOVA
Xəbər lenti
Hamısına baxGündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59

