KİVDF ictimai-siyasi qəzetlər və jurnalistlər üçün müsabiqələr elan edib
04.06.2019 [09:44]
İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açaraq gündəlik barədə məlumat verib. O, gündəliyə 2019-cu ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqinin və Fondun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi elanının müzakirəsi və təsdiqinin daxil olduğunu deyib.
Fondun icraçı direktoru Vüqar Səfərli 2019-cu ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin iyunun 4-dən 27-dək “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçiriləcəyini bildirib. O bildirib ki, ictimai-siyasi qəzetlərin 2019-cu ilin II rübündə qüvvədə olmuş qayda əsasında - üç kateqoriya üzrə (gündəlik, günaşırı və həftəlik) maliyyələşdirilməsi təklif edilir.
İcraçı direktor bildirib ki, I kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 20 min manat maliyyə yardımının ayrılması təklif edilir. İkinci kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 10 min manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır. Üçüncü kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 5 min manat maliyyə vəsaitinin ayrılması təklif edilir.
Sonra məsələ ətrafında geniş müzakirələr aparılıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Bəhruz Quliyev, İntiqam Hümbətov, Ayaz Mirzəyev, Rasim Həsənov və Əvəz Rüstəmov KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı irəli sürülən təklifi qənaətbəxş qiymətləndiriblər. Müsabiqə elanı səsə qoyularaq yekdilliklə qəbul edilib.
Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, Fondun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə elan edəcəyi ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin 2019-cu il iyunun 4-dən iyulun 12-dək 19 istiqamət üzrə keçirilməsi təklif olunur. Vüqar Səfərli müsabiqənin şərtlərinə əsasən I yerin qalibi üçün 500, II yerlər üçün 400, III yerlər üçün 300 manat mükafatın nəzərdə tutulduğunu vurğulayıb.
Müşahidə Şurasının üzvləri müzakirələr zamanı Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Daha sonra müsabiqənin elanı səsə qoyularaq yekdilliklə təsdiq edilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57

