/ / Azərbaycanda təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
Azərbaycanda təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
22.06.2019 [09:26]
Prezident İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq sərəncamlar bu istiqamətdə atılan addımların mühüm tərkib hissəsidir
Məlum olduğu kimi, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət, həmçinin sosial müdafiə sahəsində atılan mühüm addımlar əhalinin bütün kateqoriyalarını, o cümlədən müəllimləri də əhatə edir. Dövlət başçısının iyunun 18-də imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar isə bu istiqamətdə atılan növbəti mühüm addımdır.
Xatırladaq ki, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Sərəncama əsasən həmin müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılacaq. Sərəncam ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, bu il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq.
Prezident İlham Əliyevin “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı isə həmin təbəqədən olan müəllimlərin və işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmasını nəzərdə tutur.
Beləliklə, “Yeni Azərbaycan” qəzeti olaraq, sözügedən sərəncamlarla bağlı Bakı şəhərində və regionlarda fəaliyyət göstərən müəllimlərin fikirlərini öyrəndik. Qeyd edək ki, təhsil işçiləri son sərəncamları əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamı kimi qiymətləndirirlər.
Məsələn, Binəqədi rayonu 246 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova təhsilin inkişafının dövlətin siyasətində əsas prioritetlərdən biri olduğunu bildirib: “Müstəqilliyimizin bərpasından sonra keçən dövr ərzində Azərbaycanda təhsilin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. Təhsilin normativ-hüquqi bazasının formalaşdırılması, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan sərəncamlar əsasında geniş tədbirlər həyata keçirilib. Ölkəmizdə son illərdə bir sıra Dövlət proqramları uğurla icra olunub, təhsilin məzmunu yenilənib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycanda müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Sərəncamın imzalanması da bunu bir daha təsdiqləyir. Ulu Öndərin təhsilə, müəllimə qayğıkeş münasibəti dövlətimizin siyasətində önəmli yer tutur. Belə ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə ixtisaslı müəllim kadrların hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Müəllimlərin əməyini yüksək dəyərləndirən Prezident İlham Əliyev deyib: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur”. Dövlətimizin başçısının bu sözləri bir daha ölkəmizdə müəllimlərin nüfuzunun necə yüksək olduğunu göstərir”.
Məktəb direktoru həmçinin elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafında əvəzsiz xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini də xüsusi vurğulayıb.
Səbail rayonu 189-190 nömrəli məktəbin direktoru Ceyran Quliyeva isə bəhs olunan sərəncamlarla bağlı fikirlərini bölüşərək vurğulayıb ki, təhsil sahəsində görülən tədbirlər nəticə etibarilə təhsilin əhatəliliyinin və keyfiyyətinin artımına istiqamətlənib. İldən-ilə ölkəmizdə tələbə adını qazanan gənclərimizin sayı artır. “Təhsil sahəsində aparılan islahatlar nəticəsində ümumi təhsildə tətbiq edilən yeni kurikulumlar müasir düşüncəli, geniş dünyagörüşlü gənclərin formalaşmasına yönəldilib. Şagirdlərin tədqiqat aparması, onların yeni informasiya texnologiyalarından istifadəsi üçün geniş imkanlar yaradılıb. Təhsildə şəffaflığın təmin edilməsi, təhsil müəssisələrinin rəhbərlərinin fəaliyyətinin qiymətləndirilməsi kimi tədbirlər nəticəsində əvvəllər mövcud olmuş bir çox neqativ hallar aradan qaldırılıb”, - deyə direktor söyləyib. Onun sözlərinə görə, inkişafın müşahidə olunduğu digər bir istiqamət müəllimlərin işə qəbulu ilə bağlıdır. Artıq bir neçə ildir ki, bu proses elektron proqram təminatı ilə həyata keçirilir. Nəticə etibarilə, ölkədə davamlı olaraq aparılan məktəb tikintisi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağı ilbəil artırır.
Yuxarıda da qeyd etdiyimiz kimi, dövlət başçısının son sərəncamları paytaxtla yanaşı, regionda fəaliyyət göstərən müəllimlər tərəfindən də sevinclə qarşılanıb. Ümumi qənaət budur ki, istər müvafiq sərəncamların imzalanması, istərsə də paytaxt və rayon mərkəzləri ilə yanaşı, ən ucqar yaşayış məntəqələrində də müasir məktəb binalarının tikilməsi, mövcud məktəblərin təmir edilməsi və ya yenidən qurulması təhsilə göstərilən diqqət və qayğının bariz göstəricisidir.
Həmçinin ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində tədbirlər də uğurla həyata keçirilir. Ticarət və xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fazil İsmayılov bildirib ki, peşə təhsili müəssisələrinin məzunlarının əmək bazarında rəqabət qabiliyyəti yüksək səviyyədədir. Bu müəssisələrin məzunlarının 70 faizindən çoxu işlə təmin olunur: “Peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. 2020-ci ilədək Azərbaycanda işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, peşə təhsili və təlimində nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin, məqsədli peşə inkişafı proqramlarının, sektorlar üzrə spesifik proqramların yaradılması, peşə təhsili və təlimi üzrə hədəflərin əldə olunmasına təkan verəcək vasitələrin tətbiqi strateji hədəf kimi müəyyən edilib. Ölkədə “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bir sözlə, peşə təhsilinin inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu günlərdə “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncam imzalandı. Təbii ki, bu diqqət bizi sevindirir və qürurlandırır. Təhsil işçilərinin əməkhaqlarının artırılması, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar bizim üçün böyük stimul olmaqla yanaşı, həm də məsuliyyətimizi artırır. Ümumiyyətlə, vətəndaşların həyatının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi strategiyanın əsasını təşkil edir. Bir sözlə, Azərbaycanın müasir təhsil sistemi müəyyənləşdirilmiş hədəflər çərçivəsində uğurla inkişaf etməkdədir və zəngin intellektual potensiala malik, savadlı gənclərin yetişməsinə töhfə verməkdədir”.
Öz növbəsində, Mingəçevir şəhəri, Nizami Gəncəvi adına 8 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əsli Yusifova da ölkəmizdə ildən-ilə inkişaf edən təhsil sahəsində uğurlu nailiyyətlərin əldə olunduğunu söyləyib. Qeyd edib ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf, yeniliklər müşahidə olunur: “Müasir dünyada ölkənin uğurunu təhsil müəyyən edir. Təhsilin inkişafı, eyni zamanda, ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər önəmli amil kimi dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də, ən başlıcasıdır. Qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, təhsil sisteminin yüksək səviyyəyə qaldırılması təhsilin modernləşdirmə, müasirləşdirmə mərhələsinə mütərəqqi layihələrlə can atan dövlətimizin başlıca hədəflərindəndir”.
Əsli Yusifova bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan təhsilə, müəllimlərə qayğı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. “Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəllimin əməyinə yüksək qiymət verilir, bu peşə sahiblərinin sosial rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir. Dövlət başçısının bir neçə gün öncə imzaladığı müvafiq sərəncamlar da bunu bir daha təsdiq edir. Bir sözlə, bu gün ölkəmizdə təhsilə, müəllimə diqqət göz qabağındadır. Azərbaycanda həyata keçirilən təhsil islahatları, təhsil işçilərinin maddi rifah halının daha da yaxşılaşdırılması sahəsində atılan davamlı addımlar biz müəllimləri sevindirir və qürurlandırır”, - deyə Əsli Yusifova vurğulayıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04

