“Azərenerji” ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər
29.06.2019 [10:46]
Məlum olduğu kimi, son 16 ildə Azərbaycan bütün sahələrdə inkişaf baxımından önəmli nəticələr əldə edib. Bu baxımdan enerji sahəsində də ölkəmiz ciddi nailiyyətlər qazanmaqdadır. Azərbaycan energetika sahəsində əldə etdiyi uğurlar nəticəsində Cənubi Qafqaz respublikaları arasında xeyli öndədir. Hazırda Azərbaycan bir sıra ölkələrə elektrik enerjisi ixrac edir. Azərbaycanın energetika sisteminin əsaslı şəkildə modernləşdirilməsi, “itirilmiş” generasiya güclərinin bərpası məqsədilə kompleks tədbirlər həyata keçirilir. Bu mənada, “Azərenerji” ASC-nin reallaşdırdığı Reabilitasiya Proqramı böyük əhəmiyyət kəsb edir.
“Azərbaycan” İES yenidən qurulur
Qeyd edək ki, Mingəçevir şəhərindəki “Azərbaycan” İES istismar müddətini başa vurduğu üçün Prezident İlham Əliyevin göstərişi ilə ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və respublikada elektrik enerjisinə olan tələbatın 43 faizini təmin edən 8 bloklu “Azərbaycan” İES-də bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılır. Bu günə qədər Reabilitasiya Proqramı çərçivəsində “Azərenerji” ASC tərəfindən stansiyanın 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb və nəticədə 60 meqavat yük məhdudiyyəti aradan qaldırılıb. Həmçinin 500 kilovoltluq açıq paylayıcı qurğunun II dövrəsinin 7 saylı enerji bloku və 1 saylı əlaqə avtotransformatorunun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Nəticədə 7 saylı enerji blokunun gücü 250 meqavatdan maksimum həddə - 310 meqavata çatdırılıb. Bununla yanaşı, hidrogen istehsal edən eloktroliz, oksigen qurğularında da təmir işləri aparılıb.
Hazırda sexlər və laboratoriyaların yerləşəcəyi ofis binası təmir olunur, kimya sexi yenidən qurulur, çənlərin bünövrəsi, yeni çənlərin quraşdırılması və borularda izolyasiya işləri aparılır. Paralel olaraq hidrogen, azot-oksigen və hava kompressorları sexinin yerləşəcəyi binada, stansiyanın girişində mövcud yanğınsöndürmə nasosxanasında təmir işləri görülür, həmçinin yağ təsərrüfatının köçürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
“Azərbaycan” İES-də yeni inzibati bina və idarəetmə mərkəzi tikilir. Stansiya ərazisinin perimetr boyu elektron hasarla əhatəyə alınması və kamera sisteminin qurulması işləri reallaşdırılır. 1 saylı tüstü borusunun fasadının boyanması və bərpası prosesi gedir, analoji işlər 2 saylı tüstü borusunda isə tam yekunlaşıb. Bununla yanaşı, soyutma su nasos stansiyalarının çıxış su kanallarının əsaslı təmir işləri davam etdirilir. Reagent təsərrüfatı üzrə tikinti və montaj işləri, o cümlədən 9 saylı qazanın sökülməsi işi həyata keçirilir. Maşın zalının yağışdanqoruma işləri yekunlaşmaq üzrədir.
Ölkənin ən böyük 500 kilovoltluq açıq paylayıcı qurğularından biri məhz “Azərbaycan” İES-də yerləşir ki, onun da 2-ci dövrəsində aparılan işlər artıq başa çatıb. 500 kilovoltluq açıq paylayıcı qurğudan 330 kilovoltuq açıq paylayıcı qurğunun idarəetmə mərkəzinə kabel xətləri üçün kanal yolunun qazıntı işləri aparılır. Həmçinin enerji bloklarının qazan bölməsinin yağışdan və küləkdən mühafizəsi, o cümlədən yanğından mühafizə binası əsaslı təmir olunur.
Ümumilikdə, Reabilitasiya Proqramı çərçivəsində “Azərbaycan” İES-də 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, sexlərin, yarımstansiyaların, 500 və 330 kilovoltluq hava xətlərinin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulur. Bundan başqa, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınması, yeraltı yanğınsöndürmə su boru sistemlərinin bərpa edilməsi istiqamətində işlər görülür. Ümumilikdə genişmiqyaslı görüləcək işlərin nəticəsində stansiyanın gücü 380 meqavat artırılaraq 2000 meqavata çatacaq, ən əsası isə, “Azərbaycan” İstilik Elektrik Stansiyasında dayanıqlılıq və etibarlılıq təmin ediləcək.
Bölgələrdə elektrik stansiyalarının gücü artırılır
“Azərenerji” ASC Reabilitasiya Proqramına uyğun olaraq, elektrik stansiyaları, dispetçer idarəetmə mərkəzləri, yüksəkgərginlikli ötürmə xətləri ilə yanaşı, sistem əhəmiyyətli yarımstansiyalarda da kompleks tikinti, yenidənqurma və bərpa işləri də həyata keçirir. Qeyd edək ki, enerji sistemində yarımstansiyaların yenidən qurulması, o cümlədən yüklənən transformatorları dəyişərək gücünün çoxaldılması artan gücün qarşılanması və avadanlıqların qızmasının, bununla da qəzaların qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, qəza rejimində yükün bir yarımstansiyadan digər yarımstansiyanın üstünə köçürülməsi, itkilərin aradan qaldırılması, ən əsası isə, paylayıcı şəbəkə istehlakçılarının daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün yarımstansiyaların yenidən qurulması və gücünün artırılması olduqca vacib məsələdir. Odur ki, dövlət tərəfindən ayrılan vəsait və daxili imkanlar hesabına “Azərenerji” ASC-nin balansında olan 220 kV-luq “Xırdalan” və “Müşfiq”, 110 kV-luq “8-ci km”, “Zabrat”, “Əhmədli”, “Dübəndi”, “Maştağa”, “Buta”, “Ələt”, “Zığ”, “Sumqayıt-2”, “Gəncə-1”, “Quba”, “Mingəçevir şəhər”, “Sabirabad”, “Şəki” və 205 saylı yarımstansiyalar yenidən qurulur.
Bundan başqa, Sumqayıt şəhərində sənaye komplekslərinin qidalandırılması üçün yeni 110 kV-luq “Sulfanol” yarımstansiyası tikilir və işlər yekunlaşmaq ərəfəsindədir.
Paralel olaraq Reabilitasiya Proqramı çərçivəsində digər yarımstansiyalarda da təmir-bərpa işləri həyata keçirilib və yarımstansiyaların gücü əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, 110 kV-luq “Masazır” yarımstansiyasında 25 MVA transformator 40 MVA transformatorla, “Cənub” yarımstansiyasında 25 MVA transformator 40 MVA transformatorla, “135 saylı” yarımstansiyada 2 ədəd 40 MVA transformator 80 MVA transformatorlarla əvəz olunub. Eyni zamanda, “Ələt” yarımstansiyasında 15 MVA transformator 25 MVA transformatorla, “Əhmədli” yarımstansiyasında 40 MVA transformator 80 MVA, 63 MVA transformator 80 MVA transformatorla, “Zabrat” yarımstansiyasında 63 və 40 MVA transformatorlar 80 MVA transformatorlarla əvəz edilib.
“Cənub” Elektrik Stansiyasının gücü 520 MVt-dan 720 MVt-a qaldırılıb
Xatırladaq ki, Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında ötən ilin iyul ayının 3-də baş verən qəza və bunun nəticəsində enerji sisteminin çökməsi Şirvan şəhərində yerləşən ölkənin ikinci böyük elektrik stansiyası olan “Cənub” Elektrik Stansiyasındakı 2 ədəd 330 kV-luq avtotransformatordan birinin sıradan çıxmasına səbəb olmuşdu. Həmin sıradan çıxan, gərginliyi 330, 220 və 6 kV-a çevirən avtotransformator yerli ATEF Transformator Zavodunda təmir edilərək “Cənub” Elektrik Stansiyasındakı yerinə quraşdırılıb. Nəticədə 330 və 220 kV-luq şəbəkənin etibarlılığı artırılıb, həmçinin xüsusi sərfiyyatda gərginliyin səviyyəsi 6 kV-dan 6,3 kV-a qaldırılıb. Bu isə xüsusi sərfiyyat mühərriklərinin işəsalma rejimini yüngülləşdirib və ehtiyat bəsləmə sisteminin etibarlılığını artırıb.
Hazırda “Cənub” Elektrik Stansiyasında sudurulducu hovuz və dövran nasosları təmir edilir ki, bu da su sızmasının qarşısını almaqla etibarlılığın artırılmasına xidmət edəcək. Yaxın günlərdə isə 110 Kv-luq qapalı paylayıcı qurğuda bərpa işlərinə başlanılacaq. Eyni zamanda, hazırda “Cənub” Elektrik Stansiyasına Hacıqabul rayonunda yerləşən qazpaylayıcı stansiyadan 25 km məsafədə yeni qaz xətti çəkilir. Yeni xətt çəkiləndən sonra qaz kompressorları sistemdən çıxarılacaq və onun işləməsinə sərf edilən aylıq 7 milyon kVts elektrik enerjisinə qənaət edilərək həmin 7 milyon kVts elektrik enerji yükü ümumi sistemə ötürüləcək.
Qeyd edək ki, “Azərenerji” ASC-nin ötən ilin payızından sonra Reabilitasiya Proqramı çərçivəsində “Cənub” Elektrik Stansiyasının qazanlarında, turbinlərində və başqa avadanlıqlarda həyata keçirdiyi təmir sazlama işləri nəticəsində stansiyanın gücü 520 MVt-dan 720 MVt-a qaldırılıb və bununla da 200 MVt itirilmiş güc bərpa olunub.
Həmçinin “Azərenerji” ASC Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlığını gücləndirmək üçün Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 330 kV-luq bazada çəkdiyi 220 kV-luq yüksəkgərginlikli elektrik verilişi xəttində işləri yekunlaşdırıb və xətt istismara verilib. Yeni xəttin çəkilməsi paytaxta birbaşa generasiya mənbəyindən əlavə xəttin gətirilməsini təmin edərək etibarlılığı daha da artırıb. Belə ki, indi Mingəçevir və ya Səngəçaldakı elektrik stansiyalarından qidalanaraq şəhərə daxil olan yüksəkgərginlikli xətlərdə hansısa problem yaranarsa, Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından birbaşa çəkilən yeni xətt Bakı və Abşeron yarımadasının enerji təchizatında xüsusi rol oynayacaq. Bundan əlavə, yeni xətt istismara verildiyinə görə şəhərə daxil olan digər yüksəkgərginlikli xətləri açmaq və yükü digər xəttin üzərinə keçirməklə şəhərə verilən enerjini dayandırmadan onların üzərində təmir-bərpa işləri aparmaq mümkün olacaq.
Qeyd edək ki, 2 dövrəli olmaqla 108 km məsafədə, 330 kV-luq dayaqlarla çəkilən 220 kV-luq “Cənub-Xırdalan” hava xətti gələcəkdə 330 kV-luq gərginlik sinfinə keçiriləcək.
Artıq Azərbaycan Avropa ölkələrinə də elektrik enerjisi ixrac edir
Beləliklə, görülən işlər artıq öz bəhrəsini verməkdədir. Bunun nəticəsi olaraq “Azərenerji” ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. Bu barədə ASC-nin mətbuat xidmətindən bildirilib ki, Prezident İlham Əliyevin elektroenergetika sahəsinə yönəlmiş strategiyasına uyğun olaraq, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir. Artıq mayın 1-dən “Azərenerji” Gürcüstan və Türkiyədən tranzit yolu ilə Yunanıstana, eyni zamanda, Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit yolu ilə Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. May ayı üçün enerji idxalı ilə bağlı Yunanıstandakı hərracda 7, Bolqarıstandakı hərracda 5 şirkət iştirakçı olub ki, onların hər ikisində “Azərenerji” uğur əldə edib. ASC qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırır.
“Azərenerji” ixrac imkanlarının artırılması ilə yanaşı, enerji sisteminin etibarlılığının təmin edilməsi, o cümlədən artan tələbatın qarşılanması üçün Reabilitasiya Proqramına uyğun olaraq, itirilmiş güclərin bərpası və yeni generasiya güclərinin axtarılması istiqamətində fəaliyyətini davam etdirir.
Nardar BAYRAMLI
“Azərenerji” Açıq Səhmdar
Cəmiyyəti və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

