Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
20.07.2019 [09:30]
2019-cu il iyul ayının 19-da Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) ARDNF-in yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirilmiş analitik yazı müsabiqəsinin nəticələrinin elan olunması və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov, Mətbuat Şurasının üzvləri, müsabiqəyə qatılan jurnalistlər iştirak ediblər.
Ş.Mövsümov iştirakçılara ARDNF-nin 20 illik fəaliyyəti barədə məlumat verib. Müsabiqənin nəticələrindən danışan icraçı direktor müsabiqəyə təqdim edilən 31 yazının Mətbuat Şurası və ARDNF-nin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildiyini bildirib. Ş.Mövsümov qeyd edib ki, bir sıra yazıların qiymətləndirmə nəticələri yaxınlıq və ya eynilik təşkil etdiyindən mükafatlandırmada müvafiq dəyişikliklər edilib. Bununla da mükafatlandırmada 1 nəfərə 1-ci yer, 2 nəfərə 2-ci yer, 3 nəfərə 3-cü yer və 10 nəfərə həvəsləndirici mükafatın təqdim edilməsi qərara alınıb.
Tədbirdə çıxış edən Əflatun Amaşov bildirib ki, jurnalistlər üçün keçirilən belə müsabiqələr jurnalistikada ixtisaslaşmanı dərinləşdirir. Azərbaycan milli mətbuatının ictimai həyatdakı roluna toxunan Ə.Amaşov onu da qeyd edib ki, Milli Mətbuat günü ərəfəsində jurnalist əməyinin qiymətləndirilməsi ümumilikdə mətbuatımıza dəyərdir.
Sonda müsabiqə qaliblərinin adları açıqlanıb və onlara mükafatlar təqdim edilib.
Tədbir iştirakçıları Fondun inzibati binası və muzeyi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxGündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15

