Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
24.07.2019 [09:31]
İyulun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Komitə sədri Mübariz Qurbanlı iyulun 23-də Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötdüyünü xatırladaraq bildirib ki, düşmən qüvvələri digər rayonlarımızda olduğu kimi, Ağdamda da bütün tarixi, dini abidələri məhv edib, 17 məscidi tamamilə dağıdıb. Daha sonra Ağdamda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Mətbuatın yaranma və inkişaf tarixinə nəzər salan M.Qurbanlı bildirib ki, Ümummilli Lider Heydər Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə hər zaman xüsusi diqqət və qayğı göstərib. O, hazırda Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatının daha da inkişafı məqsədilə həyata keçirdiyi tədbirlərdən söz açıb. Qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də inkişaf və tərəqqi əldə edilib.
Komitə sədri dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə də toxunub. Bildirib ki, ölkədə ictimai-siyasi sabitliyin qorunmasında hüquq-mühafizə orqanları ilə yanaşı, kütləvi informasiya vasitələrinin də rolu çox önəmlidir. Mediada milli maraqlar məsələsində həmrəyliyi görürük, bu da vacib məsələlərdən biridir. M.Qurbanlı qeyd edib ki, Azərbaycan dini tolerantlıq, multikultural dəyərlərin qorunması baxımından nümunəvi bir ölkədir, amma bəzi qrup və dairələr xaricdə sosial şəbəkələr vasitəsilə yanlış məlumatlar yaymağa cəhd edirlər. Bunun qarşısını almaq üçün bizim qrupumuz fəaliyyət göstərir və bu cür informasiyalar olduqda bunların yanlış olması barədə ictimaiyyət məlumatlandırılır.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının və cəmiyyətinin həyatında mətbuatın çox böyük rol oynadığını deyib. O qeyd edib ki, Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb. Azərbaycan mətbuatı nəinki İslam dininə, bütün dinlərə hörmətlə yanaşır və bu sahədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirir.
Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov Milli Mətbuat Günü münasibətilə Şeyxülislam Allahşükür Paşazadənin təbriklərini çatdırıb. O bildirib ki, QMİ bu cür tədbirlərin keçirilməsində maraqlıdır, çünki qurum olaraq əsas nizamnamə vəzifələrindən biri də İslam dininin təbliğ olunmasıdır. Bu baxımdan, KİV-in müstəsna rolunun olduğunu bildirən Simran Həsənov vaxtaşırı düzgün, əsaslandırılmış, İslamın humanitar ideyalarına uyğun məlumatların cəmiyyətə ötürülməsini yüksək qiymətləndirib. Aparat rəhbəri İslam dinində sözə, qələmə verilən yüksək dəyəri Qurani Kərim surəsi ilə əsaslandırıb. O bildirib ki, QMİ öz fəaliyyət sahəsində KİV ilə işgüzar əlaqələr qurur və mətbuatın köməyi ilə üzərinə düşən əsas vəzifələrin icrasını yüksək səviyyədə həyata keçirməyə çalışır.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin mətbuata, jurnalistlərə göstərdiyi diqqət və qayğıdan söz açıb. O bildirib ki, Milli Mətbuat Günü münasibətilə dövlət başçısının Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat vəsait ayırması jurnalistlərin əməyinin yüksək qiymətləndirilməsinin sübutudur.
Daha sonra çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dini radikalizmə qarşı mübarizə, milli-mənəvi, o cümlədən dini dəyərlərin, multikultural və tolerant ənənələrin qorunması və təbliği istiqamətində mətbuatın üzərinə düşən vəzifələr barədə danışıblar.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının Milli Mətbuat Günü münasibətilə yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan etdikləri “Din və media” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

