Əhalinin sosial rifahının yüksəldilməsi məsələsi daim diqqətdə saxlanılır
10.08.2019 [10:24]
Sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan bu uğurlara həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində nail olub. Və əldə edilən uğurlar özünü Azərbaycanın gəlirlərinin artmasında da göstərir. Onu da qeyd edək ki, ölkəmizin maliyyə imkanlarının artması öz növbəsində əhalinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində həyata keçirilən siyasətə də öz töhvəsini verir. Bu kontekstdə cari ilin əvvəlindən əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə davamlı tədbirlərin həyata keçirilməsini, dövlət başçısı tərəfindən Fərman və sərəncamların imzalanmasını xüsusi olaraq vurğulamaq mümkündür.
Belə ki, 2019-cu ilin əvvəlindən başlayaraq dövlət başçısı iki böyük sosial islahat paketi təsdiq edib. Birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılmasına və mühüm sosial məsələlərin həllinə yönəlib. İkinci paketdə isə sentyabrın 1-dən minimal əməkhaqqının 250 manata çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşının 20-50 faiz artırılması, 750 min pensiyaçıya verilən vəsaitin oktyabrın 1-dən yüksəldilməsi nəzərdə tutulub.
Beləliklə, sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.
Yeri gəlmişkən, ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin uğurundan bəhs edən Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib ki, son 16 ildə ölkəmiz sosial-iqtisadi inkişaf göstəricilərini ciddi şəkildə yaxşılaşdırmağa nail olub: “Bu baxımdan 2019-cu ilin birinci yarısı da istisna təşkil etməyib. Prezident İlham Əliyevin 2019-cu ilin sosial islahatlar ili olacağı ilə bağlı verdiyi proqnozlar özünü yüksək səviyyədə doğruldur. Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət inqilabi xarakter daşıyır. 2019-cu ilin əvvəlində imzalanan sosial tədbirlər paketi 4 milyondan çox insanı əhatə edir”.
Onu da qeyd edək ki, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər 31 iyul 2019-cu il tarixində sosial-iqtisadi sahə ilə bağlı Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə də müzakirə olunub. Dövlət başçısı 2019-cu ilin birinci yarısında Azərbaycanın öz inkişaf dinamikasını qoruyub saxladığını, qeyri-neft sənayesində, kənd təsərrüfatında yüksək nəticələr əldə olunduğunu, bütün qarşıya qoyulan vəzifələrin icra edildiyini bildirib. Prezident İlham Əliyev həyata keçirilən islahatlar nəticəsində əldə olunan əlavə gəlirlərin prioritet sahə olan sosial sferanın inkişafına yönəldildiyini diqqətə çatdırıb.
Öz növbəsində Milli Məclisin deputatı Dilarə Cəbrayılova bildirib ki, ötən illər ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub. Millət vəkili deyib ki, bu ilin fevral ayında keçirilən müşavirənin də ölkə həyatına, iqtisadi inkişafa, islahatlar prosesinə çox böyük müsbət təsiri olub: “Çünki həmin müşavirədən cəmi bir neçə gün sonra Prezident tərəfindən tarixi Fərman, yəni problemli kreditlərin həllini nəzərdə tutan məlum sənəd imzalanıb. Eyni zamanda, ölkədə maaşlar, pensiyalar, minimum əməkhaqqı, sosial müavinətlər artırılıb, sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələ başlanıb. Eyni zamanda iyulun 31-də Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə bütün sahələrə toxunuldu. Prezident müşavirədə bir məqama diqqəti çəkdi. Dedi ki, bu, hələ o demək deyil ki, biz hər şeyə nail olmuşuq. Yəni biz bu istiqamətdə yeni-yeni uğurlara imza atmaq üçün dünya təcrübəsindən, bu sahədə olan beynəlxalq təcrübələrdən müsbət mənada yararlanmalıyıq. Təbii ki, bütün bunların hamısı bir məqsədə - ölkəmizin bütün sahələrdə inkişafına, güclənməsinə və insanlarımızın maddi, sosial durumunun daha da yaxşılaşmasına xidmət edir”.
Beləliklə, qeyd olunanlar Azərbaycan Prezidentinin əhalinin sosial rifahının yüksəldilməsi məsələsini priotitet sahə kimi daim diqqətdə saxladığını və qarşıdan gələn illərdə də bu tendensiyanın qorunub saxlanacağını bir daha təsdiq edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42

