/ / Beynəlxalq Türk Akademiyası ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq möhkəmləndirilir
Beynəlxalq Türk Akademiyası ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq möhkəmləndirilir
04.09.2019 [09:15]
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, Darxan Kıdırali rəhbərlik etdiyi akademiyanın fəaliyyəti, həyata keçirilən layihələr, gələcək planlar barədə məlumat verib.
Görüşdə Türk Akademiyası tərəfindən son bir ildə “Türk ədəbiyyatı antologiyaları” seriyasından ilk olaraq “Azərbaycan ədəbiyyatı antologiyası”nın nəfis tərtibatla çap edildiyi qeyd olunub. Kitabda Azərbaycanın 20 klassikinin seçilmiş əsərləri yer alıb. Bununla yanaşı, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri çərçivəsində onun şeirləri ilk dəfə akademiya tərəfindən qazax dilinə çap edilərək nəşr olunub.
Akademiyanın prezidenti təşkilatın 2020-ci ildə Azərbaycanda üç il davam edəcək çoxtərəfli tədqiqat işlərinə başlayacağını bildirib. Beynəlxalq layihə arxeologiya, toponimiya və etnoqrafiya kimi sahələri əhatə edəcək. Darxan Kıdırali Beynəlxalq Türk Akademiyasının Monqolustandan Macarıstana qədər geniş bir coğrafiyada bu layihəni həyata keçirdiyini, Azərbaycanda və Qafqaz bölgəsində türk sivilizasiyası və mədəniyyətini araşdırmağın isə xüsusilə əhəmiyyətli olduğunu qeyd edib. Həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin təlimatı əsasında akademiya tərəfindən çapa hazırlanan “Ortaq türk tarixi” dərsliyinin üzv ölkələrdə tədris proqramına salındığı, ortaq ədəbiyyat və ortaq coğrafiya dərslikləri ilə bağlı işlərin davam etdiyi vurğulanıb. Həyata keçirilən layihələrin ortaq tarix şüuru və düşüncəsinin formalaşdırılmasına xidmət etdiyi bildirilib.
Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yaxından izlədiyini qeyd edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev onun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. O, qardaş xalqların birliyi yolunda ədəbi əlaqələri möhkəmləndirmək, şair və yazıçıların əməkdaşlıq bağlarını gücləndirmək lazım olduğunu diqqətə çatdırıb. Xalq yazıçısı bu baxımdan ziyalı təbəqənin üzərinə mühüm vəzifə düşdüyünü, bu səbəbdən akademiya ilə əməkdaşlıq üzərində xüsusi dayandıqlarını vurğulayıb.
Xalq yazıçısı Qazaxıstanın Latın əlifbasına keçidinin xalqlarımızın yaxınlaşmasına müsbət təsirləri olacağına da inamını ifadə edib.
Görüşdə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da iştirak edib.
Görüşün yekununda Beynəlxalq Türk Akademiyası ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlığı möhkəmləndirmək barədə razılıq əldə edilib. Xalq yazıçısına akademiyanın Azərbaycanla bağlı nəşr etdirdiyi kitablar hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxSosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37

