Azərbaycan təhsilinin flaqmanı, ilk milli universitetimiz 100 yaşında
27.09.2019 [12:40]
Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında müstəsna xidmətlər göstərib
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra qısa vaxt ərzində dövlətçilik sütunlarının möhkəmləndirilməsi, milli siyasi iradənin gücləndirilməsi, iqtisadi sistemin yaradılması, hüququn aliliyinin təmin olunması kimi bir çox taleyüklü məsələlərdə mühüm addımlar atdı, əhəmiyyətli uğurlar qazandı. Eyni zamanda, cümhuriyyət hökuməti milli mədəniyyət və təhsil sisteminin yaradılmasına da ciddi əhəmiyyət verir, qısa zamanda bu sahədə əsaslı dönüş yaradılmasına çalışırdı. O dövrün çox ciddi siyasi, iqtisadi, geosiyasi çətinliklərinə, maliyyə və kadr çatışmazlığına baxmayaraq, xalqımızın maarifləndirilməsi, təhsil sahəsinin inkişafı üçün milli ali təhsil müəssisəsinin yaradılmasına qərar verildi. Aylarla davam edən müzakirələr və gərgin işin nəticəsində 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti tərəfindən ilk universitetin açılması haqqında qanun qəbul olundu və təhsilimizin flaqmanı olan, müsəlman Şərqində Avropa tipli ilk ali təhsil müəssisəsi - Bakı Dövlət Universiteti həyata vəsiqə aldı.
Kadr və maliyyə çatışmazlığı, siyasi basqılar, repressiya siyasəti...
"Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında" qanunun qəbulu ilə fəaliyyətə başlayan milli təhsil sistemimizin avanqardı, ölkənin parlaq gələcəyinə xidmət edəcək aydınların məbədi olacaq universitetin yolu heç də hamar və maneəsiz olmadı. İlk vaxtlarda dövrün reallıqlarından yaranan obyektiv çətinliklər universitetin effektiv fəaliyyətinə əngəllər törədirdi. Kadr çatışmazlığını aradan qaldırmaq üçün hökumət təmsilçiləri xaricdən, xüsusilə, Rusiyadan savadlı kadrları universitetdə işləməyə dəvət edir, eyni zamanda, hökumət üzvləri, qabaqcıl ziyalılar auditoriyalarda mühazirələr oxuyurdular. Xalq Cümhuriyyətinin süqutundan sonra isə ilk milli universitetimizin fəaliyyət göstərməsi daha da çətinləşdi, sovetlər hökumətinin siyasi basqıları, repressiya siyasəti, həmçinin ciddi maliyyə çatışmazlığı bu elm məbədi üçün kifayət qədər xarakterik hal almışdı. Təkcə bir faktı diqqətə çatdırmaq kifayətdir ki, BDU-nun həmin illəri necə məşəqqətlə, eyni zamanda, kollektivin hansı fədakarlıqlar göstərərək bu elm məbədini yaşatdıqlarını ifadə edək: müxtəlif dövrlərdə universitetə rəhbərlik etmiş dövrün qabaqcıl ziyalılarından olan Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov repressiya illərində güllələnmiş, onlarla ziyalı həbs olunmuşlar. Hətta ötən əsrin 20-ci illərinin sonu - 30-cu illərinin əvvəllərində universitetin fəaliyyəti qeyri-müəyyən səbəblərdən dayandırılmışdı. Universitet 1934-cü ildən sonra öz fəaliyyətini davam etdirməyə başlasa da, 70-ci illərə qədər mövcud problemlər qalırdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dönəmdə bütün sahə və sektorlarda olduğu kimi, Azərbaycan təhsilində də kardinal islahatlar həyata keçirildi və bu sahədə əsaslı inkişaf tempi qeydə alındı.
Yeni dövr, yeni üfiqlər...
Sözügedən mərhələdə bütün ölkə boyu baş verən müsbət dəyişikliklər, o cümlədən, təhsil sahəsinin inkişafı istiqamətində atılan addımlar Bakı Dövlət Universitetinin də fəaliyyətində əsaslı dönüş baş verməsinə şərait yaratdı. Universitet milli kadr potensialının formalaşdırılması, əsaslı kadr islahatlarının həyata keçirilməsi işinə əhəmiyyətli töhfələr verdi. Qısa zaman kəsiyində universitetin maddi-texniki bazası yaxşılaşdırıldı, yeni laboratoriyalar, elmi mərkəzlər fəaliyyətə başladı. Tədris kontengentinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar pedoqoji kollektivin fəaliyyətinin səmərəliliyinin artırılmasına təkan verdi. Respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi milli intibahımızı şərtləndirən strateji faktorlardan biri oldu. Məhz Bakı Dövlət Universitetinin müəllim heyətinin, demək olar ki, hamısını azərbaycanlılar təşkil edirdi. Beləliklə də Bakı Dövlət Universitetinin tələbə və məzunları, bu ali təhsil ocağının ziyalıları, bütövlükdə, kadr potensialı ölkəmizin ictimai-siyasi, sosio-mədəni həyatında mühüm rol oynayır, ölkə miqyasında və beynəlxalq müstəvidə əhəmiyyətli nailiyyətlərə imza atırdılar.
Xalqımızın azadlıq mübarizəsində Bakı Dövlət Universitetinin öz rolu, imzası vardır
100 yaşlı universitetimiz, öz fəaliyyətində sadəcə, tədris müəssisəsi, gəncləri maarifləndirən təhsil ocağı olmaq missiyası ilə kifayətlənməyib. Bunlarla yanaşı, ölkəmizdə milli ziyalı təbəqəsinin formalaşması, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı istiqamətində universitetin rolu ölçüyəgəlməzdir. Biz bu rolu ötən əsrin 80-ci illərinin sonunda daha parlaq şəkildə müşahidə etdik. Bakı Dövlət Universitetində çalışan, həyatını Azərbaycan gəncinin vətənpərvərlik ruhunda böyüməsi, elmimizin inkişafına həsr etmiş, xalqımızın taleyi ilə bağlı ciddi narahatlıq keçirən milli ziyalılarımızın, burada təhsil alan vətənpərvər gənclərin, şübhəsiz ki, xalqımızın azadlıq mübarizəsində, ölkəmizin 1991-ci ildə müstəqilliyinə qovuşmasında öz rolu, imzası vardır. Heç də təsadüfi deyil ki, bir çox mütəxəssislər haqlı olaraq Bakı Dövlət Universitetini 1980-ci illərin sonunda xalqımızın milli azadlıq mücadiləsinin ideoloji laboratoriyası adlandırırdı.
Bakı Dövlət Universiteti yeni inkişaf mərhələsinə qədəm qoyub
Təbii ki, müstəqillik şəraitində universitetin qarşısında daha yeni üfüqlər açılmış, yeni vəzifələr müəyyənləşmişdi. 1993-cü ilin iyun ayından sonra Ulu Öndərin diqqət və qayğısı nəticəsində Bakı Dövlət Universiteti yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyd etmək lazımdır ki, Bakı Dövlət Universitetinin hazırkı 1 saylı və 2 saylı doqquzmərtəbəli tədris korpusları, universitetin tələbə şəhərciyi, onun 4 beşmərtəbəli yataqxanası, xarici tələbələr üçün 1 beşmərtəbəli bina, böyük kitabxana Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə tikilərək istifadəyə verilib.
Ümummilli Liderimiz Heydər Əliyev 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyi münasibətilə keçirilən mərasimdə söylədiyi geniş nitqdə bəhs olunan ali məktəbin bu illər ərzində qazandığı uğurlara toxunaraq bu təhsil ocağının ölkənin ictimai, siyasi, mədəni həyatında gələcəkdə daha böyük rol oynayacağını qeyd etmişdi. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin 80 illiyi ilə əlaqədar universitetin kollektivinə 28 dekabr 1999-cu il tarixində göndərdiyi təbrik məktubunda qeyd edirdi: "Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz rolunu oynamışdır".
Burada bir haşiyə çıxıb xatırlatmaq yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev də 1957-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini əla qiymətlərlə, fəxri diplomla bitirib.
124 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi, 24 Elmi Tədqiqat Laboratoriyaları...
Sirr deyil ki, son 15 ildə müasir müstəqil Azərbaycan dövləti öz inkişaf tarixinin ən yüksək mərhələsini yaşayıb. Bu illər ərzində Azərbaycan iqtisadiyyatının dinamik inkişafına nail olub, sosial sahədə inqilabi qərarlar qəbul olunub, müasir infrastruktura malik ölkəyə çevrilib, beynəlxalq münasibətlər sisteminin güclü, suveren aktoru kimi geniş nüfuz və etimad qazanıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində də keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, uğurlu nəticələrin qazanılmasına xidmət edir. Müasir mərhələdə də Bakı Dövlət Universiteti Azərbaycan təhsilinin bayraqdarı kimi çıxış edir və təhsilimizin, milli dövlətçilik ənənələrinin inkişafına əhəmiyyətli töhfələr verir, eyni zamanda, perspektiv inkişafın strateji əsaslarını formalaşdırır. 100 il əvvəl cəmi iki fakültə ilə fəaliyyətə başlamış universitetdə bu gün 16 fakültədə 22 mindən çox tələbə təhsil alır. Regionun qabaqcıl elm və təhsil müəssisəsi olan BDU-nun 124 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında 3041 nəfər əməkdaş çalışır. 3 milyona yaxın zəngin kitab fondu olan böyük kitabxanası BDU-nu fərqləndirən mühüm məqamlardan biridir.
Fəaliyyətinin hər bir məqamında dövrün çağırışlarına uğurla cavab verən BDU bu gün də eyni missiya və vəzifəni ardıcıllıqla və müvəffəqiyyətlə icra etməkdədir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi qara qızılın insan kapitalına çavrilməsi konsepsiyasının uğurla icra olunmasında BDU qabaqcıl elm məbədi olaraq öncül mövqedə dayanır. Bakı Dövlət Universitetindən məzun olan kadrlar cəmiyyətin ayrı-ayrı sahələrində, ictimai-sosial münasibətlər sistemində təmsil olunmaqla idarəetmənin müasir prinsipləri üzrə təşkilinə təkan verməkdədirlər. Universitetin səmərəli fəaliyyəti müxtəlif sahələr üçün yararlı, yüksəksəviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yetişdirilməsi, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir.
Bakı Dövlət Universiteti həm də ikitərəfli səmərəli beynəlxalq əməkdaşlıq əlaqələrinə malik olmaqla Azərbaycan təhsilinin beynəlxalq inteqrasiyasına fundamental töhfələr verir. Bu gün universitet geniş beynəlxalq əlaqələrə və dünya reytinq sıralamasında davamlı irəliləyişə malikdir. Dünyanın tanınmış ictimai-siyasi xadimləri bu universitetin fəxri doktoru adını daşıyırlar. Bir çox ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Polşa və Litvanın prezidentləri, Nobel mükafatçıları, NATO, UNESKO və İSESKO-nun rəhbərləri, ABŞ-ın Dövlət katibləri və digər görkəmli şəxsiyyətlər BDU-nun fəxri doktorlarıdır.
Böyük vətənpərvərlərin 100 il əvvəl alovlandırdığı məşəli uğurla daşımaq məsuliyyəti...
Şübhə yoxdur ki, hər bir ali təhsil müəssisəsi özünün məzunları ilə haqlı qürur duyur. Bu mənada Bakı Dövlət Universitetinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, Nobel mükafatı laureatı Lev Landau, əfsanəvi kimyaçı Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Mir Cəlal Paşayev, Əşrəf Hüseynov, Zahid Xəlilov, Bəxtiyar Vahabzadə kimi dünya şöhrətli məzunları ilə öyünmək üçün səbəbləri daha çoxdur. Bu qürur həm də müəllimlərimizin, o auditoriyalara yeni ayaq açan hər bir tələbənindir. Bu zəngin mirasa sahib çıxmaq, böyük vətənpərvərlərin 100 il əvvəl alovlandırdığı bu məşəli uğurla daşımaq nə qədər məsuliyyətli və çətin olsa da, bir o qədər şərəflidir. Təhsilimizin flaqmanı, 100 yaşlı, eyni zamanda da gənc və enerjili universitetimizin uğurları ilə öyünməyə Bakı Dövlət Universitetinin məzunu olaraq, bizim də mənəvi haqqımız çatır.
Aqşin ŞAHİNOĞLU,
Bakı Dövlət Universitetinin "100 ilin zirvəsində" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30

