Məhkəmələrin qərarları ilə müsadirə olunmuş bir tondan çox narkotik vasitə məhv edilib
05.10.2019 [09:54]
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş bir tondan çox müxtəlif narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları oktyabrın 4-də Binəqədi rayonundakı Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhv edilib.
AZƏRTAC xəbər verir ki, narkotiklərin məhv olunması prosesində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Komissiyanın, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Ümumilikdə 579 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 61 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə - 515 kiloqram 979 qram marixuana, 144 kiloqram 965 qram heroin, 328 kiloqram 848 qram tiryək, 62 kiloqram 726 qram həşiş qətranı, 2 kiloqram 79 qram kokain, 11 kiloqram 755 qram - 71 min 773 ədəd psixotrop maddə, o cümlədən 4599 çətənə bitkisi yandırılaraq məhv edilib. Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin qara bazarda ümumi dəyəri 35 milyon manat təşkil edir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasını daim diqqət mərkəzində saxlayan Dövlət Komissiyasının İşçi Qrupu hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsini təşkil edib. Antinarkotik təbliğata xüsusi önəm verərək maarifləndirmə sahəsində görülən işlərin əhatəsinin genişləndirilməsi məqsədilə şəhər və rayon komissiyaları ilə birgə profilaktik tədbirlər, konfranslar, seminarlar, təlimlər keçirilib, əməkdaşlara metodik tövsiyələr verilib.
Məlumat verilib ki, bu ilin səkkiz ayında hüquq-mühafizə orqanları tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 3309 fakt aşkarlanıb. Bu faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 842 kiloqram 28,4 qram olan müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və 257 ədəd həb, 568 millilitr metadon suyu müsadirə edilib. Bundan başqa, qanunsuz dövriyyədən çəkisi 91 kiloqram 183,7 qram prekursor, 87 kiloqram 855,9 qram digərləri, 236,2 güclü təsir edən maddə, 12 kiloqram 500 qram zəhərli maddə götürülüb. Müsadirə olunan narkotik vasitələrin 596 kiloqram 884 qramını (32,4 faiz) marixuana, 245 kiloqram 876,1 qramını (13,3 faiz) tiryək, 794 kiloqram 786,4 qramını (43,1 faiz) heroin, 21 kiloqram 433,1 qramını (0,16 faiz) həşiş, 4 kiloqram 009,185 qramını (1,1 faiz) kokain təşkil edib.
Eyni zamanda, Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə yaş kütləsi 123 ton 247 kiloqram 609,225 qram olan 242 min 364 ədəd yabanı halda bitmiş narkotik xassəli bitkilər aşkarlanaraq müvafiq qaydada məhv edilib. Yaş kütləsi 6 ton 498 kiloqram 600 qram olan 3763 ədəd çətənə və xaş-xaş bitkisi prosessual tədbirlərin görülməsi üçün istintaq orqanlarına verilib.
Diqqətə çatdırılıb ki, bu dövrdə cinayət məsuliyyətinə 2234 nəfər cəlb edilib. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 2018-ci il dekabrın 31-nə olan məlumatına əsasən, mərkəzdə 31 min432 nəfər narkotik istifadəçisi qeydiyyatdadır. Onlardan 26 min 346-sı dispanser, 5086 nəfəri isə profilaktik qeydiyyatda olanlardır.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

