Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Tərtərdə “Müstəqilliyimiz əbədidir” şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib

Tərtərdə “Müstəqilliyimiz əbədidir” şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib

17.10.2019 [09:52]

Tərtər rayonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə “Müstəqilliyimiz əbədidir” şüarı altında yürüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib. Tərtər şəhərindəki Bayraq Meydanından işğaldan azad edilmiş Şıxarx qəsəbəsindəki “Marağa-150” abidəsinin qarşısınadək davam edən yürüşdə əllərində Azərbaycan Respublikasının Dövlət bayraqlarını tutmuş gənclər “Müstəqilliyimiz əbədidir”, “Qarabağ Azərbaycandır” şüarları səsləndiriblər.
Aksiya gənclərin hazırladığı fləşmobla başa çatıb.

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31