Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
17.10.2019 [10:04]
Oktyabrın 16-da Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Fond tərəfindən 2019-cu ildə görülmüş işlər, o cümlədən 12-ci qrant müsabiqəsinin nəticələri, xaricdə təhsil proqramı, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müsabiqəsi, Gənclərin İnkişaf və Karyera mərkəzlərinin fəaliyyəti, “GəncLik” proqramı, “YayFest” düşərgəsi, Səyyar Gənclər Xidməti və digər fəaliyyətlər haqqında hesabat məruzələri dinlənilib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə qayğısının növbəti təzahürü olaraq, ölkəmizin şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin bölmələrinin yaradılması ilə bağlı 2019-cu il 1 oktyabr tarixli Sərəncamından irəli gələn məsələlər müzakirə olunub.
İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, şuranın üzvləri - Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov jurnalistlərə müsahibəsində iclasda əsasən Fondun il ərzindəki fəaliyyətinin müzakirə olunduğunu vurğulayaraq bildirib: “2019-cu il Gənclər Fondu üçün kifayət qədər məhsuldar olub. Bu il qarşıya qoyulan məqsədlərə nail olunub, bir sıra proqramlar həyata keçirilib. Bu proqramlar arasında xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı müsabiqə, sosial müdafiəyə ehtiyacı olan gənclərin, tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üzrə müsahibənin nəticələri, beynəlxalq təşkilatlarda təcrübə keçmə, beynəlxalq tədbirlərdə iştirakla bağlı gənclərin dəstəklənməsi, gənclər təşkilatları üçün 12-ci qrant müsabiqəsinin nəticələri və hazırkı vəziyyəti, eyni zamanda, Gənclər Fondu tərəfindən bu il həyata keçirilən xüsusi layihələr, yəni, “YayFest” gənclərin yay düşərgəsi ilə bağlı təqdimat edilib, gənclər üçün xüsusi mobil tətbiq olan “GəncUp”la bağlı arayış təqdim olunub. Bunlarla yanaşı, iclasda Prezident İlham Əliyevin Sərəncamının icrası istiqamətində ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi müzakirə olunub”.
F.Cəfərov qeyd edib ki, Gənclər Fondunun Müşahidə Şurası tərəfindən C kateqoriyası - fərdi layihələr üzrə qrant müsabiqəsinin nəticəsi təsdiq edilib. Bu nəticələr oktyabrın 17-də Fond tərəfindən rəsmi qaydada dərc olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

