AHİK-in nümayəndə heyəti rusiyalı həmkarlarının yubiley tədbirində iştirak edib
31.10.2019 [09:43]
Oktyabrın 30-da Moskva şəhərində Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının (RMHİF) Baş Şurasının iclası və Federasiyanın yaradılmasının 30 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib. Tədbiri Federasiyanın sədri M.Şmakov açaraq rəhbərlik etdiyi Federasiyanın X qurultayının qərarlarının yerinə yetirilməsində həmkarlar ittifaqının vəzifələri, Federasiyanın fəaliyyət proqramı, 30 illik yubileyi və digər məsələlər haqqında məlumat verib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak edən AHİK-in sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti Səttar Möhbalıyev Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının 30 illiyi ilə bağlı təbrik nitqi ilə çıxış edib.
S.Möhbalıyev bildirib ki, Rusiyanın həmkarlar ittifaqları hərəkatı mürəkkəb və dolğun bir yol keçib. Ötən illər RMHİF-in yaranması və inkişafı, tam yeni bir tarixi şəraitdə həmkarlar ittifaqlarının öz yerini tapması yolunda çətin axtarış illəri olub. Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası öz fəaliyyəti dövründə sosial tərəfdaşlıq sistemi, sosial-əmək münasibətləri sahəsində qanunvericilik bazası formalaşdırıb, əmək hüquqlarının və sosial təminatların müdafiəsinə yönəldilmiş bir sıra irimiqyaslı aksiyalar keçirib. Bu gün Rusiya həmkarlar ittifaqı fəalları vaxtilə əsası qoyulmuş ənənələri daha da zənginləşdirir, həmkarlar ittifaqı hərəkatının inkişafı və işçilərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görür, onların hüquqlarının qorunmasında nüfuzlu institut kimi RMHİF-in statusunu möhkəmləndirirlər.
Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası sosial-əmək, həmkarlar ittifaqının və zəhmətkeşlərin hüquqlarına riayət olunması sahəsində federal və regional qanun layihələrinin işlənib hazırlanmasında iştirak edir, Rusiya qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə fəal təsir göstərir. Federasiya, həmçinin MDB ölkələrinin həmkarlar ittifaqları arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişafına böyük töhfələr verir. Federasiyanın sədri, Rusiyanın tanınmış həmkarlar ittifaqı lideri, eyni zamanda, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Mixail Şmakov dünya həmkarlar ittifaqı hərəkatında layiqli olaraq yüksək nüfuz sahibidir.
AHİK sədri vurğulayıb ki, biz hamımız vahid həmkarlar ittifaqı ailəsindən çıxmışıq və bir həmkarlar ittifaqı mərkəzində mövcud olan problemlər qonşu ölkələrin milli həmkarlar ittifaqı mərkəzlərindəki problemlərlə oxşarlıq təşkil edir. Təbii ki, ötən illər ərzində hər birimiz həmkarlar ittifaqı işinin bu və ya digər istiqamətlərində müsbət təcrübələr əldə etmişik. Bu gün iqtisadi proseslərin qloballaşması şəraitində bir-birimizə ehtiyacımız var, həmkarlar ittifaqı həmrəyliyinə ehtiyac duyuruq.
Ölkələrimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətləri Azərbaycanda yüksək qiymətləndirilir. Biz on illər boyu bir dövlətdə yaşamışıq, tariximizdə çətin dövrlər olub. Ancaq həmin çətinliklərdən ləyaqətlə çıxmışıq, dostluq və qarşılıqlı anlaşma ənənələrini qorumuşuq. Hər kəs öz dünyasında yaşayır, ancaq hamımızı eyni səylər birləşdirir - demokratik dövlət qurmaq, ölkələrimizin tərəqqisinə nail olmaq.
Azərbaycan həmkarlar ittifaqları Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının aktiv fəaliyyətini həmişə böyük maraqla izləyir. AHİK-in və RMHİF-in birgə fəaliyyətinin ötən 30 ili ərzində biz müasir şəraitdə məqsəd və vəzifələrimizi, işimizin forma və metodlarını müəyyənləşdirmişik, konstruktiv, işgüzar münasibətlər qurmuşuq. Konfederasiyamız üzv təşkilatların mənafeyini rəhbər tutaraq xarici ölkələrin həmkarlar ittifaqları və beynəlxalq həmkarlar ittifaqı təşkilatları ilə əlaqələri daim inkişaf etdirir və möhkəmləndirir. AHİK 2000-ci ildən etibarən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
S.Möhbalıyev daha sonra əlavə edib ki, AHİK özünün bütün fəaliyyəti ilə beynəlxalq həmkarlar ittifaqı hərəkatının məqsəd və ideallarına bağlılığını təsdiq edir. Biz Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarının ölkə parlamenti tərəfindən ratifikasiya olunması üçün məqsədyönlü iş aparırıq. Bu gün məmnunluq hissi ilə qeyd edə bilərik ki, sosial istiqamətli 11 əsas Konvensiyadan 8-i artıq Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Rusiyanın və Azərbaycanın həmkarlar ittifaqı mərkəzlərinin birgə səyləri ilə biz əməkçilərin hüquqlarının qorunmasında daha fəal rol oynaya bilərik.
Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının iştirakı ilə keçirilən mühüm tədbirlərdən bəhs edərkən xüsusilə qeyd etmək istərdim ki, biz AHİK və RMHİF arasında, eləcə də onun üzv təşkilatları olan Sverdlov Vilayəti Həmkarlar İttifaqları Federasiyası, Tatarıstan Respublikası Həmkarlar İttifaqları Federasiyası, Həştərxan Vilayəti Həmkarlar İttifaqları Federasiyası ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında müqavilələr və sazişlər imzalamışıq. Bizim birgə fəaliyyətimiz dövründə siz təkcə özünüzün təşkilatçılıq potensialınızı deyil, həm də taktiki kamilliyinizi, şəraitə operativ münasibət göstərmək, mübarizə formalarına yaradıcı yanaşmaq bacarığınızı ortaya qoymusunuz. Mövqeyiniz həmişə ardıcıl və qətiyyətli olub. Azərbaycan Həmkarlar İttifaqları xalqımızın Rusiyanın əməkçi insanlarına olan dəyişməz dostluq, həmrəylik və qardaşlıq hisslərini bir daha təsdiq edir.
Çıxışının yekununda S.Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından rusiyalı həmkarlarını Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının 30 illik yubileyi münasibətilə təbrik edib və vurğulayıb ki, bizim münasibətlərimiz tarixi köklərə söykənir. Əməkdaşlığımız, işgüzar tərəfdaşlığımız, xalqlarımız arasındakı çoxəsrlik dostluq bundan sonra da əlaqələrimizin möhkəmlənməsinə və zənginləşməsinə xidmət edəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

