Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Yüksəliş” müsabiqəsində iştirak etmək istəyən 3000 nəfər artıq qeydiyyatdan keçib

“Yüksəliş” müsabiqəsində iştirak etmək istəyən 3000 nəfər artıq qeydiyyatdan keçib

09.01.2020 [09:33]

“Yüksəliş” müsabiqəsində iştirak etmək istəyən 3000 nəfər artıq qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yüksəliş” müsabiqəsinin “Facebook” səhifəsi məlumat yayıb.
Bildirilir ki, müsabiqənin finalçıları şəxsi inkişaf planları, qaliblər isə idarəçi rəhbərlərlə çalışmaq imkanı, eləcə də fərdi inkişaf üçün 20 min manat məbləğində qrant əldə edəcəklər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinə dekabrın 27-dən start verilib. Müsabiqədə qeydiyyat mərhələsi bitənədək 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Dövlət qulluqçularının da müsabiqəyə qatılmasında hər hansı məhdudiyyət yoxdur. “Yüksəliş” müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərin ortaya çıxarılmasıdır.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31