Ədliyyə Nazirliyində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir
17.01.2020 [09:38]
Xalqımızın müstəqillik uğrunda mübarizliyinin və şücaətinin təcəssümü olaraq milli qürur mənbəyinə çevrilmiş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il ötür. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb və qəbul olunmuş tədbirlər planına uyğun olaraq respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faciənin ildönümü ilə bağlı ədliyyə orqanlarında anım tədbirləri təşkil olunur, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilir, Ədliyyə Akademiyasında və Penitensiar Xidmətin təlim mərkəzində xüsusi mühazirələr oxunur, həmçinin Qanlı Yanvar qırğınından bəhs edən sənədli filmlər, eləcə də fotoslaydlar nümayiş etdirilir.
Silsilə tədbirlər çərçivəsində Ədliyyə Nazirliyində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
Tədbirdə Ədliyyə naziri Fikrət Məmmədov, nazir müavinləri və nazirliyin kollektivi, həmçinin gənc ədliyyə işçiləri və könüllülər, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
Mərasimdə SSRİ mərkəzi hakimiyyətinin beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla o müdhiş gecədə sovet qoşununun iştirakı ilə həyata keçirdiyi hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutulduğu, yüzlərlə insanın qətlə yetirildiyi bildirilib, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vurğulanıb ki, qətliamın ertəsi günü Ümummilli Lider Heydər Əliyev ölkəmizin Moskvadakı nümayəndəliyinə gələrək bu kütləvi qırğınla bağlı kəskin bəyanatla çıxış edib və yalnız bir neçə il sonra Ulu Öndərin təşəbbüsü ilə faciəyə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu tarixi gün barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə geniş çatdırılması, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi üzrə məqsədyönlü addımlar atılır. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva və rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən bu sahədə mühüm işlər həyata keçirilir.
Mərasimdə Qanlı Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib, həmin hadisələr üzrə respublika istintaq qrupunun üzvü olmuş nazirliyin İstintaq idarəsinin rəisi Nazim Abbasov və qanlı hadisələrin şahidləri, Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri, vətəndaş cəmiyyəti təmsilçiləri Səadət Bənənyarlı, Əliməmməd Nuriyev və Əhməd Abbasbəyli faciə ilə bağlı xatirələrini bölüşüblər.
Çıxışlarda qırğın zamanı xalqımızın haqq-ədalətin bərqərar edilməsi uğrunda küçələrə çıxmış vətənpərvər övladlarının yaralanması və qəddarcasına qətlə yetirilməsi barədə konkret faktlar səsləndirilib, bu qanlı aksiya zamanı insan hüquqlarına dair çoxsaylı beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan hüquqları Bəyannaməsinin tələblərinin kobud şəkildə pozulduğu, hadisələrlə bağlı sonralar başlanmış cinayət işinin istintaqı aparılarkən qaranlıq qalan bir çox məqamlara aydınlıq gətirildiyi, dinc əhaliyə qarşı əli silahlı ordudan istifadə etməklə hərbi cinayət törədilməsinin tam sübuta yetirildiyi diqqətə çatdırılıb.
Tədbirdə ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağı bildirilərək qeyd olunub ki, hər il olduğu kimi, 20 Yanvar - Ümumxalq Hüzn Günündə ədliyyə işçiləri xalqımız üçün müqəddəs and yerinə çevrilmiş qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

