Xocalı soyqırımı qurbanlarının xatirəsi ədliyyə orqanlarında yad edilib
26.02.2020 [09:26]
Bəşər tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faciənin ildönümü ilə əlaqədar nazirlikdə və struktur qurumlarda anma mərasimləri keçirilərək soyqırımı qurbanlarının xatirəsi dərin hüznlə anılıb, erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlərboyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, o cümlədən Xocalı soyqırımının ağır nəticələrindən bəhs olunub, kinozalda filmlər, eləcə də fotoslaydlar nümayiş etdirilib, ədliyyə işçiləri tərəfindən mətbuatda çıxışlar edilib.
Tədbirlər çərçivəsində Ədliyyə Akademiyasında “Ədliyyə Könüllüləri” İctimai Birliyi ilə birgə gənc ədliyyə işçilərinin və könüllülərinin iştirakı ilə “Xocalını unutma” adlı ədəbi-tarixi tədbir keçirilib.
Gənclər əvvəlcə paytaxtın Xətai rayonunda Xocalı soyqırımı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Xocalı hadisələrindən bəhs olunaraq bu bəşəri cinayətlərə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi vurğulanıb. Prezident İlham Əliyev tərəfindən bu kütləvi qırğının acı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması üzrə mühüm addımların atıldığı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə məqsədyönlü və ardıcıl tədbirlərin keçirildiyi, bu istiqamətdə “Xocalıya ədalət!” kampaniyasının önəmi xüsusilə qeyd edilib.
“Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması ilə bağlı görülmüş tədbirlər” və “Xocalı soyqırımı: tarixi-hüquqi aspektdə” mövzularında çıxışlar edilərək Xocalıda törədilmiş dəhşətli qətliamın beynəlxalq hüquqa görə, sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır beynəlxalq cinayət olduğu diqqətə çatdırılıb, soyqırımı törədənlərin layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunub.
Həmçinin faciə ilə bağlı həqiqətlərin indiki və gələcək nəsillərə çatdırılmasının, eləcə də dünyada tanıdılmasının milli, vətənpərvər ruhda formalaşan və ölkədə geniş vüsət alan könüllülük hərəkatının aparıcı qüvvəsi olan müasir Azərbaycan gəncliyinin müqəddəs vəzifəsi olduğu vurğulanıb. Gənclər bu istiqamətdə görülən işlərdə layiqli töhfələr vermək əzmində olduqlarını söyləyərək dövlət başçısının bu il elan etdiyi “Könüllülər ili”ndə daha fəal olacaqlarını bildiriblər.
Sonra bədii hissədə Azərbaycan Dillər Universitetinin tələbələri tərəfindən Azərbaycan və ingilis dillərində Xocalıya həsr olunmuş şeirlər, musiqi əsərləri səsləndirilib, təqdimatlar izlənilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

