Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Yevlaxda silsilə tədbirlər keçirilib

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Yevlaxda silsilə tədbirlər keçirilib

26.02.2020 [16:47]

Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da silsilə tədbirlərlə qeyd edilib. Fevralın 26-da rayon rəhbərliyi, əmək kollektivləri, ziyalılar, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gedərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, abidə kompleksi önünə tər çiçəklər düzüblər.

Yevlax Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Bəşir Səfəroğlu adına Xalq Teatrında davam edən tədbirin iştirakçıları rayon məktəblilərinin Xocalı faciəsinə həsr etdikləri rəsm sərgisi ilə tanış olublar. Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkitəşkilatının məktəblilər arasında keçirdiyi inşa yazı müsabiqəsinin qalibi Ruhəngiz İsayeva Xocalı faciəsinə həsr edilən inşa yazısını oxuyub. Şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar məktəblilər arasında keçirilən inşa və rəsm müsabiqələrinin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim edib.
Sonda Xalq Teatrının Xocalı faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiyası nümayiş olunub.
Fevralın 26-da həmçinin, Yevlax Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində “Xocalıya ədalət!” yürüşü təşkil olunub. Heydər Əliyev adına parkdan Şəhidlər xiyabanına qədər davam edən yürüşdə 400-ə yaxın gənc iştirak edib.

Paylaş:
Baxılıb: 645 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31