Xocalı faciəsi bəşəriyyətin ən dəhşətli soyqırımlarından biridir
27.02.2020 [09:40]
Naftalanda Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş ümumşəhər anım tədbiri keçirilib. Anım tədbirində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhərin idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri və nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Xatirə kompleksini ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə gül dəstələri düzüblər. Naftalan Şəhər İcra Hakimiyyətində davam edən tədbirdə faciə qurbanları və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. O, Xocalı soyqırımı haqqında həqiqətin dünyada tanıdılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyətin bu gün də davam etdirildiyini qeyd edib. Vüqar Novruzov Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsinin dünya miqyasında soyqırımı kimi tanıdılması çərçivəsində böyük işlərin görüldüyünü, bu istiqamətdə 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının başlandığını bildirib.
Tədbirdə şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin Əməkdar müəllimi Sədrəddin Muradov “26 fevral Xocalı soyqırımı XX əsrin faciəsidir” və şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova “Ermənistanın işğalçı siyasəti” mövzularında çıxış ediblər.
NADİR
Xəbər lenti
Hamısına baxSosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49

