Ramazan ayında qidalanma rejimi necə olmalıdır?
30.04.2020 [16:48]
Və ya qida qəbulu ilə əlaqədar hansı qaydalara riayət etmək lazımdır?
Ramazan ayında sağlam və faydalı qidalanmaq müzakirə olunan mühüm məsələlərdəndir. Həkim-mütəxəssislər bu barədə müvafiq tövsiyələrini ifadə edərək immuniteti qorumaq üçün qida qəbulu ilə əlaqədar hansı qaydalara riayət etməli olduğumuza dair elmi qənaətlərini diqqətə çatdırırlar. Xüsusi olaraq vurğulanır ki, müqəddəs ayın koronavirusla mübarizə apardığımız bu günlərə təsadüf etməsi isə ikiqat diqqətli və məsuliyyətli olmaq ehtiyacı yaradır.
Balanslı və keyfiyyətli qidalanmaq vacibdir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Ramazan ayında düzgün qidalanmağın qaydaları barədə məlumatında balanslı və keyfiyyətli qidalanmağın vacibliyi diqqətə çatdırılır. Ramazan ayı yaz fəslinə təsadüf etdiyindən oruc tutarkən aclıq və susuzluğu hiss etmiş oluruq. Bu səbəbdən imsak və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir. Mütəxəssislər hesab edirlər ki, fasilələrlə qidalanmaq daha çox faydalıdır. Orqanizmin ehtiyacı olan vitaminlərin, mineralların yetərli miqdarda, balanslı olaraq qəbulu mühümdür. Belə qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir, fiziki və əqli iş qabiliyyəti zəifləyir.
Səhər yeməyi vitamin və proteinlərlə zəngin olmalıdır
Nəinki Ramazan ayının imsakında, adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Əgər imsakda düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq. Özümüzü yorğun və halsız hiss etmərik. Mütəxəssislər imsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verməyi tövsiyə edirlər. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Tərkibində yumurta olan səhər yeməyinə qatıq, yulaf və çia toxumu əlavə edilərsə, toxluq hissi daha uzunmüddətli ola bilər.
Həzm sisteminin fəaliyyətinin pozulmaması üçün...
AQTA-nın məlumatında o da vurğulanıb ki, həzm sisteminin fəaliyyəti pozulduqda qəbizlik, şişkinlik, qaz problemləri müşahidə oluna bilər. Bu halda, qatıq istehlakı artırılmalı və daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir.
Orucu ilıq su ilə açın!
Daha bir faydalı məlumat orucu ilıq su ilə açmaq barədədir. Tövsiyə olunur ki, 1-2 stəkan su içdikdən sonra zeytun, xurma, tərəvəz salatı və göy-göyərti yemək məqsədəuyğundur. 15-20 dəqiqəlik fasilədən sonra isə əsas yeməklərə başlamaq olar. Birbaşa quru qidanın qəbulu həzm problemləri yarada bilər. İlk olaraq sulu yeməklərdən başlamaq məsləhətdir. Qəbul olunan qidalar yaxşı çeynənməlidir ki, həzm problemi yaranmasın. Normadan artıq və fasiləsiz qida qəbul etmək isə ziyandır. Əsas yeməklərdən bir neçə çeşid varsa, birinə üstünlük verilməlidir.
Yağlı yeməklərə üstünlük verilməsi məqsədəmüvafiq deyil
Müvafiq tövsiyələrdə qeyd edilir ki, mümkün qədər az yağlı yeməklər qəbul edilməlidir. Xəmir xörəklərinin, qızartmaların, tərkibində sous olan kalorili yeməklərin ramazan ayı boyunca iftar süfrələrində yer almaması tövsiyə olunur. Acılı, müxtəlif ədviyyatlı qidaların, həmçinin turşuların qida rasionuna daxil edilməsi məqsədəuyğun deyil. 1-2 dilimdən çox çörək yemək məsləhət görülmür.
Şirniyyat və meyvələri yeməkdən dərhal sonra qəbul etmək tövsiyə edilmir
Yeməklərdən dərhal sonra şirniyyat qəbulunun artıq çəkiyə səbəb olması məlumdur. O səbəbdən tövsiyə edilir ki, şirniyyatla əsas menyu yeməyi arasında fasilə ən azı 1-2 saat olmalıdır. Şərbətli şirniyyatların əvəzinə yarım porsiya südlü şirniyyat daha məqbuldur.
Yuxu rejiminə düzgün əməl etmək gərəkdir
İftarla imsak arası bol miqdarda su içilməsi tövsiyəsi faydalı məsələhətlərdəndir. Belə ki, iftardan sonra bağırsağın aktiv fəaliyyəti, qəbul edilmiş qidaların yaxşı həzm olunması üçün hərəkət şərtdir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

