“Milli mətbuat koronavirusa qarşı” jurnalist müsabiqəsinə material qəbuluna 3 gün qaldı
14.07.2020 [15:54]
SOCAR AQŞ-nin 22 iyul – Milli Mətbuat Gününə həsr etdiyi “Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsinə qatılmaq üçün son 3 gün qalıb. Müsabiqədə iştirak etmək və 30 mükafatdan birinə sahib olmaq istəyən media nümayəndələri COVID-19 pandemiyası ilə bağlı ictimaiyyəti məlumatlandırmağa xidmət edən materiallarını 16 iyul saat 23:59-dək təqdim etməlidirlər. TV, radio, onlayn mediada 1 iyun 2020-ci il tarixindən etibarən yayımlanmış materialların linkləri bu tarixədək info@inpress.az elektron poçt ünvanına göndərilməlidir.
SOCAR AQŞ-dən bildirilib ki, layihə şirkət kollektivinin müəssisə daixilində yaratdığı “Koronavirusla mübarizə üçün ianə fondu”nun təşəbbüsü və maliyyəsi, “INPRESS PR Solutions” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir. Müsabiqənin şərtləri aşağıdakı kimidir:
-
Materiallar 1) Pandemiya dövründə səhiyyə və sağlamlıq, 2) Pandemiya dövründə iqtisadiyyatın inkişafı, 3) Pandemiya dövründə təhsil, 4) Pandemiya dövründə xidmət göstərən peşə sahələri, 5) Pandemiya dövründə həyat tərzi, 6) Koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığın rolu və 7) Koronavirus barədə saxta məlumatların ifşası adlı kateqoriyalarının hər hansı birinə aid olmalıdır.
-
Materiallar mütləq ictimaiyyətin məlumatlandırmasına və maarifləndirməsinə xidmət etməlidir.
-
Materialda qeyd olunan məlumatların mənbələri göstərilməlidir. Əsassız, sübutu olmayan mülahizələrə söykənilməməlidir.
-
Multimedia (video, fotoslayder, infoqrafika, test (özünü yoxla) elementlərinin istifadə olunduğu materiallara üstünlük veriləcək.
-
Materiallar internet resurslara yüklənərək e-mail vasitəsilə təqdim olunmalıdır. Onlayn media olmayan medialar öz materialını malik olduğu internet resurslarında (sayt, Youtube kanalı, sosial media hesabları və s.) yerləşdirə bilər.
-
1 iyun 2020-ci il – 16 iyul 2020-ci il tarixləri ərəfəsindən əvvəl və sonra yayımlanmış materiallar müsabiqəyə qəbul edilməyəcək.
-
Bir jurnalist yalnız 1 material təqdim edə bilər.
Layihənin icra edilməsində “INPRESS PR Solutions” şirkəti SOCAR AQŞ əməkdaşlarına dəstək göstərəcək. Müsabiqənin müvafiq qaydalara uyğun şəffaf keçirilməsinə, seçim prosesinin təşkilinə, münsiflər heyətinin formalaşdırılmasına və qaliblərin seçilərək elan olunmasına birbaşa “INPRESS PR Solutions” məsuliyyət daşıyır.
Karantin qaydalarına uyğun olaraq, materiallar onlayn formada qəbul olunur. Müsabiqədə iştirak etmək istəyən media mənsubları materialların linklərini info@inpress.az email ünvanına başlıqda “Milli mətbuat koronavirusa qarşı” yazaraq göndərməlidirlər. 16 iyul saat 23:59-dək təqdim olunan materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqları araşdırılıb təsdiq olunduqdan sonra 5 nəfərdən ibarət münsiflər heyətinə təqdim olunacaq. Obyektivliyi təmin etmək üçün mükafatlandırma gününədək jüri üzvləri açıqlanmayacaq. Onlar özləri də digər münsif həmkarlarının kimliyi barədə xəbərsiz olacaq. Hər bir jüri üzvü materiallara fərdi qiymət verəcək və 5 jüri üzvünün qiymətlədirməsi toplanaraq ümumi nəticə çıxarılacaq.
Münsiflərin qiymətləndirməsi ilə ən çox bal toplayan 30 material müəllifi qalib seçiləcək. Müsabiqənin qalibləri 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi ərəfəsində “INPRESS PR Solutions” şirkəti tərəfindən elan ediləcək. Materialı seçilən jurnaistlərin hər birinə SOCAR AQŞ-nin “Koronavirusla mübarizə üçün ianə fondu” tərəfindən dəyərli hədiyyələr bağışlanacaq.
Müsabiqə ilə bağlı suallar üçün “INPRESS PR Solutions” şirkəti ilə email (info@inpress.az) və telefon : (+994 50 310 42 40) vasitəsilə əlaqə saxlanıla bilər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

