Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan mətbuatı dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub

Azərbaycan mətbuatı dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub

24.07.2020 [09:14]

Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında jurnalistlərin təltif olunması mətbuat nümayəndələrinin əməyinin yüksək qiymətləndirilməsinin və mediaya davamlı dövlət qayğısının növbəti bariz təzahürüdür
Xəbər verildiyi1 kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də “Kütləvi informasiya vasitələrinin əməkdaşlarının “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi”, “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi”, “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi” və “Kütləvi informasiya vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi” haqqında müvafiq sərəncamlar imzalayıb. Dövlətimizin milli mətbuatımızın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi sayılan bu sərəncamlar bir daha ölkəmizdə söz, fikir və ifadə azadlığına, o cümlədən jurnalist əməyinə verilən dəyərin ifadəsidir. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə təltif olunan həmkarlarımız da öz sevinclərini və fikirlərini bizimlə bölüşüblər.
Dövlət başçısının müvafiq Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülmüş “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, milli mətbuatımızın 145 illik yubileyini yaşayarkən tükənməz qürur və sevinc hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə kütləvi informasiya vasitələrinin inkişafı yönündə bütün zəruri tədbirlər həyata keçirilir. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən müasir tələbələrə uyğun şəkildə davam etdirilən dövlət siyasətimizin əsas prioritetlərindən olan azad mətbuata diqqət və dəstək ölkəmizdə plüralizmin inkişafında mühüm faktordur: “Müasir, müstəqil Azərbaycanda kütləvi informasiya vasitələrinin azad, müstəqil şəkildə fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Sərhəd, məkan, zaman tanımayan qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı fəaliyyətini yeni aktual çağırışlara uyğun qurur. İnanırıq ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli, səmərəli siyasətin məntiqi nəticəsi olaraq mətbuatımız daha da təkmilləşəcək, peşəkar jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyətin obyektiv informasiya ilə təminatında öz aparıcı rolunu davam etdirəcək”.
“Cənab Prezidentimizin müvafiq Sərəncamı ilə fəxri ada - Əməkdar jurnalist adına layiq görüldüyüm üçün çox sevincliyəm və dövlət başçımıza dərin təşəkkürümü bildirirəm. Təbii ki, Əməkdar jurnalist fəxri adı mətbuat nümayəndəsi kimi mənim məsuliyyətimi daha da artırır. Bundan sonrakı dövrdə də dövlətimizin, dövlətçiliyimizin, milli maraqlarımızın qorunması yolunda bütün varlığımla fəaliyyətimi davam etdirəcəyəm. Bir daha fürsətdən istifadə edərək, bütün həmkarlarımı Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, onlara yorulmaz fəaliyyətlərində yeni-yeni yaradıcılıq nailiyyətləri arzu edirəm”, - deyə Bəhruz Quliyev əlavə edib.
Ölkə başçısının müvafiq Sərəncamı ilə Əməkdar jurnalist fəxri adını almış “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə bildirib ki, milli mətbuatımızın inkişafı istiqamətində dövlətimiz tərəfindən atılan addımlar, verilən qərarlar yüksək qiymətləndirilir: “Müasir jurnalistikamız müstəqillik dövründə dinamik inkişaf yolu keçib. Prezident İlham Əliyev ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə yönəlmiş bütün mütərəqqi təşəbbüsləri dəstəkləyir. Ölkə rəhbəri milli mətbuatımızın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla və xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etdirilməsini vacib sayır”.
“Dövlət başçısının müvafiq Sərəncamı ilə Əməkdar jurnalist fəxri adı almağım mənim üçün çox qürurvericidir. Hər zaman dövlətimə, millətimə bağlı olmağa, peşə dəyərlərimizin qorunub saxlanılmasına çalışmışam. Əməyim Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Bir daha bayram münasibətilə bütün həmkarlarımı təbrik edirəm, əməyimə verilən yüksək dəyərə görə ölkə Prezidentinə ürəkdən təşəkkür edirəm”, - deyə Akif Aşırlı vurğulayıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülmüş “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də ötən 145 ildə Azərbaycan mətbuatının keçdiyi tarixi yolla fəxr etməli olduğumuzu dilə gətirib. E.Mirzəbəyli qeyd edib ki, Azərbaycan Prezidenti hər zaman mətbuata diqqət və qayğı ilə yanaşıb: “Mətbuatın yubileylərinin keçirilməsi ilə bağlı sərəncamların imzalanması, jurnalistlərə fəxri adların verilməsi, eyni zamanda, sosial problemlərin həlli istiqamətində atılan mühüm addımlar bunun nümunəsidir. Hesab edirəm ki, mətbuatımız da ölkə başçısının bu diqqətinin qarşılığında daim Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutmalı, öz obyektivliyinə və qərəzsizliyinə sadiq qalmalı və bundan sonra da ona olan ümidləri doğrultmağa çalışmalıdır”.
“145 illik yubiley mənim üçün ikiqat bayrama çevrildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülmüşəm. Fəaliyyətimə, əməyimə verdiyi yüksək dəyərə görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm, fəxri adlara, orden və medallara, Prezident təqaüdünə və diplomuna layiq görülən bütün həmkarlarımı təbrik edirəm”, - deyə Elçin Mirzəbəyli bildirib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 529 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31